Gündəm

Neft hasil edən ölkələrin milli valyutalarını nə gözləyir?

17 Fevral 2017 14:48

"Hər bir ölkənin milli valyutasının durumu onun iqtisadiyyatının mövcud vəziyyətindən və ixrac imkanlarının səviyyəsindən bilavasitə asılıdır”. Belə bir açıqlama ilə çıxış edən iqtisadçı ekspert Fikrət Yusifov “OLAYLAR”-a bildirib ki, yola saldığımız 2016-cı ilin ikinci yarısından başlayaraq dünya bazarlarında neftin qiymətlərinin müəyyən bir həddə sabitləşməsi baş verdi və bir barell üçün 50 dollar ətrafında dəyişən bu qiymətlər, ötən ilin dekabr ayından bu günə qədər artaraq, bir barell üçün artıq 55 dollar ətrafında dəyişməyə başladı: “Bura OPEK-in net hasilatını azaltmaqla bağlı son qərarının da müəyən təsirini əlavə etmək olar.

Ziyafət Əsgərov: "Qanunsuz “referendum”un heç bir hüquqi əsası yoxdur"

17 Fevral 2017 14:44

“İşğal edilmiş Azərbaycan ərazilərində ermənilərin keçirəcəyi qanunsuz “referendum”un heç bir hüquqi əsası yoxdur”. Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.

Bələdiyyədə şöbə müdiri kabinetində vuruldu - Türkiyədə

17 Fevral 2017 14:40

Türkiyədə Adana Böyükşəhər Bələdiyyəsinin əməkdaşı bələdiyyənin şöbə müdirinə silahlı hücum edib.

Nazir: "Türkiyə, Gürcüstan və Azərbaycan iqtisadi inteqrasiya üçün potensialından istifadə etməlidir"

17 Fevral 2017 14:38

"Türkiyə, Gürcüstan və Azərbaycan iqtisadi inteqrasiyanın genişləndirilməsi üçün öz potensialından və imkanlarından istifadə etməlidir". 

"Mediada söyüş kampaniyaları aparılır" - Bahar Muradova

17 Fevral 2017 14:21

"Kütləvi informasiya vasitələri haqqında" qanunda indiyə qədər mövcud olmayan məqamlar müzakirə olunaraq plenar iclasların birinə çıxarıla bilər".

27 yaşlı kişi özünü asıb

17 Fevral 2017 13:52

Gədəbəy rayonunda intihar hadisəsi baş verib. Bu barədə  Gədəbəy rayon Prokurorluğundan verilən məlumata görə, hadisə fevralın 16-da rayonun Çalburun kəndində baş verib. Kənd sakini, 1991-ci il təvəllüdlü Bağırov Ceyhun Elxan oğlu özünü yağadığı evin ikinci mərtəbəsindən asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Ombudsmanın Milli Preventiv Qrupu Lapşinlə görüşüb

17 Fevral 2017 13:50

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar XidmətininBakı İstintaq Təcridxanasına (BİT) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

Bahar Muradova: “Azərbaycan  bir neçə ildir Cənubi Qafqazın İsveçrəsi rolunu oynayır

17 Fevral 2017 13:47

Dünyada gedən proseslərlə bağlı vacib bir görüşün keçirilməsi üçün məkan olaraq Bakının seçilməsi Azərbaycanın önəmindən xəbər verir. Bunu ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danfordun Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov ilə Bakıda keçirilən görüşünü mətbuata şərh edən Milli Məclis (MM) sədrinin müavini Bahar Muradovabildirib.B. Muradova deyib ki, əgər bu gün Amerika Birləşmiş Ştatları ilə Rusiya Federasiyası arasında münasibətlərin aspektləri baxımından vəziyyətə nəzər salsaq, bu görüşün nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyini vurğulamaq lazımdır: “Bu münasibətlərin perspektivləri, iki ölkə arasındakı əməkdaşlığın gələcək istiqamətləri, o cümlədən dünyadakı mövcud vəziyyəti nəzərə alsaq, bu görüşün Bakıda keçirilməsi başqa xüsusi əhəmiyyət kəsb edir. Belə ki, hər iki tərəf üçün, eyni zamanda, dünyada gedən proseslər baxımından əhəmiyyətli bir görüşün Bakıda keçirilməsi Azərbaycanın önəmindən xəbər verir.

Vüqar Rəhimzadə: "Ciddi və qeyri-ciddi media orqanları müəyyənləşməlidir"

17 Fevral 2017 13:46

"Bu görüş Milli Məclis-media münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Milli Məclis kənardan qeyri-adi görsənir. Amma, daxildə adi bir fəaliyyət var". Bunu " İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə  Milli Məclisdə KİV rəhbərləri ilə keçirilən görüşdə çıxış edərkən deyib.  

Vüqar Səfərli: "Elektron medianın maliyyələşməsi yaxın günlərdə həllini tapacaq"

17 Fevral 2017 13:44

“Əvvəllər məmur jurnalistlərdən yazır, jurnalistlər də məmurların qəbuluna düşə bilmirdilər. Lakin hazırda bu mif aradan qalxıb”. Bunu  KİVDF-nin icraçı direktoru Vüqar Səfərli  Milli Məclisdə KİV rəhbərləri ilə keçirilən görüşdə çıxışı zamanı deyib.

Odessada azərbaycanlı kriminal avtoritet saxlanılıb

17 Fevral 2017 13:32

Ukraynanın Milli Polis və Təhlükəsizlik Xidməti əməkdaşları birgə keçirdikləri xüsusi əməliyyat əsnasında Odessa ərazisində fəaliyyət göstərən azərbaycanlı kriminal avtoriteti saxlayıblar.    

Ermənistan tək Azərbaycan deyil, dünya birliyi qarşısında məsuliyyət daşıyır

17 Fevral 2017 13:31

Bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) resurslarından biri olan "1905.az" portalının birgə təşkilatçılığı ilə "Diskussiya klubu"nda "Qaradağlıdan Xocalıya" mövzusu müzakirə edilib.

ABŞ səfiri ölkəsinin və Rusiyanın ali hərbi rəsmilərinin görüşü haqda

17 Fevral 2017 13:29

"Ötən gün Bakıda keçirilmiş ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşdə tərəflər arasındakı başlıca məsələlər müzakirə olunub".