Əhməd Sami Elaydi Türk Mədəniyyəti və İrsi Fondunda
17 Fevral 2017 15:09 MədəniyyətMisir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib.
Görüşdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun türk dünyasına xas irs və mədəniyyətin qorunması, təbliği ilə bağlı əsas fəaliyyət istiqamətləri, eləcə də gələcək planları barədə məlumat verib. Əhməd Sami öz növbəsində deyib ki, türk və ərəb dünyasına məxsus mədəni mirasın təşviq edilməsi vacibdi. O, bu sahədə Fond ilə Mərkəz arasında qarşılıqlı əməkdaşlığın inkişafına inamını ifadə edib.
"İslam Həmrəyliyi İli" çərçivəsində iki qurum arasında müştərək layihə və tədbirlərin həyata keçirilməsi təklifi müzakirə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31