Con Kerri yeni iş tapdı
ABŞ-ın sabiq dövlət katibi Con Kerri Yel Universitetində yeni təhsil proqramına rəhbərlik edəcək. Bu barədə "Associated Press" məlumat yayıb. Qlobal problemlərin həllinə həsr edilmiş proqram çərçivəsində Kerri süquta uğramaqda olan dövlətlər, avtoritar rejimlər, təcavüzkar ekstremizm və iqlim dəyişikliyi kimi mövzularda seminarlar aparacaq.
17 Fevral 2017 16:52 DünyaABŞ-ın sabiq dövlət katibi Con Kerri Yel Universitetində yeni təhsil proqramına rəhbərlik edəcək. Bu barədə "Associated Press" məlumat yayıb. Qlobal problemlərin həllinə həsr edilmiş proqram çərçivəsində Kerri süquta uğramaqda olan dövlətlər, avtoritar rejimlər, təcavüzkar ekstremizm və iqlim dəyişikliyi kimi mövzularda seminarlar aparacaq.
Universitetin rəhbərliyi yeni siyasi yanaşmaların meydana çıxacağını gözləyir. Con Kerri Yel Universitetinin 1966-cı il məzunudur. Oxu.az