“Xocalıya Ədalət” Kampaniyasına dəstək fəaliyyətləri təşkil olunacaq
Gənclər Təşkilatları Milli Şurası, Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu Xocalı faciəsinin 25-ci ildönümündə Azərbaycan reallıqlarının, soyqırımı faktının dünya ictimaiyyətinə Azərbaycan gəncliyi adından çatdırılması məqsədilə “Xocalıya ədalət” (Justice For Khojaly) kampaniyası çərçivəsində bir sıra faəliyyətlər həyata keçirəcək.
17 Fevral 2017 18:22 SosialGənclər Təşkilatları Milli Şurası, Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu Xocalı faciəsinin 25-ci ildönümündə Azərbaycan reallıqlarının, soyqırımı faktının dünya ictimaiyyətinə Azərbaycan gəncliyi adından çatdırılması məqsədilə "Xocalıya ədalət" (Justice For Khojaly) kampaniyası çərçivəsində bir sıra faəliyyətlər həyata keçirəcək. "OLAYLAR"-ın xəbərinə görə, Milli Şura, Gənclər və İdman Nazirliyi və Prezident yanında Gənclər Fondu 20-26 fevral 2017-ci il tarixlərini əhatə edəcək və Xocalı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə "Xocalıya Ədalət" kampaniyasına dəstək vermək məqsədi ilə silsilə fəaliyyətlərə start verib. Fəaliyyətlərin məqsədi Xocalı faciəsinin 25-ci ildönümündə Azərbaycan reallıqlarının, soyqırımı faktının dünya ictimaiyyətinə Azərbaycan gəncliyi adından çatdırılmasını və gənclərin "Xocalıya Ədalət" kampaniyasına sosial şəbəkələr vasitəsi ilə dəstək olması üçün səfərbər olunmasını təmin etməkdir.