Gündəm
İrem Derici məhkəməlik oldu
Müğənni İrem Derici Almaniyada xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlar və idman klubu üçün təşkil olunan konsertə qatılmaqdan son anda imtina edib.
limon suyu həzm problemi üçün əla ilacdır...
Məlumata görə limon suyu həzm problemi yaşayan insanlara yaxşı təsir göstərir. Bunun üçün bir neçə damla limon suyunu isti suya əlavə edib qarışdırmaq lazımdır. Hazırlanan məhluldan qaraciyər xəstələri də istifadə edə bilər.
Avropa İttifaqı Dağlıq Qarabağda planlaşdırılan "referendum"un nəticələrini tanımır
“Avropa İttifaqı Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan referendumun konstitusional və hüquqi quruluşunu tanımır”.
Prezident İlham Əliyev Münxendə əfqanıstanlı həmkarı ilə görüşdü
Türkiyədə SİLAHLI QARŞIDURMA - 1 polis və 1 əsgər yaralandı
İranda TƏHLÜKƏ - Bənd dağıldı
İranın cənubunda Fars əyalətinin Cəhron şəhərinin Məhəmmədabad bölgəsində güclü daşqın torpaq bəndi dağıdıb. Fəlakətin qarşısını almaq üçün bəndin aşağı hissəsindəki ərazidə yaşayan əhalidən ehtiyat tədbirləri görmək xahiş edilib.
İstanbulda Xocalı qətliamına həsr edilmiş teatr tamaşası nümayiş etdiriləcək
Fevralın 18-də İstanbul Məcidiyyəköy Mədəniyyət və Sənət Mərkəzində hazırlanmasında Azərbaycanın İstanbul Baş Konsulluğunun da yaxından iştirak etdiyi və Xocalı faciəsini əks etdirən "Adsız Qadın " teatr tamaşası nümayiş etdiriləcək. Tamaşaya yerli ictimaiyyətin böyüq maraq göstərdiyi gələn xəbərlər sırasındadır. Xəbəri Türkiyə bürosu yayıb.
İngilis alimləri: Kök insanlarda ağlını itirmə riski daha azdır
Britaniya alimlərinin tədqiqatları nəticəsində artıq çəkinin bir növ qocalıq ağıl zəifliyindən "sığortalanma" olduğu müəyyən edilib. Tədqiqat nəticələri həmin alimləri heyrətə gətirib: nəticələr Dünya Səhiyyə Təşkilatının bu xəstəliyə dair tövsiyələrinin ziddinədir.
"Generalların Bakı görüşü Azərbaycanın bölgədə geosiyasi körpü olduğunu göstərir"
ABŞ və Rusiya Baş Qərargah rəislərinin görüşünün Bakıda keçirilməsi təbiidir, çünki Azərbaycan Rusiya, İran və Türkiyə arasında əlaqələndirici geosiyasi körpüdür. Bu sözləri amerikalı siyasi analitik, "Gulf State Analytics"-in baş müşaviri Teodor Karasik deyib.
Ukrayna səfirliyi: Azərbaycanda referendum yalnız milli qanunvericilik çərçivəsində keçirilə bilər
“Azərbaycanda keçiriləcək istənilən referendum yalnız milli qanunvericilik çərçivəsində baş tutmalıdır”. Bu barədə Ukraynanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib.
İran səfirliyi: Dağlıq Qarabağda "referendum" keçirilməsini doğru saymırıq
"İranın Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi olduqca aydın və şəffafdır".
"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayacaq"
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayacaq. Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Qiymətlərin sabitləşməsinə doğru? OPEC-in qayıdışı və neft geosiyasəti” mövzusunda “dəyirmi masa”da çıxışı zamanı deyib.
17 adam oğurluğunun 11-i evlənmək məqsədilə baş verib
Azərbaycanda əcnəbilərin törətdiyi cinayətlərin statistikası açıqlanıb. Dövlət Statistika Komitəsi Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, 2016-cı ildə ölkədə qeydə alınan cinayətlərin 211-i xarici ölkələrin, onların 37-si isə MDB-yə üzv olan ölkələrin vətəndaşları törədib. Məlumatda qeyd olunur ki, ötən il Azərbaycanda 17 adam oğurluğu faktı qeydə alınıb. Onlardan 11-i evlənmək məqsədilə qadın oğurluğu olub.
Azərbaycanda cinayətlərin statistikası açıqlandı
Ötən il Azərbaycanda 26611 cinayət faktı qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qeydə alınan cinayətlər 2015-ci ilin göstəricisinə nisbətən 1,1 faiz azdır.Əhalinin hər 100 min nəfərinə düşən cinayət hadisələrinin sayı da əvvəlki illə müqayisədə 2,2 faiz azalaraq 271 olub. Onların 56,6 faizi az ağır, 29,1 faizi böyük ictimai təhlükə törətməyən, 14,3 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir.Cinayətlərin strukturunda 4618 hadisə şəxsiyyət əleyhinə, 13560 hadisə iqtisadi sahədə törədilən, 7015 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 1384 hadisə dövlət hakimiyyəti əleyhinə (o cümlədən, 241 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 34 hadisə isə digər cinayətlərdir.
Musiqi Kollecinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edildi
Gəncə şəhərində yerləşən Gəncə Musiqi Kollecində tələbələrdən müsbət qiymətlərin alınması üçün pul yığılması barədə 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılmışdır.














