Gündəm

Düşmənin qərargahı darmadağın edildi

2 Mart 2017 11:53

Martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib.

Filarmoniyada konsert

2 Mart 2017 11:49

Martın ayının 14 – də, saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqi zalında Azərbaycan Dövlət Filarmoniyası və Mədəniyyət kanalı birgə konsert keçiriləcək. Filarmoniyadan “Olaylar” – a bildirilir ki,  konsertdə bədii rəhbər və dirijor Faiq Sadıqovun rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri çıxış edəcək. Solist – Səbuhi Cəfərovdu (tar).

Xalça Muzeyində Mülki Müdafiə Günü

2 Mart 2017 11:47

Azərbaycan Xalça Muzeyində “1 Mart - Ümumdünya Mülki Müdafiə Günü”  münasibəti ilə tədbir təşkil olunub. Muzeydən “Olaylar” – a bildirilir ki, tədbirdə Azərbaycan  Xalça Muzeyinin Mülki müdafiə üzrə əməkdaşları çıxış ediblər. Qeyd olunub  ki, bu tipli tədbirlərin keçirilməsində əsas məqsəd işçilərin baş verə biləcək fövqəladə hallara hazır olması, onların fövqəladə hallar zamanı davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi haqqında geniş məlumatların verilməsidi.  

Yükdaşımaların həyata keçirilməsi üçün şərtlər müzakirə olunub

2 Mart 2017 11:45

Ələt-Aktau-Ələt və Ələt-Kurık-Ələt istiqamətlərində dəmir yolu və bərələrlə yükdaşımaların həyata keçirilməsi üçün şərtlər müzakirə olunub. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, bu məqsədlə Qazaxıstan Dəmir Yolları, Gürcüstan Dəmir Yolları , “Azərbaycan Dəmir Yolları” QSC, Aktau Beynəlxalq Dəniz Ticarət Limanı , “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nümayəndələri arasında görüş keçirilib.

Ermənilər minaatanlardan istifadə edir

2 Mart 2017 11:41

"OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 və 82 millimetrlik minaatanlardan, həmçinin qumbaraatanlardan da (cəmi 80 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 144 dəfə pozub.

Azərbaycanın fərdi uçot sistemində daha  37 846 nəfər şəxsə fərdi şəxsi hesab açılıb

2 Mart 2017 11:38

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq fərdi şəxsi hesab açılanların sayında artım dinamikası cari ilin fevral ayında da davam edib. Ötən ay sistemdə əlavə olaraq 37 846 nəfər şəxs qeydiyyata alınıb ki, bu da əvvəlki yanvar ayı (21 545 nəfər) ilə müqayisədə 75,7 faiz çoxdur.

ABŞ-dan Rusiyaya aviazərbə ittihamı RUSİYA İNKAR EDİR

2 Mart 2017 11:26

Rusiyanın hərbi-kosmik qüvvələrinə məxsus təyyarələri ABŞ-ın Suriyada dəstəklədiyi qüvvələrin mövqelərini bombalayıb.  Bu barədə Qərb KİV-ləri amerikalıların “İslam Dövləti” terror qurplaşmasına qarşı hərbi əməliyyatlarının təşkilində iştirak edən general Stiven Taunsendin sözlərinə əsaslanaraq yazır.   

Millət vəkili: “Dövlət başçımızın səfərləri İslam ölkələri ilə daha yaxın əməkdaşlığın inkişafını təmin edəcək”

2 Mart 2017 11:24

"Azərbaycan Prezidenti İlham Əliyevin müsəlman ölkələrinə səfərləri, keçirdiyi görüşlər və səsləndirilən bəyanatlar Azərbaycanın İslam aləmində həmrəyliyin təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirdiyini, müsəlman dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinə mühüm əhəmiyyət verdiyini göstərir". Bunu Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

Deputat: "Səfər Pakistana minnətdarlıq jestidir"

2 Mart 2017 11:21

“Ölkə başçısının son səfərləri xüsusi əhəmiyyətə malikdir. Bu səfərlərlə Azərbaycan öz xarici siyasətində çox böyük uğurlara imza atmış oldu”. Bunu deputat, politoloq Elşən Musayev deyib.

Aureliya Buşez: "Azərbaycan "Cənub qaz dəhlizi"ndə mühüm rol oynayır"

2 Mart 2017 11:20

Fransa Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Aureliya Buşez Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərliyi ilə Caspian Energy-nin nümayəndə heyətini qəbul edib. Görüşdə Caspian European Club (Caspian Business Club), Caspian American Club və Caspian Energy İnternational Media Group çərçivəsində Azərbaycan-Fransa informasiya əməkdaşlığının genişləndirilməsi perspektivlərinə toxunulub. Səfir Fransa şirkətlərinin Caspian Energy Forum Baku - 2017-də iştirakında maraqlı olduğunu ifadə edib və bunun informasiya baxımından vacibliyini qeyd edib.

Məşhur modelyer azadlıqda

2 Mart 2017 10:46