Yükdaşımaların həyata keçirilməsi üçün şərtlər müzakirə olunub
Ələt-Aktau-Ələt və Ələt-Kurık-Ələt istiqamətlərində dəmir yolu və bərələrlə yükdaşımaların həyata keçirilməsi üçün şərtlər müzakirə olunub. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, bu məqsədlə Qazaxıstan Dəmir Yolları, Gürcüstan Dəmir Yolları , “Azərbaycan Dəmir Yolları” QSC, Aktau Beynəlxalq Dəniz Ticarət Limanı , “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nümayəndələri arasında görüş keçirilib.
2 Mart 2017 11:45 SosialƏlət-Aktau-Ələt və Ələt-Kurık-Ələt istiqamətlərində dəmir yolu və bərələrlə yükdaşımaların həyata keçirilməsi üçün şərtlər müzakirə olunub. "OLAYLAR"-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, bu məqsədlə Qazaxıstan Dəmir Yolları, Gürcüstan Dəmir Yolları , "Azərbaycan Dəmir Yolları" QSC, Aktau Beynəlxalq Dəniz Ticarət Limanı , "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin nümayəndələri arasında görüş keçirilib. Qazaxıstanın Aktau şəhərində baş tutan görüşdə yükdaşımalar zamanı tərəflərin qarşılıqlı münasibəti və məsuliyyəti, daşımaların davamlılığının təmini zamanı ortaya çıxa biləcək maneələr və həlli yolları əsas müzakirə predmetləri olub. İki günlük görüşün nəticəsi olaraq protokol imzalanıb. Protokolda tərəflərin məsuliyyəti, məlumat mübadiləsinin formaları və təmin edilməsi ilə bağlı mühüm məsələlər əksini tapıb.