Gündəm
Mingəçevir məktəbliləri aksiyaya qoşuldular
Prezident İlham Əliyevin imzaladığı "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" Sərəncam əhalinin ruh yüksəkliyinə səbəb olub.
Əməliyyatda yanlışlıq
Əfqanıstanın şimalında təhlükəsizlik qüvvələri yanlışlıqla 9 sivil vətəndaşı öldürüb. “Olaylar” Miliyyet” - ə istinadən bildirir ki, Əfqanıstanın şimalında Helmand vilayətində təhlükəsizlik qüvvələri Taliban rejiminin tərəfdarlarına qarşı əməliyyat həyata keçiriblər. Əməliyyat zamanı təhlükəsizlik qüvvələrinin yanlışlıqla 9 sivil vətəndaşı öldürdüyü məlum olub. Helmand vilayətinin rəsmiləri xəbəri təsdiqləyib. Hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.
Nəbatat bağına yeni ağac və dekoratik gül kolları əkilib
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Nəbatat bağında bitki ehtiyatlarının xammal bazasını zənginləşdirmək məqsədi ilə bağın təcrübə sahələrinə regionda bitən və kənardan gətirilən ayrı-ayrı torpaq və iqlim xüsusiyyətlərinə malik olan bəzək, dərman, efiryağlı və digər bitki nümunələri əkilərək üzərlərində elmi tədqiqat işləri aparılır. O cümlədən nadir və nəsli kəsilməkdə olan bitki növlərin artırılması və bu bitkilərin qorunması tədbirləri də həyata keçirilir.
“Əlimdən tut”
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir vacib tədbir reallaşacaq. Teatrdan “Olaylar” – a bildirilib ki, aprelin 5-də Azərbaycan Dövlət Kukla Teatrında Beynəlxalq Autizm Günü münasibətilə “Əlimdən tut” adlı tədbir-tamaşa reallaşacaq.
İslamiada zamanı nəqliyyat vasitələrinin regionlardan Bakıya gəlməsinə məhdudiyyətlər qoyulacaq
"IV İslam Həmrəyliyi Oyunları zamanı regionlardakı nəqliyyat vasitələrinin müəyyən müddətlərdə Bakıya daxil olmasına müəyyən məhdudiyyətlər tətbiq olunacaq".
Sankt-Peterburqda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır
Rusiyanın Sankt-Peterburq şəhər metrosunda baş vermiş partlayış nəticəsində ölən və yaralılar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır. Bunu açıqlamasında Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Soltan Qasımov bildirib. O deyib ki, konsulluq ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığını müvafiq qurumlarla dəqiqləşdirir.
Serj Sarkisyanın müharibə paradiqması: uçurum kənarında süni manevrlər
Rusiyada partlayış- VİDEO
Rusiyada metroda partlayış baş Verdi. “Olaylar” Miliyyet” - ə istinadən bildirir ki, hadisənin baş vermə səbəbi bilinmir. Şahidlər hadisə yerindən çəkilmiş fotoları social şəbəkələrdən paylaşıblar.
Polis Akademiyasında görüş keçirilib
Aprelin 3-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun Daxili İşlər Nazirliyinin Polis Akademiyasının şəxsi heyəti və kursantları ilə görüşü keçirilib.
Şəhərin mərkəzində yeni yolun tikintisi başa çatır
Paytaxt Bakıda uzunluğu 1.1 km olan və Yusif Səfərov küçəsinə paralel salınan yeni yolda tikinti işləri yekunlaşır. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, hazırda sözügedən yolun asfaltlanması işləri aparılır ki, bu işlər də sona çatmaq üzrədir.
Oğurluqda şübhəli bilinənlər saxlanıb
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Kamil Məmmədovun ətrafında Sabunçu RPİ 15-ci PB əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari ilin fevral ayında Pirşağı qəsəbəsi ərazisindəki evlərdən birindən məişət əşyaları, su mühərriki və 150 metr elektrik naqili oğurlaması da müəyyən edilib. Həmçinin Yasamal RPİ 27-ci PB-nin əməkdaşları tərəfindən aprelin 1-də Zərgərpalan küçəsində yerləşən kafelərdən birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Hüseyn Musayev tutulub.
Aptekdən pul oğurlayan ələ keçib
Qaradağ rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da rayon ərazisindəki apteklərdən birindən 1050 manat pul oğurlamaqda şübhəli bilinən 1 nəfər saxlanıb, 1 nəfər isə müəyyən edilib. Araşdırma zamanı saxlanan şəxsin Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Əliyev olduğu müəyyən edilib.
Maşın qaçıranın qolları qandallanıb
Aprelin 1-də Bakı şəhər sakini Ramin Aşurova məxsus "VAZ-21072" markalı avtomobil Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisindən qaçırılıb. DİN-dən verilən məlumata görə, Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən avtomobilin Nəsimi rayonu ərazisində hərəkətdə olması müəyyən edilib və görülən tədbirlərlə saxlanılıb. Onu idarə edən Ruslan Ramazanov və sərnişini, Bakı şəhər sakini Ceyhun Babayev 12-ci Polis Bölməsinə təhvil veriliblər.
Daxili işlər nazirinin keçmiş müavinini döyüldü
Bu gün Tbilisidə iki naməlum maskalı şəxs Gürcüstan daxili işlər nazirinin keçmiş müavini Gela Xvedelidzeyə hücum edib. G.Xvedelidzenin həyat yoldaşının verdiyi məlumata görə, hücum onların yaşadığı evin qarşısında baş verib. Gela Xvedelidze ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Sabahın havası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.














