Gündəm

Rusiyaya eyni vaxtda ikinci hücum - Səfirlik raket atəşinə tutuldu

3 Aprel 2017 17:50

"Əl Məsdar"-ın xəbərinə görə, Sankt Peterburqdakı partlayış ilə eyni vaxtda, Şamdakı Rusiya səfirliyinə raket atılıb.  "Əl Məsdar"ın Şam müxbiri İbrahim Joudehin verdiyi məlumata görə, Rusiya səfirliyinə doğru ən az 20 top və raket atılıb. Bu ağır hücumda heç kim yaralanmayıb.

Sankt-Peterburqun bütün metrostansiyaları bağlandı

3 Aprel 2017 17:49

Sankt-Peterburqun iki metrostansiyasında - "Sennaya ploşad" və "Texnologiçeskiyu institut" stansiyalarında baş vermiş partlayışlarla bağlı şəhərin bütün metrostansiyalarının giriş-çıxışı bağlanılıb. 

"İnsanlar sınmış pəncərələrdən çölə çıxdılar" - Sankt-Peterburqdakı teraktın şahidi

3 Aprel 2017 17:48

Rusiyanın Sankt-Peterburq şəhərinin metropolitenində, iki stansiyada törədilmiş teraktın şahidlərindən biri partlayış zamanı vaqonda olduğunu deyib. "Bumaqa" bildirir ki, şahid deyib: "Qəflətən partlayış oldu, diksindik. "Sennaya Ploşad" meydanından "Texnoloqiçeskiy İnstitut" stansiyasına vaqonda gedirdim. Qonşu vaqonda işıq söndü. Amma qatar dayanmadı, hərəkətə davam etdi. Qatar stansiyada dayandı. İnsanlar sınmış pəncərələrdən çölə çıxdılar".

Rusiya Baş Prokurorluğu: Peterburq metrosunda terror aktı baş verib

3 Aprel 2017 17:45

Peterburq metrosunda baş vermiş partlayış terror aktıdır. Bunu “Rossiya 24” telekanalının efirində Rusiya Baş Prokurorluğunun nümayəndəsi Aleksandr Kurennoy deyib. Təhlükəsizlik sisteminin işinin yoxlanılıb-yoxlanılmayacağına gəldikdə isə A. Kurennoy bildirib ki, məsələ ilə bağlı istintaq orqanlarının əməkdaşları məşğul olacaqlar. Rusiya İstintaq Komitəsinin saytında yer alan məlumatda isə deyilir ki, Peterburq metrosunda baş vermiş partlayışla əlaqədar cinayət işi açılıb. 

Baş konsul: Rusiyada metroda azərbaycanlıların xəsarət alması barədə məlumat daxil olmayıb

3 Aprel 2017 17:44

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu metroda baş vermiş partlayış zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır. Baş konsulun sözlərinə görə, hazırda qurumun əməkdaşları yerli hakimiyyət orqanları ilə daimi təmasdadır. Bunu Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov deyib.

Peterburqun daha bir metro stansiyasında partlayıcı qurğu tapıldı

3 Aprel 2017 17:43

Sankt-Peterburqda metronun daha bir stansiyasında partlayıcı qurğu aşkar edilib. Məlumata görə, işə düşməmiş partlayıcı qurğu "Ploşad Vostaniya" metro stansiyasında tapılıb.

Qazaxıstanlı qonaqlar Bakı sərnişin vağzalında

3 Aprel 2017 17:41

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri çərçivəsində ölkəmizə gələn Qazaxıstanın Baş nazirinin birinci müavini Askar Mamin, Qazaxıstanın investisiya və inkişaf naziri Jenis Kasımbek və “Qazaxıstan Dəmir Yolları” Milli Şirkətinin prezidenti Kanat Alpısbayev Bakı sərnişin vağzalına gəlib, yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Bilik Fondu aprel şəhidlərinin xatirəsini yad etdi

3 Aprel 2017 17:38

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Azərbaycan bayrağı” ordenli Şəhid pilot Təbriz Musazadə" adına Təhsil və incəsənət hazırlıq mərkəzində aprel şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimində iştirak edib.

Şərif Ağayardan yeni roman

3 Aprel 2017 17:17

Putin Pterburq metrosunda partlayışda ölənlərin doğmalarına başsağlığı verib

3 Aprel 2017 17:11

Rusiya prezidenti Vladimir Putin Pterburq metrosunda baş vermiş partlayışda ölənlərin yaxınlarına və doğmalarına başsağlığı verib.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

3 Aprel 2017 17:10

Kütləvi informasiya vasitələri müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynayır. 

MEK – in təşkilatı dəstəyi ilə pulsuz müayinə

3 Aprel 2017 16:57

Bu gündən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatı dəstəyi ilə VM Endokrinologiya, Diabet və Metabolizm Mərkəzinin həkim və digər mütəxəssislərdən ibarət səyyar briqadası MEK və AMEA-nın bütün institut və təşkilatlarının əməkdaşları arasında pulsuz endokrinoloji diaqnostik müayinə və konsultasiyanı həyata keçirir.

Putin: Peterburq metrosundakı partlayışla bağlı bütün versiyalar nəzərdən keçirilir

3 Aprel 2017 16:55

Rusiya prezidenti Vladimir PutinSankt-Peterburq metrosunda baş vermiş partlayışla bağlı açıqlama verib.