Gündəm

"Pikeyə görə ölümə də gedərik"

3 Aprel 2017 18:50

"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç "Granada" ilə oyundan (4:1) sonra fikirlərini bölüşüb. Xorvatiyakl havbek bunları deyib:

Nəsimi Paşayev: "Sərnişinlərin narahat olmalarına hər hansı bir əsas yoxdur"

3 Aprel 2017 18:49

"Artıq "Bakı Metropoliteni”nində də ayıq-sayıqlığın artırılması üçün bütün polis orqanlarına göstəriş verilib”. "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, ümumiyyətlə "Bakı Metropoliteni”ndə polis tərəfindən təhlükəsizlik tədbirləri hər zaman yüksək səviyyədə qorunur. 

Taekvondoçularımız "Top-10"da!

3 Aprel 2017 18:44

Dünya Taekvondo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Olimpiya çəkiləri üzrə açıqlanan "Top-10" Azərbaycan üçün uğurlu saymaq olar.

"Bu vəzifə hələlik mənlik deyil"

3 Aprel 2017 18:43

"Bavariya"nın kapitanı Filipp Lam mövsümün sonunda butslarını mismardan asacaq. O, bir müddət öncə rəhbərlik tərəfindən təklif olunan idman direktoru postuna təyin olunmaqdan imtina edib. 

Səmədov: "Futbol, məgər ekzotikadır?"

3 Aprel 2017 18:42

"Spartak"ın yarımmüdafiəçisi Aleksandr Səmədov bir neçə il öncə İspaniya, son vaxtlar isə Çindən onunla maraqlanan klubların olduğunu bildirib. Azərbaycanlı köklərə malik futbolçu bunları deyib: "Təxminən 1 il bundan əvvəl zəng edib Çindən mənə maraq olduğunu dedilər.

"Neftçi" - ardıcıl dördüncü fiasko

3 Aprel 2017 18:40

"Neftçi" Azərbaycan Premyer Liqasının 2016/17 mövsümünü mükafatsız başa vuracaq. Bakılıların bu uğursuzluğu çempionatın sonuna 4 tur qalmış rəsmiləşib.

Akif Çovdarov və digərlərinin məhkəməsi davam edib

3 Aprel 2017 18:26

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Peterburq metrosunda həlak olanların yaxınlarına 2 milyon TƏZMİNAT

3 Aprel 2017 18:25

Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində həlak olanların yaxınlarına 2,025 milyon rubl dəyərində maddi təzminat veriləcək. Hadisə nəticəsində yaralananlara isə xəsarət dərəcələrindən asılı olaraq 2 milyon rubladək təzminat ödəniləcək.

Səfir BDU-da təhsil alan türkiyəli tələbələrlə görüşüb

3 Aprel 2017 18:23

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Bakı Dövlət Universitetində olub.  Səfiri yenidən universitetdə görməkdən məmnunluğunu ifadə edən rektor, akademik Abel Məhərrəmov Türkiyə universitetləri ilə əlaqələrdən, “ikili doplom” məsələsindən və bu günlərdə qardaş ölkənin 3 ali təhsil ocağı ilə imzalanan müqavilələrdən bəhs edib.

Arzu Rəhimov cəbhəyanı rayonların sakinlərini qəbul edəcək

3 Aprel 2017 18:19

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov aprelin 19-da Xidmətin Ağcabədi rayon şöbəsində vətəndaşları qəbul edəcək. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, qəbulda Beyləqan, İmişli, Füzuli, Ağcabədi və Ağdam rayonlarının sakinləri iştirak edıəcək. Qəbula yazılmaq istəyən vətəndaşların 17.04.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Keçən ay 60 min 674 ton dizel yanacağı ixrac edilib

3 Aprel 2017 18:17

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin mart ayında 60 min 674 ton dizel yanacağı, 3 min 960 ton təyyarə yanacağı, 7 min 912 ton yüksək təzyiqli polietilen, 2 min 355 ton mütləqləşdirilmiş izopropil spirti, 4 min 814 ton maye piroliz qətranı, 2 min 895 ton propilen və 3 min 895 ton butilen butadien fraksiyası ixrac edib.

Azərbaycan və Qazaxıstan birgə müəssisə yaradır

3 Aprel 2017 18:16

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Qazaxıstan Dəmir Yolları” SC birgə müəssisə yaradır. “OLAYLAR”-ın xəbərinə gör, bununla bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və “Qazaxıstan Dəmir Yolları” SC-nin sədri Kanat Alpısbayev arasında birgə müəssisənin yaradılması barədə “təsis müqavilə”si imzalanıb. Yeni birgə müəssisə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına, onun potensialından daha səmərəli istifadə olunmasına böyük töhfə verəcək. Birgə müəssisə tam paritet əsasda yaradılıb, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə Qazaxıstan Dəmir Yolları arasında Xəzərdə bərə və quru yük gəmiləri ilə daşımalarda birgə əməkdaşlığı və bu dəhlizə əlavə yüklərin cəlb edilməsini nəzərdə tutur.

İslam barışıq və həmrəylik dinidir

3 Aprel 2017 18:15

Xətai rayonu 269 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, “İslam barışıq və həmrəylik dinidir” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov, Amal Məlikov, məktəbin direktoru Alla Vəzirova, eləcə də müəllim və şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan direktor A.Vəzirova radikal dini cərəyanların gənclərimizin milli-mənəvi ruhda yetişməsinə mənfi təsir göstərdiyini vurğulayıb.

İŞİD Mosulda canlı qalxanlardan necə istifadə edir?

3 Aprel 2017 18:05

İraq hərbi qüvvələrinin Mosul üzrə helikopter əməliyyatlarını müşahidə etməyə icazə verilən BBC müxbiri Nafiseh Kohnavard və prodüser Joe Inwood özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın döyüş zamanı uşaqlardan canlı qalxan kimi istifadə etdiyini görüblər.

ADU-da yeni fakültə yaradılıb

3 Aprel 2017 17:54

Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının 31 mart 2017-ci il tarixli qərarına əsasən universitetin Pedaqoji (ingilis dili və alman dili üzrə) və Pedaqoji (ingilis dili və fransız dili üzrə) fakültələri birləşdirilərək onların bazasında Təhsil (pedaqoji) fakültəsi yaradılıb.