Səmədov: "Futbol, məgər ekzotikadır?"
"Spartak"ın yarımmüdafiəçisi Aleksandr Səmədov bir neçə il öncə İspaniya, son vaxtlar isə Çindən onunla maraqlanan klubların olduğunu bildirib. Azərbaycanlı köklərə malik futbolçu bunları deyib: "Təxminən 1 il bundan əvvəl zəng edib Çindən mənə maraq olduğunu dedilər.
3 Aprel 2017 18:42 İdman"Spartak"ın yarımmüdafiəçisi Aleksandr Səmədov bir neçə il öncə İspaniya, son vaxtlar isə Çindən onunla maraqlanan klubların olduğunu bildirib. Azərbaycanlı köklərə malik futbolçu bunları deyib: "Təxminən 1 il bundan əvvəl zəng edib Çindən mənə maraq olduğunu dedilər. Ora getmək üçün hazır olub-olmadığımı soruşdular. "Yox" dedim. Futbol, məgər ekzotikadır? Nə qədər insan yaxşı pula görə ora gedib. Bu, onların şəxsi seçimidir. 2005-ci ildə UEFA Kubokunda "Sevilya" ilə "Lokomotiv"lə düşmüşdü. Cavab görüşünü İspaniyada keçirmişdik. Oyundan əvvəl idman direktorumuz mənə dedi ki, 2 ispan klubu məni izləmək üçün skautlarını göndərib. Düzü, bir az duruxdum. İspaniyada mənə çətin olacağını düşündüm. Vəssalam". Goal.az