Gündəm
Çin bütün dünyanı internetlə təmin etməyi planlaşdırır
“Sinxua” xəbər agentliyinin məlumatına görə, Çinin Kosmik Elm və Sənaye Assosiasiyası planetin bütün əhalisini genişzolaqlı internetə çıxışla təmin etməyi planlaşdırır. Bunun üçün Yer kürəsinin orbitinə buraxılacaq 156 kiçikölçülü peyk planeti şəbəkə ilə əhatə edəcək və belə iddialı tapşırığın öhdəsindən gələcək.
Bu il dünya informasiya təhlükəsizliyi bazarının həcmi 80 milyard dolları ötəcək
“IDC” analitik şirkəti 2017-ci ildə dünyada kompüter təhlükəsizliyi ilə əlaqədar avadanlıq, proqram təminatı və xidmətlərin satış həcminin 8,2 faiz artaraq 81,7 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır. Yaxın illərdə illik artımın orta hesabla 8,7 faiz olmaqla bir qədər sürətlənəcəyi və 2020-ci ilədək bazarın həcminin 105 milyard dollaradək yüksələcəyi gözlənilir.
“Wi-Fi” texnologiyasını 100 dəfə sürətləndirmək üsulu tapılıb
“Wi-Fi” texnologiyası hazırda 2,5 və ya 5 QHs tezlikli radiosiqnallarda işləyir. Niderlandda hazırlanmış sistem dalğa uzunluğu 1500 və daha böyük nanometr olan infraqırmızı şüalanmadan istifadə edir. Bu şüalanma indi mövcud olan analoqlarını 1000 dəfə üstələyən tezlikdə (təxminən 200 THs) işləyir. Nəticədə işıq şüalanmasının tutumu kifayət qədər yüksək olur. Bu tədqiqatın müəllifi Coann O 2,5 metr məsafədə 42,8 Qbit/s sürətinə nail olub. Müqayisə üçün, Niderlandda internetə orta qoşulma sürəti 2000 dəfə azdır (17,6 Mbit/s).
Gecə elektriki generasiya edən günəş batareyaları yaradılıb
Çin alimləri elektrik enerjisini gecə vaxtı və pis hava şəraitində generasiya edən günəş batareyaları hazırlayıblar.
Yeni kəşf kompüter prosessorlarında inqilab edəcək
Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri prosessorların yaradılması üçün yeni üsul icad ediblər. Texnologiya sayəsində “Mur” qanununun aktuallığını uzun müddət saxlamaq mümkün olacaq.
Fəlakət böyüyür! Hər yeri ilanlar bürüdü
Avstraliyanın iki əyalətini təsiri altına alan "Debbie" qasırğasından sonra baş berən sel ölkədə həyatı iflic edib. Keçən günlərdə sel sularının şəhər mərkəzinə qədər gətirdiyi köpək balıqlarından sonra indi də ilanlar evlərə qədər girməyə başlayıb.
Dırnaq göbələyinin müalicəsində YENİ ÜSUL: "Dərmansız..."
Dırnaq göbələyi bir çox insanda rast gəlinən problemlərdən biridir. Tibbi dildə onixomikoz adlanan bu sağlamlıq problemi son vaxtlar daha geniş yayılıb.
Yaddaşı möhkəmləndirir, infarkt riskini azaldır... – Hər gün bir dənə yeyin
İnsan orqanizmi özü 11 amin turşusu istehsal edir. Lakin digər funksiyaları sağlam şəkildə yerinə yetirə bilməsi üçün bədən əlavə amin turşularına ehtiyac duyur. Hər gün bir yumurta yeməklə bədənə lazım olan əlavə amin turşusu miqdarını qarşılamaq mümkündür.
Ərəblər Tuba və Kıvançı seçdi
Səudiyə Ərəbistanında bir şirkət ötən ilin ən yaxşılarını seçib. Anketdə ən yaxşı türk aktyor və aktrisa da seçilib. Bu kateqoriyalar üzrə ən çox səsi Tuba Büyüküstün və Kıvanç Tatlıtuğ toplayıb.
"İstanbullu gəlin"də gözlənilməz dəyişiklik
Baş rollarında Özcan Dəniz və Aslı Enver çəkilən "İstanbullu gəlin"də gözlənilməz dəyişiklik olub. Star TV-də yayımlanan ekran işinin ssenarisini 7-ci seriyadan sonra Dəniz Akçay və onun komandası yazacaq. İlk altı seriyanı isə Ali Aydın və komandası yazmışdı.
Yumşaq robotlar məsafədən idarə olunacaq
Şimali Karolina Universitetinin alimlər qrupu yumşaq robotları maqnit sahəsi vasitəsilə məsafədən idarə edərək yeni üsul kəşf edib. Robotun bədəninə maqnit sahəsinin təsiri ilə öz-özünə yığılaraq zəncir kimi düzülən miniatür hissəciklər quraşdırılır. Bunun sayəsində robotlara maksimal sadə quruluşda yeni mürəkkəb funksiyalar tapşırmaq olar. Belə robotların əksər sahələrdə - biotibbi texnologiyalardan və dərman preparatlarının çatdırılması sistemlərindən tutmuş, aerokosmik sənayeyədək praktiki tətbiqi mümkündür.
“HTC U” bu ay nümayiş olunacaq
Ötən il “HTC” şirkətinin korpusunun kənarı sensorlu olmaqla yeni idarəetmə növü ilə seçiləcək “Ocean” adlı yeni smartfonu haqqında məlumat yayılmağa başlayıb. Videoçarxda imkanları nümayiş olunan qurğunun “HTC U” smartfonu kimi bu il təqdim ediləcəyi və Tayvan istehsalçısının 2017-ci il üçün əsas qabaqcıl modeli olacağı gözlənilir.
"İstefaya göndərsələr, sakitcə evə gedəcəm"
Argentina millisinin baş məşqçisi Edqardo Bausa istefaya hazır olduğunu bildirib. Yerli mətbuat komandanın son vaxtlar uğursuz çıxışına görə Bausanın vəzifəsindən azad olunmaq ehtimalından yazıb.
"Qarabağ" - "Neftçi" oyununun vaxtı açıqlandı
Azərbaycan kubokunun yarımfinalında keçiriləcək "Qarabağ" - "Neftçi" oyununun yeri və vaxtı dəqiqləşib. Aprelin 5-də keçiriləcək cavab oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Ekspert: Ermənistan hakim partiyasının seçkidə qələbə qazanması xalqa heç bir xeyir verməyəcək
Ermənistanda parlament seçkilərində hakim Respublika Partiyasının qələbə qazanması bu ölkənin xalqına heç bir xeyir verməyəcək.














