Gündəm
Rusiyada polislərin güllələndiyi an - VİDEO
Rusiyanın Həştərxan vilayətində Rusiya Daxili İşlər Nazirliyi əməkdaşlarının güllələnərək öldürüldüyü anın videosu yayılıb. Bu gün gecə saatlarında polis əməkdaşları Həştərxan vilayətində baş vermiş avtoqəzanı rəsmiləşdirmək üçün hadisə yerinə çağırılıblar.
Evlərin tikintisinin reyestrinin aparılması qaydası dəyişdi
Nazirlər Kabineti "Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları"nda dəyişiklik edib. İndiyə qədər məlumatlandırma icraatının tətbiq olunduğu, tikintisi başa çatmış tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin surəti reyestrə daxil edilən məlumatlar sırasında yer alıb.
Türk əsgərlər pusquya düşdü: yaralılar var
Şırnakda Küpeli dağında həyata keçirilən əməliyyatlar çərçivəsində türk əsgərlər terrorçuların pusqusuna düşüblər. Əraziyə döşənilən kustar üsulla hazırlanmış patlayıcının partlaması nəticəsində, ilkin məlumatlara görə, 7 əsgər yaralanıb.
Ərəb qadının vəhşi davranışı: yardım əvəzinə VİDEO
Küveytin paytaxtı Əl Küveytdə 28 yaşlı qadın həbs olunub. O, pəncərədən yıxılan və əli ilə yapışaraq imdad diləyən qulluqçusuna yardım etmək əvəzinə, smartfonla onun videosunu çəkib.
Almaniyada dərsliklərdə Naxçıvan Ermənistan ərazisi kimi göstərildi - TƏXRİBAT
Almaniya Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən TELC təşkilatının dərsliklərində Naxçıvan Ermənistan ərazisi kimi təqdim olunub. TELC (The European Language Certificates) təşkilatının ölkədəki miqrantların inteqrasiyası üçün təşkil etdiyi dərslikdə Krım yarımadası da Rusiyanın ərazisi kimi təqdim olunub.
Azərbaycanlı sürücülər Dağıstandakı vəziyyət haqda: "Bu, müharibədir..."
Dağıstanda "Platon" sisteminə etiraz olaraq günlərdir tətil keçirən sürücülərin girovuna çevrilən azərbaycanlı TIR sürücüləri hazırda sərhədin o tayında hökm sürən vəziyyəti "müharibə" ilə müqayisə edirlər.
Peterburqdakı terrorda yaralılar arasında ermənilər də var
Sankt-Peterburqda baş vermiş partlayış nəticəsində xəsarət alanlar arasında ermənilər də olub. Bu haqda Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan öz "Twitter" hesabında yazib.
Lavrovdan önəmli Qarabağ mesajı: "Bakı və İrəvan mövqelərini yaxınlaşdırıb"
Həmsədrlərin vasitəçiliyi ilə rəsmi Bakı və İrəvan Qarabağ probleminin həlli istiqamətində mövqelərini əhəmiyyətli dərəcədə yaxınlaşdırıb. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Sankt-Peterburq terrorunda ölənlərin sayı 14-ə çatdı
Ötən gün Rusiyanın Sankt-Peterburq şəhərində baş vermiş terror hadisəsi nəticəsində ölənlərin sayı artıb. Ölənlərin sayı 14, yaralananların sayı isə 72-dir.
Terrorda ölən azərbaycanlı qızın FOTOlarına yazılan şərh ürək parçaladı: "O, artıq həyatda yoxdur"
Rusiyanın Sankt-Peterburq şəhərində metroda törədilmiş terror aktı nəticəsində yaralanmış 20 yaşlı azərbaycanlı Əliyeva Dilbarə xəstəxanada dünyasını dəyişib. Sankt-Peterburq Dəmiryolu Universitetinin tələbəsi olan Dilabrənin ölüm xəbəri onun sosial şəbəkə təqibçilərini hüzünə boğub. Mərhumun şəxsi fotolarının altına Dilbarənin ölüm xəbərinə təsirlənən dost-tanışları ürəkparçalayan şərhlər yazıblar.
Peterburq metrosundakı terrorda yaralanmış azərbaycanlı qız dünyasını dəyişdi - YENİLƏNİB
Azərbaycanın Rusiyanın Sankt-Peterburq şəhərindəki Baş konsulluğu Peterburq metrosunda baş vermiş partlayış nəticəsində Dilbarə Əliyeva adlı azərbaycanlının öldüyünü təsdiq edib.
"Aprel döyüşləri Azərbaycanın status-kvonu dəyişmək qüdrətini nümayiş etdirdi"
Həmsədr ölkələrin prezidentləri dəfələrlə status-kvonun qorunub saxlanılmasının qəbuledilməz olduğunu desələr də, əməldə bunu nümayiş etdirmirlər.
Peterburqdakı terrorda şübhəli bilinən Əkbərcan Cəlilovun FOTOsu yayıldı
Sankt-Peterburqda 11 nəfərin ölümü, 50 nəfərin yaralanması ilə nəticələnən teraktla bağlı şübhəli bilinən 22 yaşlı gəncin pasport fotosu yayılıb. Rusiyanın bəzi mətbuat orqanlarının yazdığına görə, terroru törədən kamikadze Rusiya vətəndaşı olan qırğızdır. İnterfax-ın məlumatına görə, adı Əkbərcan Cəlilov olan şübhəli 1995-ci il təvəllüdlüdür.
17 yaşlı amerikalı Roma papasını öldürmək istəyib
17 yaşlı ABŞ vətəndaşı Santon Kolon Roma papası Fransiski öldürmək istədiyini etiraf edib. Bu barədə ABŞ Ədliyyə Nazirliyinin saytında məlumat verilib. Məlumatda qeyd edilir ki, amerikalı öz planını Nyu Cersi ştatının Lindenuorld şəhərində yaşayarkən həyata keçirmək niyyətində olub. 2015-ci ilin sentyabrında Papa Pensilvaniyaya səfərə gəlməli idi. Yeniyetmə öz planını 2015-ci ilin iyunun 30-dan avqustun 24-dək yerinə yetirmək istədiyini deyib.
Sankt-Peterburq terrorunun şahidi: "Hər tərəfdə qopmuş baş var idi"
Sankt-Peterburq metrosundakı teraktla bağlı hadisə şahidlərinin açıqlamaları yayılıb. Anastasiya Belous adlı terakt şahidi həmin anları belə xatırlayır: "Mən cəhənnəmi gördüm. Ətraf qan içində idi. İki partlayış oldu. Birincisi "Texnologiçeskiyu institut" stansiyasında, ikinci partlayış isə "Sennaya ploşad" stansiyasında. Ətrafda çoxlu ölən və yaralılar var idi. Şok oldum!"














