Gündəm
“Təzə Bazar” yanıb
Bakının mərkəzində fəaliyyət göstərən məhşur bazarda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, paytaxtın Nəsimi rayonunda ümumi sahəsi 1,5 ha olan “Təzə Bazar” ərazisində birmərtəbəli mağazaların yanar konstruksiyaları 400 m2 və piştaxtalar 400 m2 sahədə yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bayıl dairəsində hərəkət məhdudlaşdırılacaq
“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
Binəqədidə şəhid Fəxrəddin Qurbanlının il mərasimi keçirilib
Binəqədi rayonunun şəhidi Fəxrəddin Qurbanlının il mərasimi keçirilib. Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, RİH-nin şöbə müdirləri Ramiz Göyüşov, Elman Dadaşov, rayon fəalları və şəhidin ailə üzvləri ilk öncə Pirşağı qəsəbəsində yerləşən şəhidin məzarını ziyarət ediblər.
Azərbaycan vətəndaşlığına qəbul edilənlər and içdilər
Dövlət Miqrasiya Xidmətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslərin təntənəli şəraitdə Dövlət bayrağı önündə Konstitusiyaya əl basmaqla dövlət dilində Azərbaycan Respublikasına sadiq olacaqları barədə andiçmə mərasimi keçirilib.
Ermənilər 121 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərinə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 121 dəfə pozub.
"Aprel döyüşləri ordumuzun gücünü göstərdi"
“Aprel döyüşləri Ermənistana bir daha sübut etdi ki, Azərbaycanın iradəsi güclüdür və ölkəmizin hərbi potensialı istənilən an torpaqlarımızı işğaldan azad etməyə qadirdir”. Bunu politoloq Fikrət Sadıqov deyib.
"Ermənistanda seçici səsi kütləvi olaraq pulla ələ alınıb"
“Ermənistandakı parlament seçkilərinin məhz aprel döyüşlərinin il dönümünə salınmasının başlıca mənası 2 aprel tarixini xalqın yaddaşından silməkdir. Çünki bu, siyasi, ideoloji savaşda çox önəmli məsələdir”. Bunu deputat Zahid Oruc deyib.
Toğrul Allahverdili: “Hansısa qüvvələr Rusiyada aranı qatmaq istəyirlər”
“Biz Azərbaycan Slavyan Gəncləri Assosiyasiyası və Rusiyada yaşayan Azərbaycanlılar olaraq Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş verən terror aktını pisləyirik”. Bunu Azərbaycan Slavyan Gəncləri Assosiyasiyasının Rusiya nümayəndəliyinin sədri diaspora üzrə ekspert Toğrul Allahverdili deyib.
“Azərbaycan regionda sülh yaratmağa hazır dövlətdir”
“Ermənistanda həmişə olduğu kimi, aprelin 2-də keçirilən parlament seçkilərinin də saxtalaşdırılacağı öncədən aydın idi. Erməni xalqı indiki hakimiyyətin əsarətindəyaşayır. Ağıllı erməni hazırkı idarə etmə üsulu ilə razılşa bilməz. Hakimiyyət qonşu Azərbaycanın ərazisini işğalda saxlayır. Erməni xalqının səfalət içində yaşaması məhz bu amillə bağlıdır”. Bunu Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyib.
“Ermənistan hərbi əməliyyatların təmas xətlərində aparılmasına can atır”
“Bu günlərdə Azərbaycan Prezidenti lham Əliyevin aprel döyüşləri iştirakçıları və onların ailələri ilə görüşü ölkə başçısının torpaqlarımızın işğaldan azad olunması niyyətinin ciddiliyinin göstəricisidir”. Bunu politoloq Vasif Əfəndiyev deyib.
Messi gələn ay müqavilə bağlayacaq
"Barselona"nın hücumçusu Lionel Messinin taleyinə aydınlıq gəlib. Argentinalının klubu ilə yeni müqavilə imzalayacağı dəqiqləşib.
Peterbuqda terrorda yaralanan Zaurdan XƏBƏR VAR
Ötən gün Sankt-Peterburq şəhərində baş vermiş terrorda ağır yaralanan 28 yaşlı Zaur Vəliyevdən xəbər var. Əməkdaşı həmvətənlimizin aparıldığı İ.Canelidze adına xəstəxana ilə əlaqə saxlayıb. Xəstəxanadan verilən məlumata görə, Zaur hal-hazırda reanimasiyada yatır. Onun vəziyyəti isə orta-ağır qiymətləndirilir.
96 illik klub "Barselona"ya görə dağıldı
İspaniyanın üçüncü liqasında çıxış edən "Eldense" klubu fəaliyyətini dayandırıb. Valensiya təmsilçisinin son turda "Barselona"nın B komandasına 0:12 hesablı məğlubiyyəti rəhbərliyin klubun fəaliyyətini dayandırdığını açıqlaması ilə nəticələnib.
Finala son addım
Sabah Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq. Mərhələnin cavab matçları çərçivəsində iki qarşılaşma baş tutacaq. Finalçıların adları paytaxt-əyalət duelinin ikinci pərdəsində müəyyənləşəcək. Bu dəfə hər iki matç bölgə təmsilçilərinin meydanında keçiriləcək. Lakin ilk qarşılaşmalarla müqayisədə bu dəfəki matçlar o qədər də maraq kəsb etmir.
Burak və Fahriye iyunda evlənəcəklər
Martın əvvəlində Almaniyada nişanlanan aktrisa Fahriye Evcen və aktyor Burak Özçivitin toy tarixi bəlli olub. "Çalıkuşu" serialında tanış olduqdan sonra sevgi yaşayan cütlüyün toyu iyunda baş tutacaq.














