Finala son addım

Sabah Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq. Mərhələnin cavab matçları çərçivəsində iki qarşılaşma baş tutacaq. Finalçıların adları paytaxt-əyalət duelinin ikinci pərdəsində müəyyənləşəcək. Bu dəfə hər iki matç bölgə təmsilçilərinin meydanında keçiriləcək. Lakin ilk qarşılaşmalarla müqayisədə bu dəfəki matçlar o qədər də maraq kəsb etmir.

İlk oyunlarda qonaq komandalar iki top fərqi ilə qalib gəldiyindən cütlərin taleyinə böyük ölçüdə aydınlıq gəlib. Evdə oynayacaq komandalar finala son addımı atmalıdı. Bu üzdən də cavab görüşləri az qala formal xarakter daşıyır.
 
Günün ilk matçı Qəbələdə baş tutacaq. Burada eyniadlı komanda "İnter"i sınağa çəkəcək. Roman Qriqorçukun yetirmələri mərhələ keçmək üçün möcüzəyə imza atmalıdı. Çünki paytaxt təmsilçisini yalnız 3 qol finala daşıyır.
 
Əyalət təmsilçisinin nadir hallarda bu qədər qol buraxması, xüsusilə də evdə belə halla çoxdandı üzləşməməsi "Qəbələ"nin şanslarının yüksək olmasını göstərir. Buna baxmayaraq, son 3 çempionat oyununda qalib gələ bilməyən "qırmızı-qaralar" doğma azarkeşləri önündə onları sevindirməyə çalışacaq. Bakılılar isə sensasiyanı gerçəkləşdirmək üçün meydana çıxacaq.
 
Digər cütdə son iki mövsümün finalçıları qarşılaşacaq. Ardıcıl iki "Qızıl dubl"a sevinən "Qarabağ" "Neftçi"nin final seriyasını qırmağa yaxındı. Son 5 finalın iştirakçısı olan bakılılar evdə 0:2 hesabı ilə uduzduğundan şanslarını minimuma endirib.
 
Paytaxt təmsilçisi mərhələ adlamaq üçün ən azı 2 qol vurmalıdı. Yubiley ilini titulsuz başa vurmaq  təhlükəsi ilə üz-üzə qalan "ağ-qaralar" ardıcıl 11 qələbə qazanan rəqibini dayandırmalıdı.
 
Qeyd edək ki, final oyunu mayın 5-də keçiriləcək.
 
Azərbaycan kuboku
Yarımfinal, cavab oyunları
5 aprel (çərşənbə)

16:30. "Qəbələ" - "İnter"
Qəbələ şəhər stadionu
İlk oyun - 3:1

19:30. "Qarabağ" - "Neftçi"
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun - 2:0

Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31