Gündəm

Vladimir Putin İlham Əliyevə məktub göndərib

4 Aprel 2017 12:58

Rusiya prezidenti Vladimir PutinRusiya-Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

Bakı metrosunda FACİƏ: qatar sərnişini vurdu

4 Aprel 2017 12:54

Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında qatar sərnişini vurub. Bu haqda sərnişinlərdən biri məlumat verib. Onun bildirdiyinə görə, hadisə nəticəsində platformanın kənarında dayanmış orta yaşlı qadın ağır xəsarət alıb. Təcili tibbi yardım maşını hadisə yerinə 25 dəqiqə sonra çatıb. Qadın xəstəxanaya aparılıb. 

At-eşşək ətləri şadlıq evləri və restoranlara da verilir - ŞOK AÇIQLAMA

4 Aprel 2017 12:51

Son zamanlar Bakıda və bölgələrdə baytarlıq xidməti əməkdaşlarının müsadirə etdikləri at-eşşək ətləri əhalinin qida təhlkəsizliyinə dair şübhələrini bir az da artırıb. Səsləndirilən fikirlərdə at-eşşək ətlərinin kolbasa-sosiska istehsalına verildiyi iddia olunur.

"Rusiyada yenə də terror aktları törədilə bilər"

4 Aprel 2017 12:48

Sankt-Peterburq metrosunda baş verən partlayışın daha çox terror aktı olduğunu ehtimal etmək olar. Bundan sonra Rusiyada yenə də bu cür terror aktları törədilə bilər.

Kür və Araz transsərhəd çaylarında  monitorinqlər

4 Aprel 2017 12:45

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin “ Olaylar” – a verdiyi məlumata əsasən, Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə mart ayının III ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.

Siyəzən və Qubada treninqlər təşkil olunub

4 Aprel 2017 12:43

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin yerinə yetirilməsi və bu işdə şəffaflığın və vahid metodologiyanın tətbiqinin təmin etmək məqsədi ilə treninqlərə başlanılıb. Səhiyyə Nazirliyinin “Olaylar” – a verdiyi məlumata görə,  təşkilatçılığı ilə ilk treninqlər Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə Yardım İctimai Birliyi tərəfindən Siyəzən və Quba Regional Müalicə Diaqnostika Mərkəzlərində təşkil olunub. Treninq tibb işçilərini hüquq və vəzifələrinə dair maarifləndirilməsi, şikayətlərin hüquqi həllinə, tibb işçilərinin öz hüquqları ilə yanaşı pasiyent hüquqlarının da lazımi səviyyədə öyrənməsinə, onlarla düzgün ünsiyyətin qurulması baxımından böyük əhəmiyyət kəsb edir. Anoloji treninqlərin respublikanın bir sıra regionlarında keçirilməsi planlaşdırılıb.

Atatürk Liseyinə qəbul başlayır

4 Aprel 2017 12:41

Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyinə birinci siniflərə qəbul başlayır. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Atatürk Liseyinin birinci siniflərinə sənəd qəbuluna aprel ayının 10-dan start veriləcək. Uşaqlarının sözügedən təhsil müəssisəsində oxumasını istəyən valideynlər may ayının 10-dək uşağın şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnaməsinin əsli və surətini, eləcə də 2 ədəd 3-4 ölçülü fotoşəkili Bakı Atatürk Liseyinə müvafiq sənədləri təqdim etməlidirlər. Sənəd qəbulu başa çatdıqdan sonra liseydə birinci sinifdə oxumaq istəyənlər üçün imtahan təşkil olunacaq.

Keçən ay Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 16678 müraciət daxil olub

4 Aprel 2017 12:40

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin mart ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Yanmış evdən sahibin meyiti tapılıb

4 Aprel 2017 12:37

Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kürsülü birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 150 m2 sahədə, ona bitişik tikilmiş, ümumi sahəsi 120 m2 olan 3 otaqlı köməkçi tikilinin yanar konstruksiyaları və ümumi sahəsi 80 m2 olan talvarın yanar konstruksiyaları yanıb. 

Gömrük nəzarətindən gizlədilmiş dərman vasitələri aşkar edildi

4 Aprel 2017 12:36

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının əl yüklərinə “Heiman X-Ray” rentgen yük-yoxlama qurğusunda baxış keçirilib. Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, baxış zamanı, vətəndaşa məxsus üç ədəd çantanın içərisində – çantalarda olan konfetlərin və qarışıq ərzaq mallarının arasında, eləcə də şəxsi geyim mallarına bükülərək gömrük nəzarətindən gizlədilmiş – 227 flakon”Mydrax 1%”, 390 həb “Alprazolam 0.5”, 300 kapsul “Pregabalin 150”, 200 həb “Clonazepam 2”, 300 həb “Phenobarbital 100” adlı dərman preparatları, 226,3 qram kalium permanqanat, təsir maddəsi tramadol olan 5750 həb və 35 ədəd “Clobetasol 0.05%” adlı maz aşkar edilib.

Dubaya 50 min dollar aparan saxlanıb

4 Aprel 2017 12:34

Ölkədən qanunsuz dollar aparmaq cəhdinin qarşısı alınıb. Belə ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar. 

Ohanyan "İqla" əməliyyatına görə dindiriləcək

4 Aprel 2017 12:28

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın müxalif "ORO" ittifaqında iştirakı, hakimiyyətin təhdidlərinə baxmayaraq namizədliyini geri götürməməsi onun işini çətinləşdirib.

20 yaşlı qız keks yeyərkən boğulub öldü - Atası terror qurbanı olub

4 Aprel 2017 12:23

20 yaşlı Caitlin Nelson keks yeyərkən boğulub ölüb. O, Amerikadakı "Sacred Heart University"də təşkil olunan yemək müsabiqəsində iştirak edən zaman boğazında ilişən keksə görə nəfəs ala bilməyib. Caitilinin əziyyət çəkdiyini görən dostları ilk yardım göstərib, xəstəxanaya çatdırıblar. O, iki gün sonra xəstəxanada dünyasını dəyişib.

“Sankt-Peterburqdakı terror İŞİD-erməni qruplaşmasının birgə fəaliyyəti nəticəsində baş verib”  

4 Aprel 2017 12:17

Rusiyanın Sankt-Peterburq şəhərində metroda partlayış baş verib. Partlayışda azı 10 nəfər ölüb, 50 nəfər də yaralanıb.Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı ehtimal edilir.

Qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək

4 Aprel 2017 12:16

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 5-də Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.