Siyəzən və Qubada treninqlər təşkil olunub
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin yerinə yetirilməsi və bu işdə şəffaflığın və vahid metodologiyanın tətbiqinin təmin etmək məqsədi ilə treninqlərə başlanılıb. Səhiyyə Nazirliyinin “Olaylar” – a verdiyi məlumata görə, təşkilatçılığı ilə ilk treninqlər Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə Yardım İctimai Birliyi tərəfindən Siyəzən və Quba Regional Müalicə Diaqnostika Mərkəzlərində təşkil olunub. Treninq tibb işçilərini hüquq və vəzifələrinə dair maarifləndirilməsi, şikayətlərin hüquqi həllinə, tibb işçilərinin öz hüquqları ilə yanaşı pasiyent hüquqlarının da lazımi səviyyədə öyrənməsinə, onlarla düzgün ünsiyyətin qurulması baxımından böyük əhəmiyyət kəsb edir. Anoloji treninqlərin respublikanın bir sıra regionlarında keçirilməsi planlaşdırılıb.
4 Aprel 2017 12:43 Sosial"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin yerinə yetirilməsi və bu işdə şəffaflığın və vahid metodologiyanın tətbiqinin təmin etmək məqsədi ilə treninqlərə başlanılıb. Səhiyyə Nazirliyinin "Olaylar" - a verdiyi məlumata görə, təşkilatçılığı ilə ilk treninqlər Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə Yardım İctimai Birliyi tərəfindən Siyəzən və Quba Regional Müalicə Diaqnostika Mərkəzlərində təşkil olunub. Treninq tibb işçilərini hüquq və vəzifələrinə dair maarifləndirilməsi, şikayətlərin hüquqi həllinə, tibb işçilərinin öz hüquqları ilə yanaşı pasiyent hüquqlarının da lazımi səviyyədə öyrənməsinə, onlarla düzgün ünsiyyətin qurulması baxımından böyük əhəmiyyət kəsb edir. Anoloji treninqlərin respublikanın bir sıra regionlarında keçirilməsi planlaşdırılıb.
"Tibb işçilərinin hüquq və vəzifələri, həmin hüquqların müdafiəsi mexanizmləri" və "Şikayətlərin araşdırma taktikası barədə praktiki tövsiyələr" mövzularla Siyəzəndə Regional Müalicə Diaqnostika Mərkəzinin, Siyəzən Rayon Mərkəzi Poliklinikasının, Şabran Rayon Mərkəzi Xəstəxanasının və Xızı Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri iştirak ediblər. Quba Mərkəzi Diaqnostika Mərkəzində keçirilən treninqdə Quba Müalicə Diaqnostika Mərkəzinin, Quba, Qusar, Xaçmaz Mərkəzi Xəstəxanalarının mütəxəssisləri iştirak edib.