Gündəm

Üç rayon üzrə səyyar qəbul keçiriləcək

4 Aprel 2017 13:28

Aprelin 7-də paytaxtın Yasamal, Səbail və Qaradağ rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Vətəndaşların paytaxt mərkəzinə gediş-gəliş yolu 15 km-ə yaxın qısalacaq

4 Aprel 2017 13:27

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyyə və tapşırıqlarına əsasən bu il yenidən qurulması nəzərdə tutulan 40 kənd və qəsəbələrarası layihələr çərçivəsində Zirə-Türkan avtomobil yolunun bərpası işlərinə başlanılıb.

Əbülfəs Qarayev BMT-nin yüksək səviyyəli rəsmiləri ilə görüşüb

4 Aprel 2017 13:26

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2017-ci ilin 4-6 may tarixində Bakı şəhərində keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və onun çərçivəsində təşkil ediləcək Beynəlxalq Təşkilatların Yüksək səviyyəli Görüşü ilə bağlı müzakirələr aparmaq üçün Nyu-Yorkda səfərdədir.

Azər Həsrət: “Biz hələlik güc yolundan istifadə etmirik”

4 Aprel 2017 13:24

“Ümumiyyətlə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev ordumuzdan, əsgərimizdən, xalqımızın qələbə əzmindən danışanda yüksək ifadələrdən istifadə edir. Bəzən isə bədxahlarımız bu ifadələrin sadəcə söz olduğunu iddia edir”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.

"Aprel döyüşləri dünya üçün “şok” idi"

4 Aprel 2017 13:21

“Aprel döyüşləri  Dağlıq Qarabağın unudulması, əldən getməsi ilə bağlı danışanlarla bağlı mifi dağıtmış oldu. Azərbaycan hakimiyyəti sübut etdi ki, biz Dağlıq Qarabağı heç kimə güzəştə getmək fikrində deyilik, hər zaman müharibəyə hazırıq. Sadəcə  Azərbaycan münaqişənin həlli ilə bağlı uzanan müddət ərzində öz gücünü, resurslarını daha da möhkəmləndirdi və həqiqətən də aprel döyüşləri  bütün dünya üçün “şok” idi”. Bunu politoloq, deputat Elşən Musayev deyib.

Sabahın havası

4 Aprel 2017 13:18

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Nazir müavini: "Ermənilərin Azərbaycan mədəniyyətinə hücumları bu gün də davam edir"

4 Aprel 2017 13:15

Ermənilərin Azərbaycan musiqisinə, mədəniyyətinə hücumları bu gün də davam edir. Bunu mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev "Azərbaycanın milli musiqi alətləri: Keçmişimiz, bu günümüz" mövzusunda bu gün keçirilən elmi-praktiki konfransda çıxışı zamanı deyib.

Düsen Kaseinov  Musiqili Teatra təşəkkür etdi

4 Aprel 2017 13:13

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Azərbaycan Dövlət Musiqili Teatrına təşəkkür məktubu göndərib. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənt xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevə ünvanlanan məktubda bildirilir ki, “Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi kimi çalışdığım müddətdə Azərbaycanla bağlı çoxsaylı tədbirlər keçirilmiş və ümumtürk mədəniyyətinin ayrılmaz hissəsi olan Azərbaycan mədəniyyəti və incəsənəti dünyanın mötəbər beynəlxalq təşkilatlarında və çeşidli ölkələrində nümayiş etdirilib. İnanıram ki, TÜRKSOY ilə Azərbaycan Dövlət Musiqili Teatrı arasında qurulan bu gözəl münasibətlər gələcək illərdə də davam etdiriləcəkdir”.

Rusiyada daha bir terror

4 Aprel 2017 13:11

Ötən gün Rusiya metroda baş verən terror hadisəsini şokunu yaşayarkən, bu bün Astarxanda daha bir terror hadisəsi yaşanılıb. “Olaylar” “Huriyyet” - ə istinadən bildiri ki, Astarxanda polis maşınına silahlı hücum edilib. Hücum nəticəsində iki polisin şəhid olduğu bildirilir.  Verilən ilkin məlumata əsasən silahlı hücumu bir qrup radikal İslamçı qüvvələr həyata keçirib. 

Molla Əli Talibinin divanı Türkiyədə

4 Aprel 2017 13:10

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov XIX əsrin sonları-XX əsrin əvvəllərində yaşamış Azərbaycan şairi Molla Əli Talibinin divanının əlyazma surətini Türkiyədən əldə edib.

Türk gəmiləri Odessada

4 Aprel 2017 13:07

Ötən gün Türkiyə Hərbi Dəniz Donanmasının gəmiləri Ukraynanın Odessa limanına gəliblər. QazıAntep gəmisi  ilə Heybəliada korfezi Odessada iki gün qonaq olacaqlar. Gəminin komandan heyyəti Odessa qubernatorunu və Ukrayna donanmasının qəraqagahını ziyarət ediblər. Zabitlər Ukraynalı həmkarları ilə birgə Odessa ilə tanış olublar. Gəmilər saat 14-00 ilə 16-00 radələrində şəhər sakinlərinin ziyarətinə açıq olacaq. Səfərin aprelin 5 – də başa çatacağı gözlənilir.

Türkiyədə növbəti terror

4 Aprel 2017 13:08

Türkiyədə növbəti terror hadisəsi baş verib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Türkiyənin Şırnak vilayətində Qabar dağı adlanan bölgədə terrorçuıarın yerləşdirdiyi, uzaqdan idarə olunan əl bombasının partlaması nəticəsində 3 əsgər şəhid olub, 5 əsgər isə ağır yaralanıb. Şırnak valisinin açıqlamasında əməliyyatlar zamanı 5 terrorçunun zərərsizləşdirildiyini bildirib. 

Boğaz bağlandı

4 Aprel 2017 13:06

İstanbul boğazı qalın duman təbəqəqəsi səbəbi ilə bu gecə saat 01-00 radələrindən etibarən gəmi keçişlərinə bağlanıb. İstanbul Liman Müdirlüyündən verilən açıqlamaya görə boğazın görüş məsafəsi zəif olduğu səbəbi ilə iki tərəfli şəkildə gəmi keçişlərinə bağlanıb. Yerli Dəniz Nəqliyyat Rəhbərinin 21- ci maddəsinə görə, boğaz fiziki imkanlrı olmadığı halda müvəqqəti bağlana bilər. Sadəcə insanlara  xəbərdarlıq verilməlidi. Boğaz yolunun saat 10:30 radələrində açılacağı ehtimal edilir.

Suriya müxalifəti: Əsəd ordusu kimyəvi silahdan istifadə edib, 43 nəfər ölüb

4 Aprel 2017 13:00

Suriya rejimi İdlib vilayətində müxaliflərə qarşı kimyəvi silah tətbiq edib. Bunu İdlib Mülki Müdafiə Dəstəsinin üzvü Enes Barakat “Anadolu” agentliyinə açıqlamasında deyib. O bildirib ki,  Suriya ordusuna aid təyyarələr bu gün səhər saatlarında İdlibin cənubundakı Xan Şeyhun bölgəsinə hazırlanmasında zəhərli xlor qazından istifadə edilmiş bombalar atıb. Nəticədə 43 mülki şəxs ölüb, 215 nəfər zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ölənlərin əksəriyyəti uşaqlardır.

Rusiyanın Udmurtiya Respublikasının rəhbəri 140 milyon rubl rüşvət almaqda günahlandırılır

4 Aprel 2017 12:59

Rusiyanın Udmurtiya Respublikasının rəhbəri Aleksandr Solovyov 140 milyon rubl məbləğində rüşvət almaqda günahlandırılır. Bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib. O deyib ki, A. Solovyov haqqında yüksək miqdarda rüşvət almaq maddəsi ilə cinayət işi açılıb.