Molla Əli Talibinin divanı Türkiyədə

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov XIX əsrin sonları-XX əsrin əvvəllərində yaşamış Azərbaycan şairi Molla Əli Talibinin divanının əlyazma surətini Türkiyədən əldə edib.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov XIX əsrin sonları-XX əsrin əvvəllərində yaşamış Azərbaycan şairi Molla Əli Talibinin divanının əlyazma surətini Türkiyədən əldə edib. İnstitutdan "Olaylar" - a bildirilib ki, əslən qarabağlı olan, 1888-ci ildə Cəbrayılda dünyaya gəlmiş M.Ə.Talibi 1913-cü ildə Türkiyəyə köçərək, bu ölkənin müxtəlif yerlərində yaşayıb. O,1943-cü ildə vəfat edib. M.Ə.Talibi atası Molla Səfər kimi Türkiyədə yaşayan nəqşbəndi şeyxi Mir Həmzə Seyid Nigarinin müridi olub. Talibinin kiçik həcmli divanında Füzuli ruhu, Seyid Nigari təsiri özünü aydın şəkildə göstərməkdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31