Azərbaycan vətəndaşlığına qəbul edilənlər and içdilər
Dövlət Miqrasiya Xidmətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslərin təntənəli şəraitdə Dövlət bayrağı önündə Konstitusiyaya əl basmaqla dövlət dilində Azərbaycan Respublikasına sadiq olacaqları barədə andiçmə mərasimi keçirilib.
4 Aprel 2017 12:10 SosialDövlət Miqrasiya Xidmətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslərin təntənəli şəraitdə Dövlət bayrağı önündə Konstitusiyaya əl basmaqla dövlət dilində Azərbaycan Respublikasına sadiq olacaqları barədə andiçmə mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Azәrbaycan Prezidentinin Sәrәncamları ilə vәtәndaşlığa qәbul və bərpa edilәn şәxslәrin andiçmә mәrasimindә bildirilib ki, əsası Ulu öndәr Heydәr Әliyev tәrәfindәn qoyulmuş inkişaf strategiyasına uyğun olaraq Prezident İlham Əliyev respublikamızın regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin edib. Ölkəmizdə müşahidə olunan sosial-iqtisadi inkişaf, sabitlik, mövcud təhlükəsizlik mühitinin yaradılması, miqrantların hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər, həmçinin respublikamızın geosiyasi mövqeyi, tranzit imkanlarının genişliyi, turizm imkanları dünyanın müxtəlif yerlərindən Azərbaycana miqrasiya proseslərinin intensivləşməsinə, respublikamızın vәtәndaşı olmaq istәyәnlәrin sayının ildәn-ilә artmasına səbəb olub.
Sonra vәtәndaşlığa qәbul və bərpa edilmiş 35 şәxs dövlәt bayrağı önündә Azәrbaycan Respublikasının Konstitusiyasına әl basaraq Azәrbaycan Respublikasına sadiq olacaqları barәdә tәntәnәli surәtdә and içiblәr.