Bayıl dairəsində hərəkət məhdudlaşdırılacaq

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

"Azəravtoyol" ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR" -a bildirilib ki, bununla əlaqədar olaraq aprelin4-ü saat 11:00- dan axşam saatlarınadək Səbael rayonu, Bayıl dairəsi - Bibiheybət yolu, həmçinin Heydər Əliyev prospektinin Böyük Şor və Sabunçu yol qovşaqlarında avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən və ya tam məhdudlaşdırılacaq. Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməkləri və aparılan işlərə anlayışla yanaşmaqları xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31