"İstefaya göndərsələr, sakitcə evə gedəcəm"

Argentina millisinin baş məşqçisi Edqardo Bausa istefaya hazır olduğunu bildirib. Yerli mətbuat komandanın son vaxtlar uğursuz çıxışına görə Bausanın vəzifəsindən azad olunmaq ehtimalından yazıb.

Argentina millisinin baş məşqçisi Edqardo Bausa istefaya hazır olduğunu bildirib. Yerli mətbuat komandanın son vaxtlar uğursuz çıxışına görə Bausanın vəzifəsindən azad olunmaq ehtimalından yazıb.

Təcrübəli mütəxəssis bu söz-söhbətlərə belə münasibət bildirib: "Ola bilər ki, aprelin 3-də Federasiyanın yeni prezidenti ilə görüşdüm. Hələlik mən və köməkçilərim işlərini əvvəlki kimi icra edəcəklər. Rəhbərliklə görüşdən sonra məsələnin nə yerdə olduğunu biləcəyik. Məni istefaya göndərmək istəsələr, səbəbini müzakirə edəcəyik. Argentinaya uğurlar arzu edirəm. İstefaya göndərsələr, sakitcə evə gedəcəm. Komandanın həmişə uğur qazanmasını istəyirəm". Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31