Nəsimi Paşayev: "Sərnişinlərin narahat olmalarına hər hansı bir əsas yoxdur"
"Artıq "Bakı Metropoliteni”nində də ayıq-sayıqlığın artırılması üçün bütün polis orqanlarına göstəriş verilib”. "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, ümumiyyətlə "Bakı Metropoliteni”ndə polis tərəfindən təhlükəsizlik tədbirləri hər zaman yüksək səviyyədə qorunur.
3 Aprel 2017 18:49 Sosial"Artıq "Bakı Metropoliteni"nində də ayıq-sayıqlığın artırılması üçün bütün polis orqanlarına göstəriş verilib". "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, ümumiyyətlə "Bakı Metropoliteni"ndə polis tərəfindən təhlükəsizlik tədbirləri hər zaman yüksək səviyyədə qorunur.
Qurum rəsmisi əlavə edib ki, bu gün Piterdə baş verən məlum hadisədən sonra Bakı metrosundakı hüquq-mühafizə orqanlarının şəxsi heyyətinə ayıq-sayıqlığın artırılması üçün göstəriş verilib: "Sərnişinlərin narahat olmaları üçün hər hansı bir əsas yoxdur".
Xatırladaq ki, bir az əvvəl Sankt-Peterburq şəhərində metronun "Sennaya Ploşad" stansiyasında vaqonlardan birində baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb, 50-dən çox yaralı var.