Əməliyyatda yanlışlıq
Əfqanıstanın şimalında təhlükəsizlik qüvvələri yanlışlıqla 9 sivil vətəndaşı öldürüb. “Olaylar” Miliyyet” - ə istinadən bildirir ki, Əfqanıstanın şimalında Helmand vilayətində təhlükəsizlik qüvvələri Taliban rejiminin tərəfdarlarına qarşı əməliyyat həyata keçiriblər. Əməliyyat zamanı təhlükəsizlik qüvvələrinin yanlışlıqla 9 sivil vətəndaşı öldürdüyü məlum olub. Helmand vilayətinin rəsmiləri xəbəri təsdiqləyib. Hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.
3 Aprel 2017 16:52 DünyaƏfqanıstanın şimalında təhlükəsizlik qüvvələri yanlışlıqla 9 sivil vətəndaşı öldürüb. "Olaylar" Miliyyet" - ə istinadən bildirir ki, Əfqanıstanın şimalında Helmand vilayətində təhlükəsizlik qüvvələri Taliban rejiminin tərəfdarlarına qarşı əməliyyat həyata keçiriblər. Əməliyyat zamanı təhlükəsizlik qüvvələrinin yanlışlıqla 9 sivil vətəndaşı öldürdüyü məlum olub. Helmand vilayətinin rəsmiləri xəbəri təsdiqləyib. Hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.
Şahidlərin bildirdiyinə görə ölənlər arasında uşaqlar da var.