Gündəm

Ayın səthində yadplanetlilərin tikdiyi binalar - VİDEO

3 Aprel 2017 16:15

Ayın səthində müəmmalı qüllələr qeydə alınıb. Uufoloqlar Yerə yaxın ərazidə şüurlu yadplanetlilərin olduğuna dair yeni sübutlar tapıblar. "Google Moon" xəritəsini tədqiq edən ufoloqlar Ayın səthində 6 ədəd 5 kilometrlik qüllə kəşf ediblər.

“Qələbəyə gedən yol”- 2016-cı il aprel döyüşlərinin ildönümü münasibəti ilə tədbir keçirilib

3 Aprel 2017 16:14

Nəsimi rayon İcra Hakimiyyəti 2016-cı ilin Aprel döyüşlərinin ildönümü münasibəti ilə C.Naxçıvanski adına hərbi liseydə “Qələbəyə gedən yol” adlı hərbi vətənpərvərlik tədbiri keçirmişdir. Tədbirdə C.Naxçıvanski adına hərbi liseyin kursantları, rayon məktəblilərinin yuxarı sinif şagirdləri, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin üzvləri, rayon veteranlar cəmiyyətinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

ATƏT DTİHB: Ermənistanda səslərin satın alınması və təzyiq faktları qeydə alınıb

3 Aprel 2017 16:06

“Ermənistanda keçirilən parlament seçkiləri zamanı səslərin satın alınması, dövlət qulluqçularına və özəl şirkətlərin əməkdaşlarına təzyiqlər edilməsi ilə bağlı məlumatlar qeydə alınıb”.

Sürüşmələr aktivləşib, bəzi yerlərdə yeni sürüşmə sahələri yaranıb - AYLIQ STATİSTİKA

3 Aprel 2017 15:51

“Ötən ay Zığda aparılan monitorinqlər nəticəsində lokal sahələrdə sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Tikililərin divarlarında quraşdırılmış mayaklarda müxtəlif ölçülü çatlar əmələ gəlib. Prosesin dinamikasında aktivlik atmosfer yağıntılarının təsirindən baş verib”. Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Şanlı aprel zəfəri – Xankəndinə aparan qısa yol- TƏHLİL

3 Aprel 2017 15:48

Azərbaycan dövləti, xüsusilə, Prezident və Ali Baş Komandan İlham Əliyevin Dağlıq Qarabağ probleminin həlli istiqamətində qətiyyətli addımları bu gün də davam etməkdədir. Belə ki, dövlət başçımız demək olar ki, bütün çıxışlarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mühüm fikirlərini bildirir, müvafiq bəyanatlar səsləndirir. Bu isə bir daha belə qənaətə gəlməyə zəmin yaradır ki, Azərbaycan tezliklə işğal altında olan ərazilərimizi işğalçı Ermənistanın və separatçı “dqr” rejiminin tör-töküntülərindən azad edəcək.

Aprel döyüşləri Ermənistanı bərk qorxuya saldı

3 Aprel 2017 15:47

Aprel döyüşləri göstərdi ki, "Böyük Ermənistan" nədirsə, "məğlubedilməz erməni ordusu" da elə odur, yəni mifdir, xülyadır. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, cənab Prezidentin 31 mart soyqırımının 99-cu ildönümü qeyd edilən gün belə görüş keçirməsində rəmzlik də var. Bu o deməkdir ki, heç nə unudulmur və heç nə unudulmayacaq. Ermənilər etdikləri vəhşiliklərə görə cavab verəcəklər. Ali Baş Komandanımız özü də vurğuladı ki, düşmənin daşı-daş üstə qalmayacaq. Dağlıq Qarabağda və işğal edilmiş bütün torpaqlarda baş verən və baş verə biləcək hadisələr bizim daxili işimizdir. Heç bir beynəlxalq təşkilat, yaxud da ki, hansısa bir ölkə bizim daxili işimizə qarışa bilməz. Bunların hər biri dövlət başçısının hərbçilərlə görüşdə səsləndirdiyi fikirlərdir.

Ermənistanda keçirilən seçkilərdə ciddi saxtakarlıq

3 Aprel 2017 15:43

Ermənistanda seçki həyəcanı nəhayət ki, başa çatdı. Son illərin ən gərgin seçki mübarizəsi kimi yadda qalan 2 aprel seçkiləri həm də hazırkı prezident Serj Sərkisyanın ölüm-dirim savaşı kimi də xarakterizə edilirdi. Belə ki, son bir neçə ildə Sərkisyanın rəhbərlik etdiyi hakim Respublika Partiyasına olan inamın azalması, xüsusilə mövcud iqtidarın istər siyasi, istər iqtisadi, istərsə də hərbi və diplomatik sahədə üzləşdiyi uğursuzluqlar Respublika Partiyasının seçkidən məğıub ayrılacağı proqnozunu yaratmışdı.

Azərbaycan Prezidenti adından Nursultan Nazarbayevin şərəfinə rəsmi qəbul təşkil olunub

3 Aprel 2017 15:43

Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin şərəfinə rəsmi qəbul təşkil olunub.

Muğamda hər şey var –qəm, kədər, sevinc

3 Aprel 2017 15:41

Efirlərdə, mətbuatda çox az görünməsinə baxmayaraq, dinləyicilərin yaddaşında hər zaman gözəl ifaları ilə xatırlanan, muğamı ustadı Alim Qasımov kimi içdən yaşayan və yaşadan bir xanəndənin Azərbaycan muğam tarixində var olması böyük xoşbəxtlikdi.  Bu sehirli səs öz dinləyicisini tərki – dünya edir.

Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri başa çatıb

3 Aprel 2017 15:33

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri başa çatıb. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Piyadanı vurub öldürən sürücü aradan çıxıb

3 Aprel 2017 15:31

Bakının Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, aprelin 3-də saat 1 radələrində Xətai rayonunun Nobel prospektində müəyyən edilməyən avtomobillə yolu keçən 55-60 yaşlı kişi vurulub və nəticədə o, hadisə yerində ölüb. Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

İqtisadi inkişafın Heydər Əliyev zirvəsi

3 Aprel 2017 15:29

Hər bir dövlətin təbii ehtiyatları, iqlim şəraiti və coğrafi mövqeyindən səmərəli istifadə edilməsi, mövcud iqtisadi potensialın dövlətin inkişafı, xalqın rifah halının yüksəlişinə yönəldilməsi üçün bacarıqlı siyasi rəhbərə ehtiyac duyulur. Bu baxımdan ölkəmizə 30 ildən  çox rəhbərlik etmiş ümummilli lider Heydər Əliyev nəinki ictimai, siyasi, həm də iqtisadi sahədə kifayət qədər həlledici addımlar atmışdır.

Qarabağda böyük qələbəmizin başlanğıcı

3 Aprel 2017 15:28

Bu günlərdə Azərbaycan özünün Aprel zəfərinin ildönümünü qeyd edir. Keçən ilin bu günlərində Azərbaycan Silahlı Qüvvələrinin nümayiş etdirdiyi əzmkarlıq və mərdlik uzun illərdən sonra xalqa qələbə sevincini yaşatdı. Məhz aprel müharibəsi Azərbaycan xalqında işğal altında olan digər ərazilərimizin də tezliklə düşməndən azad ediləcəyi əminliyi yaratdı. Elə aprel qələbəsinin ildönümü ərəfəsində Azərbaycan Prezidentinin bir qrup hərbiçi ilə keçirdiyi görüşdə də bu fikirlər öz təsdiqini tapdı. Dövlət başçısının hərbiçilərlə keçirdiyi görüş təkcə Silahlı Qüvvələrdə deyil, eləcə də cəmiyyətdə böyük ruh yüksəkliyi yaradıb. Elə millət vəkili Azər Badamov da bu qənaətdədir. “OLAYLAR”-a verdiyi müsahibədə Azər Badamov prezidentin sözügedən görüş zamanı bir çox vacib məqamlara toxunduğunu da deyib.

Elçin Əmirbəyov: “Azərbaycan cəmiyyətində bir konsensus var...”

3 Aprel 2017 15:25

Azərbaycan Respublikasının Fransadakı səfiri Elçin Əmirbəyov Fransanın nüfuzlu KİV-lərindən biri sayılan “Kurtuazi Radiosu”na geniş müsahibə verib.

Pambıqçılığın xeyiri daha çoxdur

3 Aprel 2017 15:20

Azərbaycan Respublikasının Preziddnti İlham Əliyev tərəfindən bugünlərdə ölkədə pambıqçılığın inkişafına dair Saatlı rayonunda geniş müşavirə keçirildi. İstər Saatlı müşavirəsi, istərsə də keçən il Sabirabad rayonunda keçirilən anoloji müşavirə və hər iki müşavirədə dövlət başçısının bu sahənin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etməsi Azərbaycanda pambıqçılığın inkişafının əsas priiritetlərdən biri olduğunu ortaya qoydu. Düzdür, bu sahənin inkişafının vacibliyini qeyd edənlərlə yanaşı, əks fikir söyləyənlər də tapıldı. Amma iqtisadçılar, bu sahənin ekspertləri Azərbaycan prezidentinin düzgün addım atdığı qənaətindədirlər və bu sahənin inkişafını səmərəli hesab edirlər. Elə iqtisadçı ekspert Pərviz Heydərov da bu qənaətdədir.