Qarabağda böyük qələbəmizin başlanğıcı

Bu günlərdə Azərbaycan özünün Aprel zəfərinin ildönümünü qeyd edir. Keçən ilin bu günlərində Azərbaycan Silahlı Qüvvələrinin nümayiş etdirdiyi əzmkarlıq və mərdlik uzun illərdən sonra xalqa qələbə sevincini yaşatdı. Məhz aprel müharibəsi Azərbaycan xalqında işğal altında olan digər ərazilərimizin də tezliklə düşməndən azad ediləcəyi əminliyi yaratdı. Elə aprel qələbəsinin ildönümü ərəfəsində Azərbaycan Prezidentinin bir qrup hərbiçi ilə keçirdiyi görüşdə də bu fikirlər öz təsdiqini tapdı. Dövlət başçısının hərbiçilərlə keçirdiyi görüş təkcə Silahlı Qüvvələrdə deyil, eləcə də cəmiyyətdə böyük ruh yüksəkliyi yaradıb. Elə millət vəkili Azər Badamov da bu qənaətdədir. “OLAYLAR”-a verdiyi müsahibədə Azər Badamov prezidentin sözügedən görüş zamanı bir çox vacib məqamlara toxunduğunu da deyib.

Azər Badamov: "Vəziyyət onu göstərir ki, aprel hadisələrinin təkrarlanması qaçılmazdır"

Bu günlərdə Azərbaycan özünün Aprel zəfərinin ildönümünü qeyd edir. Keçən ilin bu günlərində Azərbaycan Silahlı Qüvvələrinin nümayiş etdirdiyi əzmkarlıq və mərdlik uzun illərdən sonra xalqa qələbə sevincini yaşatdı. Məhz aprel müharibəsi Azərbaycan xalqında işğal altında olan digər ərazilərimizin də tezliklə düşməndən azad ediləcəyi əminliyi yaratdı. Elə aprel qələbəsinin ildönümü ərəfəsində Azərbaycan Prezidentinin bir qrup hərbiçi ilə keçirdiyi görüşdə də bu fikirlər öz təsdiqini tapdı. Dövlət başçısının hərbiçilərlə keçirdiyi görüş təkcə Silahlı Qüvvələrdə deyil, eləcə də cəmiyyətdə böyük ruh yüksəkliyi yaradıb. Elə millət vəkili Azər Badamov da bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Azər Badamov prezidentin sözügedən görüş zamanı bir çox vacib məqamlara toxunduğunu da deyib.

-Azər müəllim, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprel döyüşlərinin ildönümü ilə bağlı bir qrup hərbiçi ilə görüşdü. Dövlət başçısının bu görüşü Silahlı Qüvvələrdə, eləcə də cəmiyyətdə nə dərəcədə əlavə bir ruh yüksəkliyi yaratdı?

-Bəli. Cənab Prezdent aprel müharibəsinin ildönümündə cəbhədə olmuş bir qrup hərbiçi ilə görüş keçirdi. Bu görüş əsil Ali Baş Komandanın hərbiçilərlə görüşü idi. Ümumiyyətlə, dövlət başçısı orduya həmişə diqqət və qayğıyla yanaşıb. Məhz onun nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri yüksək nizam-intizama malik orduya çevrilib, ən müasir maddi texniki bazaya malik olub, uzaqdan idarə olunan yüksək dagıdıcı gücünə malik silahlarla silahlanıb. Görüşdə cənab prezdent aprel döyüşlərindəki qələbəmizdən, ordumuzun gücündən, ölkədəki yeni qələbələrə imza atmaq əzmindən danışaraq Ermənistana da ciddi mesajlar vermiş oldu. Bu görüş cəmiyyət tərəfindən çox yüksək səviyyədə qarşılanıb, , insanlarda vuruşmaq, işğalda olan torpaqlarını azad etmək ruhunu yüksəldib.

-Prezident hərbiçilərlə görüşü zamanı aprel hadisələrinin dərsliklərə salınmasını tövsiyyə edib. Bu gənc nəslin vətənpərvər ruhda böyüməsinə, Azərbaycan Silahlı Qüvvələrinin şücaəti barədə məlumatlı olmasına öz msbət təsirini göstərəcəkmi?

- Aprel döyüşləri Azərbaycan tarixinin şanlı səhifəsidir. Təbii ki, bu dərsliklərə salınmalı, filmlər çəkilməli, xalqımızın qəhrəmanlığı təbliğ olunmalı və gələcək nəsillərimizi qəhrəman və qələbə ruhunda tərbiyyə etməliyik. Biz heç vaxt düşmənimizin kim olduğunu yaddan çıxarmamalıyıq. Hətta torpaqlar işğaldan azad olandan sonra da . Çünki bu bir tarixdir, Tarixi heç vaxt unutmaq olmaz. Unudulanda da belə gözü doymayan və böyük xülyalar içində yaşayan ermənilər bizə qarşı soyqırımları, təxribatları davam etdirəcəklər. Necə ki, zaman - zaman ermənilər tarixdə xalqımıza qarşı neçə dafə qığrınlar törədiblər. Düşünürəm ki, bu soyqırımların son dayanacağı Xocalıda olmuşdur. Bundan sonra isə biz belə hadisələrin yenidən baş verməsinə heç vaxt imkan verməyəcəyik . Azərbaycanın güclü ordusu, vətəni , ölkəni, torpağını, prezdentini sevən xalqı var. Biz qələbələrimizi təbliğ etdikcə ictimaiyyətdə qeyd etdiyim sevgi daha da artır.

-Dövlət başçısı eyni zamanda qeyd edib ki, düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə hər an hazırıq. Həmçinin prezidentin tezliklə digər işğal altında olan ərazilərimizdə də Azərbaycan bayrağının dalğalanacağı barədə fikirləri qələbənin o qədər uzaqda olmaması anlamını verirmir?

-Azərbaycan ordusu uzaqdan idarə olunan, müasir innovasiyalı silahlarla təmin olunub. Ölkə başçısının qeyd etdiyi kimi silahlarımız düşmənin istənilən nöqtəsini məhv etməyə qadirdir. Biz istəyirik ki, sülh danışıqlar yolu ilə işğala son qoyulsun. Aprel hadislərindən sonra Sərkisyan əl-ayağa düşmüşdü ki, təcilli danışıqlar prosesini bərpa edək və münaqişənin həllinə razı olduqlarını bildirmişdilər. Məsələ ilə əlaqədar Vyanada, Sankt-Peterburqda prezdentlərin görüşləri də olmuşdu. Sonra isə oyunçular yenidən ortaya atıldı və məsələnin həlli prosesi yenə sakitliəşdi. Vəziyyət onu göstərir ki, ordumuz mütəmadi olaraq hücumlar etməli, yeni-yeni yerlərdə bayraqlarımızı sancmalı və düşməni diz çökdürməlidir. Buna gücümüz də var, iradəmiz də var. Düşnürəm ki, belə olan halda qələbəyə daha da yaxınlaşarıq.

-Ümumiyyətlə, siz bir millət vəkili kimi keçən ilin aprelində baş verən olayları necə dəyərləndirirsiniz?

-Aprel olaylarını yüksək dəyərləndirirəm və buna bir neçə aspektdə yanaşmaq istəyirəm. Birincisi, aprel hadisələri uzun illər ermənilərin yaradığı məğlubedilməz erməni ordusu mifini darmadağın etdi. Məlum oldu ki, erməni ordusu 90-cı illərin əvvəlində necə idisə, indi də həmin vəziyyətdədir, heç bir müasir silah və şəraitlə təmin olunmayıb. Azərbaycan ordusunun qismən bir hissəsi təxribata cavab verməklə 2000 hektar torpağı işgaldan azad etdi və düşmənə sübut etdi ki, qarşımızda dayana bilməzlər. Dörd günlük münaqişə Azərbaycanın yüksək hərbi potensiala malik olduğunu göstərdi. Ermənilər həmişə arxayın idilər ki, Qarabağda müharibə başlayarsa, rusların Gümrüdəki hərbi hissəsi onların köməyinə gələcək. Amma vəziyyət onu göstərdi ki, Qarabağda baş verə biləcək hər hansı münaqişəyə kənar dövlətlərin hərbiçiləri girə bilməz. Çünki, Qarabağ Azərbaycan torpağıdır və Azərbaycanın ərazi bütövlüyü dünya tərəfindən tanınmışdır. Aprelin əvvəlində real vəziyyəti görən ermənilər böyük psixoloji sarsıntı keçirdilər. İkincisi, isə aprel hadisələri Azərbaycanda xalq birliyini bir daha təsdiqlədi. Yəni hər bir Azərbaycan vətəndaşı müharibəyə getmək, işğala son qoymaq arzusunda olduğunu ortaya qoydu. Ölkədə hamı Ali Baş Komandanın əmrini gözləyir. Ermənistanda isə vəziyyət tamamilə fərqlidir. Sadə ermənilər bilirlər ki, Qarabağ Azərbaycanın torpağı deyil və heç vaxt ermənin ola bilməz. Ona görə də heç kim Qarabağda vuruşmaq istəmir. Aprel hadislərindən sonra bu istiqamətdə səsləndirilən fikirləri tez-tez eşidirik və ermənilərin Sarkisyan rejimindən kütləvi narazılıqları günü-gündən artmaqdadır. Düşünürəm ki, aprel döyüşləri Qarabağda böyük qələbəmizin başlanğıcıdır.

-Hazırkı situasiyada danışıqlar prosesində müşahidə edilən passivlik anoloji aprel olaylarının təkrarlanmasını nə dərəcədə mümkün edə bilər?

-Vəziyyət onu göstərir ki, aprel hadisələrinin təkrarlanması qaçılmazdır. Ölkə başçımız böyük səbr nümayiş etdirərək sülh yolu ilə münaqişəyə son qoyulmasının tərəfdarı olduğumuzu qeyd edir. Həm də ərazimizdə ikinci erməni dövlətinin yaradılmasına və ərazilərimizin uzun müddət işğal altında qalmasına razı olmadığımızı bəyan etmişdir. Bu o deməkdir ki, Azərbaycan öz ərazisini erməni faşistlərdən təmizləməyə hazırdır və lazım gələndə hərb gücü ilə bunu etməyə qadirdir.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31