Aprel döyüşləri Ermənistanı bərk qorxuya saldı

Aprel döyüşləri göstərdi ki, "Böyük Ermənistan" nədirsə, "məğlubedilməz erməni ordusu" da elə odur, yəni mifdir, xülyadır. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, cənab Prezidentin 31 mart soyqırımının 99-cu ildönümü qeyd edilən gün belə görüş keçirməsində rəmzlik də var. Bu o deməkdir ki, heç nə unudulmur və heç nə unudulmayacaq. Ermənilər etdikləri vəhşiliklərə görə cavab verəcəklər. Ali Baş Komandanımız özü də vurğuladı ki, düşmənin daşı-daş üstə qalmayacaq. Dağlıq Qarabağda və işğal edilmiş bütün torpaqlarda baş verən və baş verə biləcək hadisələr bizim daxili işimizdir. Heç bir beynəlxalq təşkilat, yaxud da ki, hansısa bir ölkə bizim daxili işimizə qarışa bilməz. Bunların hər biri dövlət başçısının hərbçilərlə görüşdə səsləndirdiyi fikirlərdir.

Aprel döyüşləri göstərdi ki, "Böyük Ermənistan" nədirsə, "məğlubedilməz erməni ordusu" da elə odur, yəni mifdir, xülyadır. Bu sözləri millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, cənab Prezidentin 31 mart soyqırımının 99-cu ildönümü qeyd edilən gün belə görüş keçirməsində rəmzlik də var. Bu o deməkdir ki, heç nə unudulmur və heç nə unudulmayacaq. Ermənilər etdikləri vəhşiliklərə görə cavab verəcəklər. Ali Baş Komandanımız özü də vurğuladı ki, düşmənin daşı-daş üstə qalmayacaq. Dağlıq Qarabağda və işğal edilmiş bütün torpaqlarda baş verən və baş verə biləcək hadisələr bizim daxili işimizdir. Heç bir beynəlxalq təşkilat, yaxud da ki, hansısa bir ölkə bizim daxili işimizə qarışa bilməz. Bunların hər biri dövlət başçısının hərbçilərlə görüşdə səsləndirdiyi fikirlərdir.

Sahib Alıyev qeyd edib ki, əks fikir bildirənlər də bu sözlərin sadəcə söz olmadığının yaxşı fərqindədirlər, apreldə də gördülər və elə bu gün də görürlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31