Ermənistanda keçirilən seçkilərdə ciddi saxtakarlıq
Ermənistanda seçki həyəcanı nəhayət ki, başa çatdı. Son illərin ən gərgin seçki mübarizəsi kimi yadda qalan 2 aprel seçkiləri həm də hazırkı prezident Serj Sərkisyanın ölüm-dirim savaşı kimi də xarakterizə edilirdi. Belə ki, son bir neçə ildə Sərkisyanın rəhbərlik etdiyi hakim Respublika Partiyasına olan inamın azalması, xüsusilə mövcud iqtidarın istər siyasi, istər iqtisadi, istərsə də hərbi və diplomatik sahədə üzləşdiyi uğursuzluqlar Respublika Partiyasının seçkidən məğıub ayrılacağı proqnozunu yaratmışdı.
3 Aprel 2017 15:43 SiyasətƏli Qənbərli: "Bu kimi ölkələrdə siyasi seçim yalnız anlayışdır"
"Seçkilər formaldır"
Ermənistanda seçki həyəcanı nəhayət ki, başa çatdı. Son illərin ən gərgin seçki mübarizəsi kimi yadda qalan 2 aprel seçkiləri həm də hazırkı prezident Serj Sərkisyanın ölüm-dirim savaşı kimi də xarakterizə edilirdi. Belə ki, son bir neçə ildə Sərkisyanın rəhbərlik etdiyi hakim Respublika Partiyasına olan inamın azalması, xüsusilə mövcud iqtidarın istər siyasi, istər iqtisadi, istərsə də hərbi və diplomatik sahədə üzləşdiyi uğursuzluqlar Respublika Partiyasının seçkidən məğıub ayrılacağı proqnozunu yaratmışdı. Ən əsası keçən ilin aprelində Ermənistanın üzləşdiyi hərbi məğlubiyyət və ölkədə artan iqtisadi böhran belə deməyə əsas verirdi. Ancaq Ermənistanın siyasi həyatına bələd olan ekspertlər heç də hər şeyin erməni xalqının istəyi ilə nəticələnəcəyinə inanmırdılar. Birmənalı olaraq irəli sürülən iddia ondan ibarət idi ki, hər dəfə kobud şəkildə seçki saxtakarlığına yol verən Sərkisyan hakimiyyəti bu dəfə də ənənəsinə sadiq qalacaq. Bu iddianı irəli sürmək və onu təsdiqləmək üçün əslində bir fakt kifayət edirdi. Belə ki, hakim partiyanın seçki qərargahının rəhbərinin məhz işğalçı ölkənin müdafiə nazirinin seçilməsi təsadüfi deyildi və Sərkisyan bununla daha çox hərbi birləşmələrdə saxtakarlığa yol verərək seçkilərdən qalib ayrılmağa müvəffəq oldu.
Xəbərlərdən də aydın olduğu kimi Ermənistanda keçirilən seçkilərin ilkin nəticələrinə görə parlamentdə 4 partiya və blok təmsil olunmağa şans qazanıb. Gözlənildiyi kimi partiyalar içərisində öndə olanı hakim Respublika Partiyasıdır. Bu partiyanın səslərin 49,32 faizini qazandığı bildirilir. İkinci yerdə 27,67 faiz səslə "Tsarukyan" bloku qərarlaşıb. Bülletenlərin 64 faizininnin hesablanmasından sonra "Yelk" bloku da 7 faizlik keçid həddini keçərək parlamentə düşüb. "Daşnaksutyun" partiyası isə səslərin 6,74 faizini qazanıb. Seçki mübarizəsinə qoşulan digər partiyalar isə parlamentdə mandat qazana bilməyiblər.
Qeyd etdiyimiz kimi 2 aprel seçkiləri Ermənistanda ciddi saxtakarlıqlarla yadda qalıb. İşğalçı ölkədə seçki saxtakarlıqlarının olması barədə məlumatlar hətta yerli dairələr tərəfindən də təsdiqlənib.Təkcə
Ermənistan polisinə seçki saxtakarlıqları ilə bağlı 176 məlumat daxil olub. Səsvermə məntəqəsində baş verən ölüm hadisəsi isə Sərkisyanın işini çətinləşdirib desək yanılmarıq. Belə ki, öz konstitusion hüququndan istifadə etmək üçün məntəqəyə gələn erməni seçicinin nümayişkəranə şəkildə Sərkisyan hakimiyyətini tənqid etməsi hakim partiya tərəfdarlarının adekvat reaksiyasına səbəb olub və seçiciyi tətbiq edilən fiziki güc nəticəsində o dünyasını dəyişib.
Elə əksər ekspertlər də bu qənaətdədirlər ki, Ermənistandakı parlament seçkiləri ciddi saxtakarlıqlarla müşahidə edilib və Sərkisyan iqtidarı hakim partiyanın seçkidə qələbəsinə nail olmaq üçün maksimum dərəcədə seçki prosesinə müdaxilə edib. Politoloq Əli Qənbərli deyib ki, Ermənistan kimi ölkələrdə siyasi seçim yalnız anlayışdır: "Yəni praltika deyil, nəticə deyil. Bu seçkilər formaldır. Seçkinin keçirilməsi sadəcə imitasiya xarakteri daşıyır. Yəni, seçki var amma,
xalqın seçimindən aslı olmayaraq. Artıq nəticələr öncədən bəlli idi. Heç şübhəsiz ki, bu seçkilər saxtalaşdırılıb. Zatən nəticələr əvvəlcədən də, bəlli idi". Politoloq qeyd edib ki, demokratiya həyat tərzidir və bu həyat tərzini cəmiyyət mənimsəmədisə, orada keçirilən istənilən seçki böyük ehtimalla saxtadır: "Ermənistanda da bu gün həmin vəziyyətdir".

Politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Ermənistanda gözlənilən baş verdi. Onun sözlərinə görə, separatçı Qarabağ klanı Ermənistan parlamenti üzərindəki nəzarətini gücləndirdi: "2 aprel parlament seçkisinin nəticəsindən fərqli heç nə çıxmadı. Prezident Serj Sərkisyanı sərt tənqid edən hər iki müxalif blok parlamentdən kənarda qaldı. Halbuki, müxalifət adına keçirdikləri mitinqlərdə kifayət qədər etirazçı toplaya bilirdilər. Buna baxmayaraq, parlamentə müxalifət adına hakimiyyətlə bir çox dəyərləri bölüşdürən "Çiçəklənən Ermənistan" və "Daşnaksütun" partiyaları düşdülər. Bu nəticələri necə dəyərləndirmək lazımdır? Birincisi, 20 ildir Ermənistanda hakimiyyəti nəzarətdə saxlayan separatçı Qarabağ klanı yaxın illərdə iqtidarını qoruyacaq. Konstitusiya dəyişdiyindən əsas rol parlamentə və hökumətə keçir. Serj Sərkisyan hər ikisi üzərində nəzarətini saxlayacaq. Bu o vaxta qədər davam edəcək ki, Ermənistan cəmiyyəti inqilab və ya silah gücünə bu hakimiyyəti devirməsin. Əks halda indiki klan "seçki yoluyla" hakimiyyətdən gedən deyil. Əlbəttə, Ermənistan müxalifəti seçki nəticələrinə hansısa formada etiraz edəcək. Ancaq bunun ümumi nəticəyə təsiri olmayacaq. Sərkisyan prezident seçkisində onlarla vətəndaşını gülləbaran etmişdi. İndi də lazım gəlsə yenə vətəndaşlarının qanını tökər, ancaq geri addım atmaz". Politoloq deyib ki, Ermənistanda parlament seçkisinin nəticəsi Qarabağ danışıqlarında irəriləyişin olmayacağının işarəsidir: "İşğal davam edəcək və Sərkisyan əvvəlkitək status-kvonu uzatmağa çalışacaq. Ermənistanda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacib olduğunu düşünən siyasətçilər var. Ancaq biz nə vaxtsa onların hakimiyyətə gələcəyini gözləyə bilmərik. Vaxt gedir. Qarşımızdakı eyni qüvvədir və onunla danışmağın yolu bəllidir".
S.İsmayılbəyli