Nəbatat bağına yeni ağac və dekoratik gül kolları əkilib
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Nəbatat bağında bitki ehtiyatlarının xammal bazasını zənginləşdirmək məqsədi ilə bağın təcrübə sahələrinə regionda bitən və kənardan gətirilən ayrı-ayrı torpaq və iqlim xüsusiyyətlərinə malik olan bəzək, dərman, efiryağlı və digər bitki nümunələri əkilərək üzərlərində elmi tədqiqat işləri aparılır. O cümlədən nadir və nəsli kəsilməkdə olan bitki növlərin artırılması və bu bitkilərin qorunması tədbirləri də həyata keçirilir.
3 Aprel 2017 16:50 SosialAMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Nəbatat bağında bitki ehtiyatlarının xammal bazasını zənginləşdirmək məqsədi ilə bağın təcrübə sahələrinə regionda bitən və kənardan gətirilən ayrı-ayrı torpaq və iqlim xüsusiyyətlərinə malik olan bəzək, dərman, efiryağlı və digər bitki nümunələri əkilərək üzərlərində elmi tədqiqat işləri aparılır. O cümlədən nadir və nəsli kəsilməkdə olan bitki növlərin artırılması və bu bitkilərin qorunması tədbirləri də həyata keçirilir.
Akademiyadan "Olaylar" - a bildirlib ki, Bioresurslar İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Tariyel Talıbov və Nəbatat bağının şöbə müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Teyyub Paşayev tərəfindən AMEA-nın Dendrologiya İnstitutunundan, İran və Türkiyə Respublikalarından, Batumi Botanika Bağından gətirilən və xüsusi sahələrə əkilən yeni bitki növlərinin arasında xeyli sayda otaq bitkiləri, müxtəlif kaktus növləri, palma tingləri, müxtəlif şamlar və digər bitki nümunələri var. Bağının ərazisində qurulan "Ultra Sera" ailəsinə məxsus son texnologiyaya malik istilikxanada nümayiş etdirilən ayrı-ayrı iqlim qurşaqlarına uyğun olan tropik, subtropik, ekvatorial və digər bir çox bitki növlərin toxumlarından alınan cücərtilər üzərində haliyədə müşahidələr aparılır ki, bu bitki növlərinin də muxtar respublikamızın torpaq iqlim şəraitinə uyğunlaşdırılması, introduksiya edilməsi çox böyük müvəffəqiyyət hesab oluna bilər.