Gündəm
Bu ilin 3 ayında narkotiklərlə bağlı 910 fakt aşkarlanıb
Cari ilin 3 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 910 fakt aşkar edilib. “OLAYLAR”-ın Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına istinadən verdiyi xəbərə görə, aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 328 kq 780,336 qr müxtəlif növ narkotik vasitələr müsadirə olunub. Hesabat dövründə cinayət məsuliyyətinə 639 nəfər cəlb edilib ki, , onlardan 1-i 18 yaşadək, 57-i 18-25 yaşadək, 87-i 26-29 yaşadək, 494-ü 30 yaşdan yuxarıdır. Onlardan 9-u qadınlar olub. ,7 nəfəri isə xarici ölkə vətəndaşları təşkil edib.
100650 manat məbləğində cərimə tətbiq edilib
01-15 aprel tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Nazirlikdən “Olaylar” – a bildirilib ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 142 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 34 müddətli “məcburi göstəriş” verilib.
Ege dənizində təhlükə
Türkiyə Sahil Mühafizə gəmiləri səhər saatlarında və iki gün bundan öncə ölkənin dəniz hüdudlarını pozmağa cəhd edən yunan gəmilərinin qarşısını almağa çalışırlar. Ötən günü Pasxa bayramı münasibəti ilə yunan Quru Qüvvələri komandanı general Alikviadis Stefanis Bodrumun yaxınındaki Klalaimnos adasını, Müdafiyyə Naiziri isə Bulamaç və Eşşək adalarını ziyarət etdikdən sonra yunan gəmiləri dəfələrlə Türk dəniz hüdudlarını pozmağa cəhd ediblər. Bütün hallarda yunan gəmiləri Türk SahilMühafizə gəmiləri tərəfindən ölkənin su sərhhədlərindən sıxışdırılaraq çıxardılıblar.
Akif Əlizadə İqor Titovla görüşüb
AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Moskva Sənayenin Struktur Dəyişiklikləri Mərkəzi” Muxtar Qeyri-KommersiyaTəşkilatının baş direktoru İqor Titovla görüşüb. Akademiyadan “Olaylar” – a bildirlib ki, AMEA-nın Yüksək Texnologiyalar Parkını ziyarət etdiyini deyən İqor Titov “YT Park”ın maddi-texniki bazası və elmin kommersiyalaşdırılması istiqamətində innovativ layihələri ilə tanış olduğunu bildirib.
Azərbaycanda bəzi dərmanların istifadəsinə qadağa qoyulur
Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı artırılır. Belə ki, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları"nda dəyişiklik edilir.
Deputatın etik davranış qaydaları qanunla tənzimlənəcək
"Azərbaycan Respublikası Milli Məclisinin deputatının etik davranışı haqqında" yeni qanun layihəsi sabah parlamentdə müzakirəyə çıxarılır. Məlumata görə, layihə parlamentin İnsan hüquqları komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin birgə iclasında müzakirə olunacaq. Qanun layihəsində deputatların etik davranışlarının tənzimlənməsi ilə bağlı müddəalar əksini tapıb.
Moskvada azərbaycanlının olduğu avtomobil güllələndi
Moskvada azərbaycanlı soydaşının avtomobilinə atəş açıb. Hadisə paytaxtın Şimali Butovo rayonunda baş verib. Moskva Dairəvi Avtomobil Yolunun 35-ci km-də "Audi A8" avtomobilində olan naməlum şəxs travmatik silahdan "Toyota Camry" markalı avtomobilə bir neçə dəfə atəş açıb. Hadisə yerindən qaçan şəxs bir müddət sonra saxlanılıb. Atəş açan şəxsin Moskvada yaşayan 35 yaşlı azərbaycanlı olduğu bildirilir.
Qılınc qından çıxdı - ABŞ yenə hədələdi, Şimali Koreya isə "vurdu" - VİDEO
"Qılınc qından artıq çıxıb. Tam məsuliyyət və qətiyyətlə bildirirəm ki, Şimali Koreyanın adi və ya nüvə silahlarından istifadə etmək cəhdinə ABŞ ilə Cənubi Koreyanın, habelə müttəfiqlərimizin cavabları dağıdıcı, sarsıdıcı və effektiv olacaq".
Azərbaycanda ölüm hökmü tətbiq edilə bilərmi? - Konstitusiya “hə” deyir
Azərbaycanda 1998-ci ildə ləğv edilən ölüm cəzasının Konstitusiyadan çıxarılmaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub və buna aydın izah axtarılıb.
Trampın "feyk" həmləsi: "Karl Vinson" Şimali Koreyaya yox, başqa istiqamətə gedib
ABŞ prezidenti Donald Trampın bəyanatına əsasən Şimali Koreya sahillərinə yollanmalı olan "Karl Vinson" təyyarədaşıyanı və onu müşayiət edən zərbə qruplaşması əslində başqa istiqamətə gedib.
"Rabitə işi" yenidən təxirə düşdü
Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə aparılan prosesdə hakim bildirib ki, məhkəmə tərkibində olan hakimlərdən Fikrət Qəribov ürəyindən əməliyyat olunub. Ona görə də F.Qəribovun prosesdə iştirak etməsi mümkün deyil.
Bakı Dövlət Universitetində “Fizikaya müasir baxış”
20 -22 aprel tarixlərində Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, STAR-NET –Nüvə texologiyaları sahəsində təhsil və mütəxəssislərin hazırlığı Regional şəbəkə və Roma Sapienza Universitetinin birgə təşkilatçılığı ilə Bakı Dövlət Universitetində “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçiriləcək.
Daşkənddə azərbaycanlı şair İxtiyar Rzanın xatirə lövhəsinin açılışı olub
Daşkənddə yazıb-yaratmış mərhum azərbaycanlı şair, Özbəkistan Yazıçılar İttifaqının üzvü İxtiyar Rzanın yaşadığı binada xatirə lövhəsinin açılışı olub. Xatirə lövhəsi Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında hazırlanıb.
Dünya Azərbaycanlıları Assambleyası BMT-nin Sosial Şurası tərəfindən qeydiyyata alındı
Dünya Azərbaycanlıları Assambleyası daha bir uğura imza atıb. DAA-dan “OLAYLAR”-a daxil olan məlumata görə, Assambleya Birləşmiş millətlər Təşkilatının İqtisadi və Sosial Şurası tərəfindən qeydiyyata alınıb. “Bundan sonra Dünya AZərbaycanlıları Assambleyası BMT-nin toplantılarına qatıla, öz təklif və tövsiyyələri ilə çıxış edə bilər, BMT-nin İqtisadi və Sosial Şurasının fəaliyyəti proqramlarına özünün tövsiyyələrini irəli sürə bilər. Bununla Assambleya həmçinin BMT rəhbərliyi ilə birbaşa əlaqə imkanlarına sahibdir” deyə DAA-ya ünvanlanmış məktubda deyilir.
Şura 2017-ci il ikinci qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirib
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lər üçün 2017-ci il ikinci qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirib.














