Gündəm
Miqrasiya Xidmətinin rəisi Nyu-Yorka səfər edib
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti Beynəlxalq Miqrasiya Təşkilatının Miqrasiya üzrə Beynəlxalq Dialoqu çərçivəsində Nyu-Yorka səfər edib. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, səfərdə məqsəd “2018-ci ildə təhlükəsiz, nizamlı və qanuni miqrasiya üçün qlobal vəhdət istiqamətində beynəlxalq əməkdaşlığın və idarəetmənin gücləndirilməsi” mövzusunda Nyu-York şəhərində keçirilən tədbirdə iştirak etməkdir.
SOCAR-da ASAN könüllülərlə görüş keçirilib
İnsan Resursları Departamentində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin həyata keçirdiyi “ASAN school” Master-2 layihəsi çərçivəsində SOCAR-da təcrübə keçəcək könüllülərlə görüş keçirilib.
Alman deputat PKK-nın bayrağını dalğalandırdı
Almaniya Bundestaqının deputatı Andrey Hunko PKK terror təşkilatının aktiv təbliğatçılarından birinə çevrilib. “OLAYLAR”-ın xəbərinə görə, Bundestaqın üzvü bu günlərdə PKK terror təşkilatının bayrağını əlində dalğalandıraraq foto çəkdirib.
“Azərsu” fərqlənmə sertifikatı alıb
Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Laboratoriyası öz fəaliyyətini beynəlxalq standartların tələblərinə uyğun davam etdirir. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 356 laboratoriyanın iştirak etdiyi səriştəlilik testi proqramında Mərkəzi Laboratoriyada tullantı sularında aparılan mikrobioloji analizləri 100 faiz nəticə toplayaraq fərqlənmə sertifikatı ilə təltif olunub. Bu nailiyyət Mərkəzi Laboratoriyada analizlərin yüksək keyfiyyətlə aparılmasının, burada tətbiq olunan metodların düzgünlüyünün, kadrların peşəkarlığının göstəricisidir.
İşdən çıxarılan polis rəisinin ölümü ilə bağlı YENİ FAKTLAR
Bu gecə Göyçay rayonunda polis zabitinin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb. Rayonun Çayarxı kənd sakini, sərəncamda olan polis zabiti 1979-cu il təvəllüdlü Məmmədov Xəyal Xanlar oğlunun sürdüyü "Toyota Camry" markalı, 10 OS 016 dövlət nömrə nişanlı avtomobil Ucar-Göyçay yolunun Xəlitli kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşısına qəfil başqa maşın çıxıb. X.Məmmədov döngədən qəfil çıxan avtomobillə toqquşmamaq üçün maşını kənara çəkib və nəqliyyat vasitəsi idarəetmədən çıxaraq su kanalına düşüb. Sürücü hadisənin şokundan çıxa bilmədiyindən və qapılar kilidləndiyindən o, maşını tərk edə bilməyib və suda boğularaq ölüb.
"Gələcəkdə nə olacağını bilmirəm"
"Mançester Yunayted"in futbolçusu Eşli Yanq yayda klubunu dəyişmək ehtimalını istisna etmir. İngilis yarımmüdafiəçi bunları deyib: "Transfer pəncərəsi açılanda həmişə söz-söhbətlər ortaya çıxır.
"Leipzig" Çempionlar Liqasında oynamaya bilər
"Leipzig" klubu Almaniya Bundesliqasında Çempionlar Liqasına vəsiqə verən ilk 4-lükdə yerini təmin etməsinə baxmayaraq, gələn mövsüm Avropanın bir nömrəli klub turnirində iştirak etməyə bilər.
Teatr ilk növbədə mədəniyyətimizin daşıyıcısıdır
"Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün imkanlar daha da artacaq"
Prezident İlham Əliyevin iştirakı ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsinin böyük əhəmiyyəti var. Bu barədə millət vəkili Elman Nəsirov deyib.
Sumqayıtda yaşayış binasında yanğın olub
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə vətəndaşa məxsus ümumi sahəsi 32 m2 olan mənzilin mətbəxinin yanar konstruksiyaları 12 m2 sahədə yanıb. Hadisə zamanı 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Ölkəyə qanunsuz mobil telefon gətitirlməsinin qarşısı alınıb
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mersedes Benz” markalı nəqliyyat vasityəsinə gömrük baxışı keçirilib.
Rusiyaya məxsus gəmi batdı
Qara dənizin Krım sahillərinin yaxınlığında Rusiyaya məxsus yük gəmisi "Geroi Arsenal" batıb. Gəminin Taman yarımadasının 15 kilomerliyində batdığı bildirilir. Gəminin səhər saatlarında radar ekranlarından itdiyi və radio rabitəsinin kəsildiyi bildirilir. İlkin məlumata əsasən gəmidə 12 nəfər heyyət üzvündən ibarət olub.
Türkiyədə zələzələ
Ötən gecə saat 01:40 radələrində Türkiyənin Cənub Şərqındəki Şırnak vilayətində 4 ball gücündə zələlə baş verib. Zələlənin mərkəzinin Şırnağın Uludərə rayonunda olduğu müəyyən edilib. Yeraltı təkan yerin 2.8 kilometr dərinliyində baş verib.Verilən məlumata əsasən təkan nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.
“Sağlam Təhsil - Sağlam Millət” adlı elmi-praktiki konfrans
Aprelin 19 – da Tibb Universitetində “Sağlam Təhsil - Sağlam Millət: görülən işlər, nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirildi. Nazirlikdən “Olaylar” – a bildirilib ki, konfransda iştirak edən Rusiya Federasiyası Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Uşaq və yeniyetmələrin sağlamlığının mühafizəsi və gigiyenası Elmi-Tədqiqat İnstitutunun direktoru, professor V. Kuçmanın çıxışları geniş marağa səbəb oldu.
Birinci sinfə qəbul üzrə 40 000-dən çox sorğu yerləşdirilib
Elektron sistem vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 40 000-dən çox sorğu yerləşdirilib. “OLAYLAR”-ın xəbərinə görə, onlardan 36 908-i ümumi təhsil məktəblərini, 3 389-u isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 90 faizindən çoxdur. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə I sinfə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin onlayn qeydiyyatı vasitəsilə həyata keçirilir.







.jpg)






