Gündəm
"Nəcib Məhfuz oxucuların gözü ilə..." adlı esse müsabiqəsi yekunlaşdı
Səyyad Salahlı: "Tolerantlıq xalqımızın əsrlər boyu formalaşan xarakterik xüsusiyyətidir"
“Tolerantlıq - dünyamızın geniş mənada müxtəlifliyinin, insanların özünüifadə formalarının və şəxsiyyətin formalaşma üsullarının hörmətlə qəbul edilməsidir. Bu, nəinki mənəvi borc, həmçinin siyasi və hüquqi tələbatdır. Dini dözümlülük güzəşt yox, ilk növbədə, insan hüquqlarının qəbul edilməsi əsasında formalaşan fəal münasibətdir. İftixar hissi ilə qeyd edilməlidir ki, bu gün mütərəqqi dünyanın başlıca demokratik dəyərlərindən biri kimi təbliğ etdiyi tolerantlıq xalqımızın əsrlər boyu formalaşan və bir çoxları üçün örnək olan xarakterik xüsusiyyətidir".
Əbülfəs Qarayev Lənkəranda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aprelin 21-də Lənkəranda vətəndaşları qəbul edəcək. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Lənkəran şəhəri Mədəniyyət Mərkəzində keçiriləcək qəbulda Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı rayonlarından və Lənkəran şəhərindən olan vətəndaşlar iştirak edəcək.
Ermənilər atəşkəsi pozarkən iriçaplı pulemyotlardan istifadə edir
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub.
Məşhur aktyor sevgisinə görə intihar etdi
Türkiyəli məşhur aktyor gecə saatlarında intihar edib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, reklamlarda və tiyatr səhnəsində fəaliyyət göstərən Orhan Yücəl gecə saatlarında facebook sosial şəbəkəsində canlı yayıma qoşularaq, adını qeyd etmədiyi bir xanımı çox sevdiyini, sevgisinə müsbət cavab ala bilmədiyi üçün intihar edəcəyini söyləyib.
Malidə hərbi düşərgəyə hücum: 5 ölü, 10 yaralı
Malinin Quarma-Rarus şəhərində terrorçular hərbi düşərgəyə hücum edib. Hücum nəticəsində 5 hərbçi həlak olub, 10-u isə yaralanıb. "France Press" gentliyinin məlumatına görə, hadisə yerinə gələn Fransa hərbçiləri azı 10 terrorçunu məhv ediblər.
Peruda güclü zəlzələ olub
Peruda 6,0 bal gücündə zəlzələ baş verib. Yearltı təkanların episentri Kampoverdedən 55 kilometr cənubdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
İŞİD İraqda hərbi hissəyə hücum zamanı "iprit"dən istifadə edib
İŞİD terror qruplaşmasının üzvləri İraqda hərbi hissəyə hücum zamanı "iprit" adlanan zəhərləyici maddədən istifadə edib. Hücum zamanı hərbi hissədə ABŞ və Avstraliyadan olan məslətçilərdə olub.
İçərişəhərdə tikinti aparılması barədə məlumatlara rəsmi münasibət
Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qoruq ərazisində Qala divarlarına aid tikintinin aparılması barədə yayılmış məlumatlara münasibət bildirib. İdarədən Trend-ə daxil olan məlumatda bildirilir ki, dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunub saxlanılması, bu məqsədlə onlarda vaxtaşırı bərpa və konservasiya işlərinin aparılması İdarənin əsas prioritetləri kimi hər zaman olduğu kimi qalmaqdadır. Son illər ərzində Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi, Qala divarları və s. kimi dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanmış çoxsaylı bərpa və konservasiya işləri bunun bariz nümunəsidir.
Corc Buş yenə xəstəxanalıq oldu
ABŞ-ın sabiq prezidenti Corc Buş (ata) xəstəxanaya yerləşdirilib. 92 yaşlı C.Buşun mətbuat katibi Cim Makqret bildirib ki, sabiq dövlət başçısı sətəlcəm səbəbindən təkrar müalicə olunacaq. O, ABŞ-ın 41-ci Prezidentinin səhhətinin ümumilikdə yaxşı olduğunu və bir müddət xəstəxanada həkim nəzarətində qalacağını deyib.
3 ay ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 108 nəfər təşkil edib
2017-ci ilin 3 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 108 nəfər təşkil edib ki, onlardan 107-i (99%) Azərbaycan vətəndaşı, 1-i (1%) isə əcnəbilərdir. “OLAYLAR”-ın Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına istinadən verdiyi xəbərə görə, Ədliyyə Nazirliyi tərəfindən 2017-ci ilin I rübü ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə məhkəmə-narkoloji tibbi yoxlamadan keçmək üçün 545 nəfər göndərilib.
"Formula-1"də böyük qalmaqal
Beynəlxalq "Formula-1" avtoçempionatında çıxış edən "Force İndia" komandasının sahibi, milyarder iş adamı Vicay Mallya Londonda həbs olunub. Hindistandan olan 61 yaşlı milyarder fırıldaqda, saxtakarlıqda və çirkli pulları yumaqda suçlanır. Dünən o, London Məhkəməsinə cəlb olunub. Məhkəmənin qərarına görə, V.Mallya vətəni Hindistana ekstradisiya ediləcək. O, fevralın 8-dən bəri Hindistanda axtarışdadır. Yerli banklar ondan 1,45 milyard dollara çatan borcları almağa çalışırlar.
Məzarı açanda gördüklərinə inanmadılar - Tarix dərsliklərini dəyişəcək tapıntı
Misirdəki antik "Krallar Vadisi" yaxınlığında, 3500 illik 18-ci Xanədandan qalma və dövrün rəhbərlərinə aid yeni mumiyalar tapılıb. Misirin Antik Əsərlər naziri Xalid Əl-Anani bunun Əl Uksur şəhərinin qərbindəki Dra Abul Naqa nekropolundə aparılan arxeoloji araşdırmalarda firon dövrünə aid altı mumiya olduğunu açıqlayıb.
Azərbaycanda 9 qadın narkotik satışına görə həbs edilib
2017-ci ilin 3 ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb olunan şəxslərin sayı açıqlanıb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan verilən məlumata görə, cari ilin 3 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 910 fakt aşkar edilib.
Ərdoğan ABŞ-a gedəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edəcək. R.T.Ərdoğanın Birləşmiş Ştatlara rəsmi səfəri ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Reks Tillersonarasında telefon danışığı zamanı razılaşdırılıb. Tərəflər səfərin vaxtını və proqramını müəyyənləşdirmək üçün yaxın vaxtlarda işə başlayacaqlar. İlkin məlumata əsasən, səfər mayın sonlarında baş tutacaq.














