Dünya Azərbaycanlıları Assambleyası BMT-nin Sosial Şurası tərəfindən qeydiyyata alındı
Dünya Azərbaycanlıları Assambleyası daha bir uğura imza atıb. DAA-dan “OLAYLAR”-a daxil olan məlumata görə, Assambleya Birləşmiş millətlər Təşkilatının İqtisadi və Sosial Şurası tərəfindən qeydiyyata alınıb. “Bundan sonra Dünya AZərbaycanlıları Assambleyası BMT-nin toplantılarına qatıla, öz təklif və tövsiyyələri ilə çıxış edə bilər, BMT-nin İqtisadi və Sosial Şurasının fəaliyyəti proqramlarına özünün tövsiyyələrini irəli sürə bilər. Bununla Assambleya həmçinin BMT rəhbərliyi ilə birbaşa əlaqə imkanlarına sahibdir” deyə DAA-ya ünvanlanmış məktubda deyilir.
19 Aprel 2017 12:33 SiyasətDünya Azərbaycanlıları Assambleyası daha bir uğura imza atıb. DAA-dan "OLAYLAR"-a daxil olan məlumata görə, Assambleya Birləşmiş millətlər Təşkilatının İqtisadi və Sosial Şurası tərəfindən qeydiyyata alınıb. "Bundan sonra Dünya Azərbaycanlıları Assambleyası BMT-nin toplantılarına qatıla, öz təklif və tövsiyyələri ilə çıxış edə bilər, BMT-nin İqtisadi və Sosial Şurasının fəaliyyəti proqramlarına özünün tövsiyyələrini irəli sürə bilər. Bununla Assambleya həmçinin BMT rəhbərliyi ilə birbaşa əlaqə imkanlarına sahibdir" deyə DAA-ya ünvanlanmış məktubda deyilir.
Qeyd edək ki, Assambleya bir neçə gün öncə Avropa İttifaqı və Avropa Parlamentində də lobby qurumu olaraq qəbul edilib, Avropanın mötəbər qurumlarına birbaşa çıxış imkanı əldə edib.