Akif Əlizadə İqor Titovla görüşüb
AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Moskva Sənayenin Struktur Dəyişiklikləri Mərkəzi” Muxtar Qeyri-KommersiyaTəşkilatının baş direktoru İqor Titovla görüşüb. Akademiyadan “Olaylar” – a bildirlib ki, AMEA-nın Yüksək Texnologiyalar Parkını ziyarət etdiyini deyən İqor Titov “YT Park”ın maddi-texniki bazası və elmin kommersiyalaşdırılması istiqamətində innovativ layihələri ilə tanış olduğunu bildirib.
19 Aprel 2017 13:11 SosialAMEA-nın prezidenti, akademik Akif Əlizadə "Moskva Sənayenin Struktur Dəyişiklikləri Mərkəzi" Muxtar Qeyri-KommersiyaTəşkilatının baş direktoru İqor Titovla görüşüb.
Akademiyadan "Olaylar" - a bildirlib ki, AMEA-nın Yüksək Texnologiyalar Parkını ziyarət etdiyini deyən İqor Titov "YT Park"ın maddi-texniki bazası və elmin kommersiyalaşdırılması istiqamətində innovativ layihələri ilə tanış olduğunu bildirib.
Akademik Akif Əlizadə görüşdə AMEA ilə "Moskva Sənayenin Struktur Dəyişiklikləri Mərkəzi" MQKT arasında yeni əlqələrin elmi-innovasiya potensialı sahəsində gələcək əməkdaşlıq perspektivləri üçün böyük zəmin yaradacağına əminliyini bildirib.
Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev və "YT Park"ın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev iştirak ediblər.