Bakı Dövlət Universitetində “Fizikaya müasir baxış”
20 -22 aprel tarixlərində Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, STAR-NET –Nüvə texologiyaları sahəsində təhsil və mütəxəssislərin hazırlığı Regional şəbəkə və Roma Sapienza Universitetinin birgə təşkilatçılığı ilə Bakı Dövlət Universitetində “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçiriləcək.
19 Aprel 2017 12:41 Sosial20 -22 aprel tarixlərində Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, STAR-NET -Nüvə texologiyaları sahəsində təhsil və mütəxəssislərin hazırlığı Regional şəbəkə və Roma Sapienza Universitetinin birgə təşkilatçılığı ilə Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış" adlı beynəlxalq elmi konfrans keçiriləcək.
Universitetdən "Olaylar" - a bildirilib ki, konfransda respublikanın ali təhsil müəssisələri və elmi təşkilatlarının nümayəndələri ilə yanaşı Rusiya, İtaliya, Yaponiya, Polşa, Türkiyə, Pakistan, İran, Braziliya, Gürcüstan və digər ölkələrin qabaqcıl universitetlərinin və elmi-tədqiqat institutlarının alimləri də iştirak edəcək.
Nanotexnologiyalar və materialşünaslıq, Opto-nano elektronika, Nəzəri, riyazi və yüksək enerjilər fizikası, Bioloji və tibbi fizika, Kondensləşmiş mühitlər fizikası, Astrofizika bölmələrində çıxışlarla yanaşı stend məruzələr də keçiriləcək. Konfransın nəticələrinə görə Azərbaycan və rus dillərində olan məqalələr "Bakı Dövlət Universitetinin xəbərləri" və Bakı Mühəndislər Universitetinin elmi jurnallarında çap olunacaq. İngilis dilində olan və məzmununa görə xüsusi fərqlənən bir sıra məqalələrin Thomson Reyters agentliyinin siyahısına daxil olan indekslənən jurnallarda çap olunması barədə müzakirələr aparılıb və ilkin razılaşma əldə edilib.