Gündəm

Politoloq: “Uorlikin yanaşmasının mahiyyəti bəllidir”

19 Aprel 2017 13:46

“ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsi barədə mövqeyində aktivlik və keyfiyyət dəyişikliyi var”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib. Mərkəz sədrinin sözlərinə görə, amerikalı həmsədr R.Hoqland Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin indiki mərhələsində yeni keyfiyyət yaratdı: “O, Nyu-Yorka gedərək BMT rəhbərliyi ilə Dağlıq Qarabağ tənzimlənməsini müzakirə edib. BMT rəhbərliyi lazım olarsa hətta BMT TŞ-nin qətnaməsini vəd veriblər. ABŞ Dövlət Departamentindən C.Kerri kimi ermənipərəstin uzaqlaşması öz bəhrəsini verir.

"İstehsal sektorlarının inkişafı dövlətin əsas prioritetlərindəndir" 

19 Aprel 2017 13:45

Bu gün Azərbaycanda kənd təsərrüfatı sahələrinin, istehsal sektorlarının inkişaf etdirilməsi dövlətin əsas prioritetlərindəndir. Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. Onun sözlərinə görə, qeyri-neft sektoruna yatırılan sərmayələr Azərbaycanın perspektiv inkişafı üçün karbohidrogen gəlirlərindən asılı olmayan tərəqqi platforması formalaşdırır. "Eyni zamanda, qeyri-neft sektorunda canlanmanın yaradılması, istehsal sahələrinin işə düşməsi zəncirvari reaksiya verərək, həm yerli istehsalı genişləndirəcək, həm çoxsaylı yeni iş yerləri yaradılacaq, həm insanların maddi rifah halı, gəlirləri artacaq, həm də geniş ixracat sistemi əsasında ölkəmizə əlavə valyuta daxil olacaq”. 

Prezident: “Azərbaycan-Aİ sazişi əməkdaşlığımızın daha da inkişaf etdirilməsində mühüm addımdır” - YENİLƏNİB

19 Aprel 2017 13:42

Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Belçikaya səfərini məmnunluqla xatırlayan prezident İlham Əliyev bu səfər çərçivəsində səmərəli görüşlər keçirildiyini və müzakirələr aparıldığını qeyd edib.

Məşhur gecə klubuna hücum: yaralılar arasında tanınmış model də var

19 Aprel 2017 13:37

İngiltərədə məşhur bir gecə klubunda dəhşət yaşanıb. Artur Kollins adlı bir şəxs kükürd turşusu ilə hücum etdiyi gecə klubunda 20 nəfərə xəsarət yetirib. Artur Kollinsin televiziya ulduzuFern Makkeynin sevgilisi olduğu deyilir. Televiziya ulduzunun sevgilisini polislə danışmaq üçün razı salmağa çalışdığı ifadə edilir. 

Aprel savaşı: Azərbaycan Prezidentinin mesajları

19 Aprel 2017 13:36

Bir il bundan öncə Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri qısamüddətli, lakin çox səmərəli hərbi əməliyyat keçirdi.

Şəxsiyyət vəsiqəsi ilə xaricə getmək mümkün olacaq

19 Aprel 2017 13:34

Gələn il yanvarın 1-dən Azərbaycan vətəndaşları bəzi ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə bilərlər. "Azərbaycanın Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə əsasən, xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər. Bu dəyişikliyin 2018-ci il yanvarın 1-dən qüvvəyə minməsi təklif edilir.

"Ermənistanla biznes quran Muradovun yüksək vəzifəli qardaşı..."

19 Aprel 2017 13:32

Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Avtobus çaya düşdü - 44 ölü

19 Aprel 2017 13:29

Hindistanın şimalında sərnişin avtobusunun çaya düşməsi nəticəsində 44 nəfər həlak olub. Hadisə Himaçal-Pradeş ştatında baş verib. Avtobus Tons çayına düşüb. Qəzaya uğrayan avtobusda 50-dən çox sərnişin olub.

14 şirkətə lisenziya verildi

19 Aprel 2017 13:27

Milli Televiziya və Radio Şurası (MTRŞ) olaraq IP televiziyaların (IPTV) inkişafında maraqlıyıq. Çünki bu, yeni bir sahədir. Ötən il MTRŞ tərəfindən 14 IP televiziyaya lisenziya verilib və bu proses davam edəcək.

Hava buludlu olacaq

19 Aprel 2017 13:26

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Qarşıya qoyulan məqsədlərimizdən ən əsası yetişən nəslin vətənpərvər ruhda böyüməsidir

19 Aprel 2017 13:23

“Bu gün vətənpərvərlik hissinin yeni ideyalar ətrafında aşılanması məsələsi zərurətə çevrilib”. “OLAYLAR”-ın yap.prg.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev dədləndirib.

Mehmanxanalar da yaşayış sahəsi hesab ediləcək

19 Aprel 2017 13:21

Azərbaycanda mehmanxana, mehmanxana tipli obyektlər və müəvəqqəti yaşayış üçün nəzərdə tutulan digər tikinti obyektləri "yerləşmə vasitələri" adlandırılacaq və statusuna görə yaşayış sahəsi hesab ediləcəklər.

Şəxsi həyata müdaxilə edənlər 2 min manat cərimə ediləcək

19 Aprel 2017 13:19

Azərbaycanda şəxsi həyata müdaxilə ilə bağlı cəza ağırlaşdırılır. Bununla bağlı Cinayət Məcəlləsinin 156-cı (Şəxsi həyatın toxunulmazlığını pozma) maddəsinə dəyişiklik təklif edilib.Dəyişikliyə əsasən, maddənin sanksiyasında nəzərdə tutulan "100 manatdan 500 manata qədər" cərimə "1000 manatdan 2000 manata qədər" cərimə ilə əvəzlənir.

Böhtan və şər atanların cəzası sərtləşdirilir

19 Aprel 2017 13:18

Azərbaycanda böhtana görə cərimənin son həddi üç dəfə, təhqirə görə cərimənin son həddi artırılır. Məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 147 (Böhtan) və 148-ci (Təhqir) maddələrinə dəyişikliklər təklif edilir.

Narkoloji Mərkəzdə 29448 nəfər qeydiyyatdadır

19 Aprel 2017 13:17

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2016-cı il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 29.448 nəfər qeydiyyatda olub ki, onlardan 24.056 nəfəri dispanser, 5.392 nəfəri profilaktik qeydiyyatda olanlardır.