Gündəm
Sosial şəbəkələr kommunikasiya vasitələridir
Parlament kürsüsünü boş və mənasız yerə zəbt edən, deputat kimi fəaliyyət göstərdiyi 2 ilə yaxın müddətdə nəinki ölkə vətəndaşları, hətta seçildiyi rayonun seçicilərinin maraqlarına uyğun, onların üzləşdikləri müəyyən çətinliklərin həlli məqsədilə parlamentdə heç bir məsələ qaldırmayan, hər hansı bir təşəbbüslə çıxış etməyən millət vəkili Araz Əlizadə sadalanan fəaliyyətləri bir kənara qoyaraq deputat səlahiyyətindən daha çox ara qarışdırmaq, ölkədə ziddiyyət yaratmaq istiqamətində istifadəyə etməyə üstünıük verib. Millət vəkili kimi parlamentdə otuduğu bu müddət ərzində Araz Əlizadə məhz cəmiyyətdə intriqa yaratmağa meyilli fikirləri ilə gündəmi zəbt etməyə çalışıb.
Fitnə toxumu səpənlərə imkan verilməməlidir
Son vaxtlar ölkədə dini zəmində qarşıdurma yaratmağa yönəlik cəhdlərə əl atılmaqdadır. Uzun illər siyasi sahədə Azərbaycanda gərginlik yaratmaq, bununla ölkəni idarəolunmaz vəziyyətə gətirmək, nəticə etibarilə Cənubi Qafqazın sabitlik məkanı kimi tanınan dövlətimizi ərəb baharının yaşandığı və dərin böhranın hökm sürdüyü ölkələrdən birinə çevirmək istəyən xarici dairələr indi də din pərdəsi altında buna nail olmaq istəyirlər.
Pambıqçılığın inkişaf perspektivləri
Azərbaycandakeçənildənbaşlayaraqpambıqçılığın inkişaf etdirilməsinə xüsusi diqqət ayrılıb. Ötən müddət ərzində əlverişli iqlimi və torpağı olan rayonlarda pambıq əkinlərini genişləndirmək üçün intensiv işlər görülüb. Bir neçə gün əvvəl Prezident İlham Əliyevin Saatlı rayonuna səfəri çərçivəsində pambıqçılığın inkişafına dair müşavirə keçirməsi də dövətin bu sahəyə nə qədər ciddi diqqət ayırmış olduğunu ortaya qoydu.
“Banklar haqqında” Qanuna edilmiş dəyişiklik ziddiyət yaradıb
Maliyyə Bazarlarına Nəzarət Palatası fəaliyyət göstərdiyi bir ildən atıq müddətdə demək olar ki, ona göstərilən etimadı doğrulda, maliyyə bazarı sahəsində hər hansı uğurlu addımlar ata bilmədi. Əksinə Palatanın atmış olduğu hər bir addım, qəbul etdiyi qərar əks effekt doğurdu, etirazla qarşılandı. Elə bir neçə gün əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifi ilə Mülki Məcəlləyə edilmiş dəyişikliklər də bunlardan biri hesab edilə bilər. Palatanın təklifi ilə “Banklar haqqında” Qanuna edilmiş dəyişiklik də maliyyə sektorunda heç də müsbət qarşılanmayıb. Birmənalı olaraq vurğulanır ki, Palatanın təklifi ilə edilən dəyişikliklərin mahiyyəti başadüşülən deyil və bu birbaşa bankların ziyanına işləyən bir addımdır.
Sui-istifadə hallarına son qoyulur
Azərbaycanda sahibkarlığın inkişafına dövlət qayğısı daima müşahidə olunmaqdadır. Maddi-texniki dəstəkdən tutmuş güzəştli kreditlərin verilməsinə qədər bütün mümkün imkanlardan istuifadə edilir ki, ölkədə sahibkarlığın inkişafı təmin olunsun. Hətta sahibkarlığın inkişafı məqsədilə bu sahəni tənzimləyin normativ aktlarda da sahibkarların mənafeyini qorumağa hesablanmış dəyişikliklər həyata keçirilir, yeni qanunlar qəbul edilir.
Azərbaycanın yeni iqtisadi modelində hədəf istiqamətlər
Artıq bir neçə ildir ki, Azərbaycan yeni iqtisadi modelə qədəm qoyub desək yanılmarıq. Dünyanın yeni iqtisadi mənzərəsinə, mövcud reallıqlar və günün tələblərinə uyğun qurulan bu iqtisadi model ilk növbədə ölkə iqtisadiyyatının daha da dirçəldilməsi, iqtisadi artımın əldə olunmasına hesablanıb.
Rusiya qafqazlı İŞİD-çilərin sayını açıqladı
Şimali Qafqazın 2,7 min sakini Suriya və İraqda terrorçu təşkilatların tərkibində vuruşurlar. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
“NATO Türkiyəyə müdaxilə etməlidir” - ŞOK ÇAĞIRIŞ
ABŞ-ın nüfuzlu nəşrlərindən olan “New York Times” Türkiyədə Konstitusiya dəyişiklikləri ilə əlaqədar aprelin 16-da keçirilən referendumu şərh edib. “Türkiyədə demokratiya itirdi” başlığı ilə verən nəşr NATO-nu Türkiyəyə müdaxilə etməyə çağırıb.
Coğrafiya İnstitutu: İqlim dəyişikləri Xəzər dənizinə mənfi təsir göstərib
Son illər müşahidə edilən iqlim dəyişmələri Xəzər dənizinin hidrometeoroloji şəraitinə mənfi təsirini göstərib. Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri Zabit Allahverdiyev bildirib ki, iqlim dəyişmələri nəticəsində son 50 ildə Xəzər dənizinin temperaturu, yağıntıları, səthi, duzluluğunda müəyyən dəyişikliklər olub.
Bələdiyyə binasına atəş etdilər
Türkiyənin paytaxtı Ankara şəhərində Böyükşəhər Bələdiyyəsinin binasına atəş açıblar. “Olaylar” “Miliyyət” - ə istinadən bildirir ki, Hipodrum küçəsində yerləşən bələdiyyə binasına gecə saatlarında kimliyi məlum olmayan şəxs və ya şəxslər tərəfindən 3 dəfə atəş açılıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Azərbaycanda qeyri-neft sektoru sürətlə inkişaf edir
Prezident İlham Əliyevin Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində ölkə iqtisadiyyatının inkişafı ilə bağlı proqram xarakterli tövsiyyələr verib. Ölkədə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayıran dövlər başçısı turizm, kənd təsərrüfatı və sənayenin inkişaf etdirilməsi, biznesə dövlət dəstəyi və sahibkara güzəştli şərtlərlə kreditlərin verilməsi siyasətinin yürüdülməsi iqtisadi prioritetlər kimi müəyyən edib. Dövlət başçısı xarici sərmayənin cəlb edilməsi ilə bağlı daha da fəal iş aparılmalı olduğunu, burada dövlət orqanları ilə yanaşı, yerli icra orqanlarının da çalışmasının zəruriliyi barədə müvafiq tapşırıqlar verib.
Fondun təşkilatçılığı ilə Lənkəran şəhərində regional konfrans keçirilib
Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Lənkəran şəhərində "İslam həmrəyliyinin təbliği və təşviqində medianın rolu" mövzusunda regional konfrans keçirilib.
Politoloq: “Ermənistan isə KTMT-də bir vasitə kimi istifadə olunur”
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) katibliyin Ermənistana keçməsi ilə düşmən ölkə hansısa üstünlük əldə etməyəcək. Ermənilər dəfələrlə təmas xəttindən əlavə, məhz sərhəddə təxribat törədərək KTMT-dən dəstək almağa çalışsalar da, niyyətləri baş tutmayıb”. Bunu politoloq Arzu Nağıyev deyib.
Yeni fındıq və badam bağları salınıb, təsərrüfat inkişaf etdirilir"
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 aprel 2017-ci il tarixində Yevlax şəhərində bir sıra iqtisadi məsələlərə dair keçirdiyi müşavirə böyük önəm daşıyır. Bu sözləri millət vəkili Eldəniz Səlimov deyib.
"Kənd təsərrüfatı məhsullarının tədarükü üçün məntəqələr yaradılmalıdır"
“Ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı Azərbaycan prezidenti tərəfindən 11 istiqamət üzrə Strateji Yol Xəritəsini təsdiq edilib. Strateji Yol Xəritəsi neftdən kənar sənaye, xidmət və iqtisadi fəaliyyət sahələrinin inkişafı ilə əlaqədardır. Təbii ki, biz neftdən asılılığımızı minimuma endirmək üçün qeyri- neft sektorunu inkişaf etdirməliyik. Azərbaycan prezidentinin də uğurlu siyasəti bütünlükdə ayrı-ayrı sənaye sahələrinin canlanmasına, nəticə etibarilə isə bu sektorun inkişafı hesabına idxalı əvəzə edən və ixracyönümlü məhsul istehsalının artmasına təminat yaratmış olacaq”. Bunu AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçisi, iqtisad elmlər doktoru, professor Tərbiz Əliyev deyib.














