Gündəm
12 bələdiyyənin xəritəsi hazırlanır
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 12 rayonda (Şəki, Cəlilabad, Salyan, Göygöl, Zaqatala, Oğuz, Balakən, Ağsu, Xızı, Beyləqan, Siyəzən və Abşeron) elektron kadastr uçotu işlərinin məlumatlarına istinad etməklə bələdiyyə xəritələrinin hazırlanmasına başlayıb. Komitədən verilən məlumata görə, Bakı, Sumqayıt, Gəncə şəhərlərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib.
Sürücülərin yol verdikləri qanun pozuntusuna görə sahibkarlar məsuliyyət daşıyacaq
Azərbaycanda sərnişin daşıma və taksi fəaliyyəti sahəsində ciddi islahatların aparılmasına baxmayaraq hələ də bu sektordakı neqativ halları tamamilə aradan qaldırmaq mümkün olmayıb. Xüsusən, ictimai nəqliyyatda hökm sürən vəziyyət sərnişinlərin ciddi etirazı ilə qarşılanır.
Malta baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrini qəbul edib
Maltanın baş naziri, eyni zamanda 2017-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrlik edən Cozef Muskat Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) həmsədri, Latviyanın eks-prezidenti Vayra Vike-Frayberqanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
''Qərbi Abşeron” yatağı üçün 10 saylı özülün tikintisi davam etdirilir
“Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Qərbi Abşeron” yatağı üçün yeni 10 saylı stasionar dəniz özülünün tikintisi uğurla davam etdirilir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan obyektin baş podratçısı “Neftqaztikinti” Trestidir.
Medvedev: "Sanksiyalar və neftin qiyməti artıq qorxutmur"
Sanksiyalar və neftin aşağı qiymətləri artıq heç kimi qorxutmur. Rusiya iqtisadiyyatı vəziyyətdən öz xeyrinə istifadə etməyi öyrənib. Bunu Rusiyanın Baş naziri Dmitri Medvedev deyib.
Suriya və İraqda 2700 Şimali Qafqaz sakini döyüşür
Şimali Qafqaz Federal Dairəsinin təqribən 2700 nəfər sakini Suriya və İraqda terror təşkilatlarının tərkibində döyüşür. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəyan edib.
Məşhur milyarder Sarkisyana qarşı
Ermənistanda Sarkisyanın qatı tənqidçisi kimi tanınan müxalifət fəalına Moskva milyarderi sponsorluq edir. Ermənistanda fəal müxalifətçi kimi tanınanZaruhi Postanyan və onun yeni yaratdığı partiyanın sponsoru Moskvada yaşayan milyarder, "Ruçok İnvest" tikindi holdinqinin sahibi Ruben Tsolak Qriqoryandır.
Qarabağda yaralanan erməni əsgərin vəziyyəti ağırdır
Ötən gün Qarabağın şimal istiqamətində yerləşən döyüş postunda ağır güllə yarası alan erməni hərbçi Tatul Aramayis Harutyunyanın vəziyyəti kritikdir. Erməni hərbçi hospitala ağır vəziyyətdə gətirilib.
Prokuror Yunusların məhkəməyə gəlmələrini tələb etdi
Bu gün Bakı Apelyasiya Məhkəməsində Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barələrində hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib. Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Yunusların vəkili Elçin Sadıqov hakimdən cinayət işində olan sənədlərin surətini istəyib. Vəkil bildirib ki, həmin sənədlər 300 səhifədən ibarətdir və onlarla tanış olmaq istəyir.
Tələbələr “Danışan tarix: erməni xisləti - 24 aprel” filmini müzakirə etdilər
Bilik Fondunun “Tariximizi öyrənək və öyrədək” Klubunun növbəti yığıncağı olub. Fonddan “Olaylar” – a bildirilib ki, tədbirdə İctimai Televiziyanın “Carçıfilm” Yaradıcılıq Bilriyinin aparıcısı, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Atamoğlan Məmmədli, Klubun üzvləri olan müxtəlif universitetlərin tələbələri, Bilik Fondunun əməkdaşları iştirak ediblər.
Ronaldu: "Məni fitə basmasınlar"
"Bavariya" mükəmməl komandadır. Ancaq biz "Real"ıq. Birinci hissədə bir və ya iki qol vura bilərdik. "Real" çətin qələbə qazanmağa öyrəşib. Bu sözləri "Real"ın futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 4:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Daxili tələbatı ödəmək, ixrac üçün əlavə imkanlar yaratmaq
Hazırda sahibkarlar qarşısında duran əsas vəzifələrdən biri yerli istehslı artırmaqla daxili tələbatı ödəmək və ixrac üçün əlavə imkanların yaratmaqdan ibarətdir. İnsafən qeyd edilməlidir ki, bunun üçün ölkəmizin kifayət qədər potensialı və iqtisadi rıçaqları mövcuddur.
Qadınlar və gənclər arasında siqaret çəkənlərin sayı artıb
Ölkə parlamenti tərəfindən qəbul edilən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” yeni qanun cəmiyyətdə birmənalı qarşılanmayıb. Qanuna səs verən deputatlardan tutmuş sadə insanlara qədər əksər vətəndaşlar sözgüdən qanunun icrasında problemlərin yaranacağı qənaətindədir. Gətirilən əsas ondan ibarətdir ki, indiyə qədər qüvvədə olan tütün məmulatları haqqında qanunda siqaretin istehsalından tutmuş onun satışına qədər proseslərdəki münasibətləri tənzimləyən kifayət qədər məhdudlaşdırıcı müddəaların olmasına baxmayaraq praktikada onların qarşısını almaq mümkün olmayıb. Yeni qanunda isə təkcə siqaretin çəkilməsini məhdudlaşdıran obyektlərin siyahısı deməyə əsas verir ki, qanunda nəzərdə tutulan müddəaların icrası çoxsaylı problemlərlə müşahidə olunacaq.
Niyə özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik?
Hazırda bütün dünya ölkələri ərzaq təhlükəsizliyi məsələsini prioritet hesab edir. Məsələ orasındadır ki, dünyada baş verən iqtisadi böhran, yaşanan miqrasiya problemləri dövlətlərin iqtisadi potensialına ciddi zərbə vurub. Məhz bu səbədən vaxtilə iqtisadi baxımdan geridə qalmış ölkələrə humanitar yardım edən dövlətlərin özləri indi ərzaq təhlükəsizliyi ilə üzləşiblər.
Həsən Əbluc anılacaq
Aprelin 21-də Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan aktyoru və rejissoru, bədii qiraət ustası, pedaqoq Həsən Əblucun 75 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Baş İdarədən “Olaylar” – a bildirilib ki, tədbirdə iştirak edəcək mədəniyyət və incəsənət xadimləri aktyorun həyat və yaradıcılığından söhbət açacaqlar. Həsən Əbluc müxtəlif dövrlərdə bir çox teatr və televiziya tamaşalarının quruluşçu rejissoru kimi də böyük uğur qazanıb.














