Gündəm

Poroşenko: “Rusiyaya qarşı sanksiyalar olmasaydı…”

19 Aprel 2017 15:53

“Rusiya bu gün minlərlə vədi pozur. Mən bir çox dəfə Putinlə görüşmüşəm və onunla vədlərin sonsuz miqdarını müzakirə etmişəm”.

Azneft İstehsalat Birliyində “İslam Həmrəyliyi İli” ilə əlaqədar görüş keçirilib

19 Aprel 2017 15:51

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və SOCAR-ın birgə təşkilatçılığı, “Azneft” İstehsalat Birliyi və Nəqliyyat idarəsinin rəhbər heyəti və əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.

Binəqədidə “ASAN könüllüləri”nin növbəti qrupu təcrübə keçir

19 Aprel 2017 15:50

18 aprel tarixində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 8-ci qrupunun üzvləri ilə görüş keçirilib. Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki, görüşdən öncə könüllü gənclər YAP Binəqədi rayon təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi RİH başçısı Aparatının inzibati binası ilə tanış olublar və onlara ətraflı məlumat verilib.

Daha dörd dövlət qurumu ləğv edilir

19 Aprel 2017 15:44

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) sədrinin Qərarı ilə “Azərbaycan Standartlaşdırma İnstitutu”, “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Akkreditasiya Mərkəzi”, “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsləri təsis edilib və Nizamnamələri təsdiq edilib. Təsis edilmiş publik hüquqi şəxslərin Nizamnamələri 17 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının Vergilər Nazirliyində qeydiyyata alınıb.

Bu gecəyə HAZIRSINIZMI? - Dünyada ilk olan dəhşətli hadisə yerin ətrafında

19 Aprel 2017 15:42

Bu gecə ilk dəfə olaraq nəhəng asteroid Yer kürəsi yaxınlığından keçəcək. Onun Yerlə toqquşması ciddi fəsadlara səbəb ola bilər. Bu sözləri Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov deyib.

Bakıdan Sumqayıta metrobuslar işləyəcək

19 Aprel 2017 15:41

""Dərnəgül" və "Avtovağzal"da habların yaradılması planlaşdırılır. Bakının şimal çıxışında da bir habın yaradılması barədə düşünürük". 

Gənc aktrisayla sevgili olduğu deyilən rejissordan

19 Aprel 2017 15:32

Rejissor Samir Kərimoğlu aktrisa Mələk Kazımovanın onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

"Rejissorun həyat yoldaşı aramızdakı münasibəti bilib çəkiliş meydançasına gəldi və..."

19 Aprel 2017 15:30

Bildirilir ki, ekran işinin büdcəsi 210 min manat olsa da, sonda bu məbləğin 60 mini xərclənib. Hətta o qədər "qənaət edilib" ki, filmdəki Məsmə roluna "Mahmud baba"nın qrim ustasını çəkiblər. Digər bir məqam isə rejissor Samir Kərimoğluyla gənc aktrisa Mələk Kazımova haqqında dolaşan şayiələrdir. İddialara görə, rejissorla aktrisanın sevgi macərasından xəbər tutan rejissorun həyat yoldaşı çəkiliş meydançasına gəlib. Hətta xanımı rejissora özünün də filmə çəkiləcəyi barədə şərt qoyub. Məhz bundan sonra Mələk Kazımovanın çəkildiyi bir neçə səhnə "kəsilib", əvəzində ssenari dəyişdirilib və Kərimoğlunun həyat yoldaşı ekran işində rol alıb. Doğrudanmı, 42 yaşlı rejissorla 20 yaşlı aktrisa çəkiliş prosesində eşq macərası yaşayıblar? Həqiqətənmi indiyədək qonorarını almayan aktyorlar var? 

Yunanıstanda helikopter qəzaya uğradı - Matəm elan olundu - YENİLƏNİB

19 Aprel 2017 15:23

Yunanıstan ordusuna məxsus hərbi helikopter qəzaya uğrayıb. Hadisə bu gün səhər saatlarında baş verib. Məlumata görə, helikopter dağa çırpılıb. Qəza nəticəsində helikopterdə olan 5 nəfər həyatını itirib.  Həlak olanlar arasında Yunanıstanın Birinci Ordu Komandanın köməkçisi olduğu da bildirilir.

Sarkisyan keçmiş nazirdən qisas alır - Oğlu həbsdə qalacaq

19 Aprel 2017 15:22

Bu ilin fevral ayında "Birlik" partiyasının sədri, Sarkisyan hakimiyyətinə qarşı müxalif mövqe tutan keçmiş xarici işlər naziri Vardan Oskanyanın oğlu Ara Oskanyan həbs edilmişdi. Seçkidən öncə baş verən hadisə Oskanyanı sarsıtsa da, o, deputat seçiləcəyi təqdirdə oğlunu həbsdən buraxdıracağına ümid edirdi. Gözlənilən baş vermədiyindən Oskanyanın oğlu hələ də həbsdədir, Sarkisyan rejimi onu həbsdən buraxmaq niyyətində deyil.

Məmurun SEKS KABİNETİ: iş masasında azyaşlı qızlarla intim oyunu və...

19 Aprel 2017 15:20

SSRİ-nin qapalı pərdələrinin arxasında nələrin gizləndiyini müasir tarixçilər, sonuncu şahidlər bu gün ortaya çıxararkən, insanı dəhşətə gətirən çox faktların üstü açılır.

Məmur qızı ilə evlənən KÜRƏKƏN danışdı: "Sən bacının ərini döyüb, bacını..." - VİDEO

19 Aprel 2017 15:19

Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürovanın toy mərasiminə 400 min dollar xərc çəkilməsi barədə yayılan xəbərlər daha da alovlanmağa davam edir.

Qohumunun evindən 20 min manat oğurlayan tutulub

19 Aprel 2017 15:16

Bakıda qohumunun evindən pul oğurlayan şəxs tutulub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da Buzovna qəsəbəsindəki evlərdən birinin zirzəmisindən 20.000 manat pul oğurlamaqda şübhəli bilinən ev sahibinin qohumu Vüsal Hüseynzadə tutulub. Araşdırmalar davam etdirilir.

50 min manatlıq dələduzluqla bağlı araşdırma aparılır

19 Aprel 2017 15:15

Bakı sakininə qarşı 50 min dollarlıq dələduzluq edilib. Məlumata görə, Bakı şəhər sakini 39 yaşlı Murad Mirzəyev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ilin iyul ayında 38 yaşlı Bəxtiyar Mirzəyev ondan 50 min ABŞ dolları dəyərində kompüter avadanlıqları alıb, lakin indiyədək pulunu verməyib. Faktla bağlı araşdırma aparılır.

Prezidentin şərəf və ləyaqətini ləkələyənlər cəzalanacaq

19 Aprel 2017 15:14

Azərbaycanda dövlət başçısının şərəf və ləyaqətini ləkələməyə görə nəzərdə tutulan cəzanın sərtləşdirilməsi ilə bağlı dəyişiklik layihəsi Milli Məclisin aprelin 25-də keçiriləcək plenar iclasına çıxarılır. Məlumata görə, Cinayət Məcəlləsinin 323-cü (Azərbaycan dövlətinin başçısının -Azərbaycan Respublikası Prezidentinin şərəf və lәyaqәtini ləkələmə və ya alçaltma) maddəsinə dəyişiklik təklifinə əsasən, Azərbaycan dövlətinin başçısının - Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltmaya görə 1500 manatdan 2500 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hazırkı qanunvericiliyə əsasən, bu məbləğ 500 manatdan 1000 manatadək miqdarındadır.