Gənc aktrisayla sevgili olduğu deyilən rejissordan
Rejissor Samir Kərimoğlu aktrisa Mələk Kazımovanın onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.
19 Aprel 2017 15:32 MədəniyyətRejissor Samir Kərimoğlu aktrisa Mələk Kazımovanın onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.
Rejissor aktrisanın söylədiklərini şər-böhtan adlandırıb: "Kimlərsə özünü belə yolla piar etmək istəyir və mənim adımı ləkələmək istəyirlərsə, yanılırlar. Mənim onlarla ağız-ağıza verməyə halım yoxdur, söylədikləri şər və böhtandır. Buna görə qanun qarşısında cavab verəcəklər". S.Kərimoğlu daha sonra fikrini belə davam etdirib: "Məlumdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq vətəndaşlar onların şərəf və ləyəqatlərini ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini məhkəmə yolu ilə tələb edə bilərlər".
Qeyd edək ki, M.Kazımova Ölkə.Az-a müsahibəsində "Mahmud baba" filminin rejissoru Samir Kərimoğlunun ona münasibət təklif etdiyini və bundan sonra rejissorun həyat yoldaşının çəkiliş meydançasına gələrək, onunla pis davrandığını söyləmişdi. Ölkə.az