Gündəm

Bakıda “Bakcell”in dəstəyi ilə uşaqlar arasında şahmat üzrə beynəlxalq turnir keçirilib

19 Aprel 2017 16:45

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan Şahmat Federasiyası, «Gənclik» şahmat klubu və Azərbaycandakı Fransız İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən XVI Beynəlxalq uşaq şahmat turnirinə dəstək göstərib.

Vergi sistemində islahatlar müzakirə olunub

19 Aprel 2017 16:40

Azərbaycan Respublikasının vergilər nazirinin müavini İlkin Vəliyevin iştirakı ilə Caspian European Club və Caspian American Club tərəfindən bu gün (19 aprel) Bakıda təşkil olunmuş biznes-forumda vergi islahatların əsas məsələləri müzakirə olunub.

Əli Kərimli Baş Prokurorluğa çağırıldı

19 Aprel 2017 16:38

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Baş Prokurorluğa dəvət edilib.  Əli Kərimli rəsmi çağırışla həftənin 5-ci günü, saat 10:30-da prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.

AMEA – da hesabat

19 Aprel 2017 16:33

Azərbaycan Milli Elmlər Akade­miyasının Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA-nın Ümumi yığıncağının 29 aprel 2016-cı il tarixli qəra­rının icrası haqqında hesabat təqdim edilib. Akademiyadan “Olaylar” – a bildirilib ki, Prezidenti İlham Əliyevin AMEA-nın 70 illik yubileyində qarşıya qoyduğu vəzifələri və müəyyən etdiyi prioritetləri rəhbər tutaraq "Azərbaycan elminin inkişaf doktrinası"nın layihəsinin hazırlandığı qeyd edilib.

AMEA–nın Rəyasət Heyətinin növbəti iclası

19 Aprel 2017 16:31

Aprelin 19-da AMEA – nın Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın Ümumi yığıncaqlarının keçirilməsi məsələsi müzakirə olunub. Akademiyadan “Olaylar” – a bildirilib ki, iclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə yığıncaqların gündəliyindəki məsələlər haqqında məlumat verib. Rəyasət Heyəti AMEA-nın Ümumi yığıncaqlarının bu ilin 28 aprel və 2 may tarixlərində keçirilməsi və gündəliklərinin təsdiq olunması haqqında qərar qəbul edib.

Deputatlar həmkarlarının sözünü kəsə bilməyəcəklər

19 Aprel 2017 16:29

Azərbaycan Milli Məclisinin iclaslarında deputatlarına başqa deputatın əvəzinə səs vermək qanunla qadağan olunur. Belə ki, yeni hazırlanan “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsində əksini tapıb. Layihədə qeyd olunub ki, deputat Mili Məclisin iclaslarında iştirak edən həmkarlarına bərabərhüquqlu münasibət göstərməli, onların fikirlərinə hörmətlə yanaşmalı, münaqişələrdən çəkinməli, öz mövqeyini hədə, təhdid və digər zorakı hərəkətlərlə bildirməməlidir.

"Dağlıq Qarabağ məsələsi..." - Fransa prezidentliyinə namizəddən SƏRSƏM AÇIQLAMA

19 Aprel 2017 16:25

"Dağlıq Qarabağ konfliktinin həlli tərəflərin Dağlıq Qarabağın Ermənistana birləşməsi ilə bağlı razılığa gəlməsidir". Əsl ad və soyadı Marion Ann Perrin Le Pen olan fransız siyasətçi, ölkənin ifrat sağçı və irqçi siyasətçisi Jan-Mari Le Penin qızı Mari Le Pen belə deyib. Fransadakı ermənilərin "Nouvelles d'Arménie" jurnalına müsahibəsində aşkar ermənipərəst mövqe tutan Mari Le Pen "Fransa Milli Cəbhəsi" partiyasının sədridir və ölkədə keçiriləcək prezident seçkilərinə namizəd qismində qatılıb.

Fransa səfiri Bakı Ali Neft Məktəbində

19 Aprel 2017 16:20

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Aureliya Buşezlə görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, səfirə 2013-cü ildə BANM və Fransa Neft İnstitutu (IFP) arasında əməkdaşlıq protokolunun imzalanması, həmçinin Ali Məktəbin TOTAL da daxil olmaqla bir sıra fransız şirkətləri ilə sıx əməkdaşlığı haqqında məlumat verilib. Səfir Aureliya Buşez səmimi qəbula görə təşəkkür etmiş, region üçün mühüm əhəmiyyət kəsb edən sahələr üzrə mütəxəssis hazırlayan BANM-nin iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsində oynadığı rola toxunub, IFP ilə BANM arasında əməkdaşlığın qurulmasının perspektivlərini vurğulayıb.

Bəhruz Quliyev: “Qeyri-neft sektorunda inqilabi dəyişikliklərə start verilib"

19 Aprel 2017 16:16

“Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində irəli sürdüyü fikirlərdən ilk olaraq belə bir nəticəyə gəlmək mümkündür ki, ölkə başçımız Azərbaycanın qeyri-neft sektorunun daha da şaxələndirilməsi istiqamətində inqilabi dəyişikliklər, yeniliklər etmək qətiyyətini ortaya qoyub”. Bu fikirləri siyasi ekspert Bəhruz Quliyev sözügedən müşavirədə Prezident İlham Əliyevin irəli sürdüyü tezisləri şərh edərkən deyib.

Elekton sınaq imtahanları keçiriləcək

19 Aprel 2017 16:10

Təhsil İnstitunun Təhsil Texnologiyaları Mərkəzi müəllim və direktor olmaq istəyənlər üçün növbəti elektron sınaq imtahanları keçirəcək. “OLAYLAR”-ın Təhsil Nazirlyinə istinadən verdiyi xəbərə görə, direktor vəzifəsində çalışmaq istəyən şəxslər aprelin 22-də, müəllimlər olmağa hazırlaşanlar isə aprelin 23-də elektron sınaq imtahanlarında iştirak edə bilərlər.

“Vətən həsrətli mühacir şair” adlı tədbir keçirilib

19 Aprel 2017 16:09

Aprelin 19-da Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın mühacir şairi Almas İldırımın 110 illik yubileyinə həsr olunmuş “Vətən həsrətli mühacir şair” adlı tədbir keçirilib.

Azərbaycan daha bir beynəlxalq təşkilata qonaq statusu əldə edib

19 Aprel 2017 16:08

Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım üzrə Komitəsində (OECD/DAC) qonaq statusu əldə edib. XİN-dən verilən məlumata görə, nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən 2015-ci ildən etibarən aparılan məqsədyönlü işin nəticəsi olaraq, Azərbaycan artıq dünyada inkişafa yardım sahəsində ən nüfuzlu beynəlxalq qurum sayılan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım üzrə Komitəsində (DAC) qonaq statusunda təmsil olunacaq.

Şəkidə gənclər üçün treninq keçirilib

19 Aprel 2017 16:06

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki şəhər 1 saylı Peşə Məktəbində gənclər üçün treninq keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, "Biznes ideyanı yarat", "Biznes planların hazırlanması" və "Marketinq" mövzularında keçirilən treninqdə gənclərə biznes-ideyanın yaradılması və həyata keçirilməsi, biznes planın tərtib olunması, marketinqin istiqamətləri, istehsal olunacaq məhsulların keyfiyyəti və çeşidi, satışın təşkili və idarə edilməsi, marketinq araşdırmalarının aparılması, bu sahədə beynəlxalq təcrübə və s. barədə ətraflı məlumat verilib.

Üç il əvvəl Azərbaycan tərəfə keçdikdən sonra Ermənistana qaytarılan Arsen Xocayana qətlə görə 9 illik həbs verilib

19 Aprel 2017 16:03

2014-cü ildə Azərbaycanla Ermənistan arasında qoşunların təmas xəttini qanunsuz keçən və BQXK vasitəsi ilə Ermənistana qaytarılmış Arsen Xocayan 17 yaşlı qızı qətlə yetirdiyi üçün 9 il azadlıqdan məhrum edilib. 

Zaxarova: "Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi ehtimalı var"

19 Aprel 2017 16:01

Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi ehtimalı var. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirilməsi nəzərdə tutulurmu" sualına cavabında M. Zaxarova belə bir ehtimalın olduğunu söyləyib: "Bu barədə məlumat olan kimi bildirəcəyik".