Fransa səfiri Bakı Ali Neft Məktəbində

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Aureliya Buşezlə görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, səfirə 2013-cü ildə BANM və Fransa Neft İnstitutu (IFP) arasında əməkdaşlıq protokolunun imzalanması, həmçinin Ali Məktəbin TOTAL da daxil olmaqla bir sıra fransız şirkətləri ilə sıx əməkdaşlığı haqqında məlumat verilib. Səfir Aureliya Buşez səmimi qəbula görə təşəkkür etmiş, region üçün mühüm əhəmiyyət kəsb edən sahələr üzrə mütəxəssis hazırlayan BANM-nin iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsində oynadığı rola toxunub, IFP ilə BANM arasında əməkdaşlığın qurulmasının perspektivlərini vurğulayıb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Aureliya Buşezlə görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, səfirə 2013-cü ildə BANM və Fransa Neft İnstitutu (IFP) arasında əməkdaşlıq protokolunun imzalanması, həmçinin Ali Məktəbin TOTAL da daxil olmaqla bir sıra fransız şirkətləri ilə sıx əməkdaşlığı haqqında məlumat verilib. Səfir Aureliya Buşez səmimi qəbula görə təşəkkür etmiş, region üçün mühüm əhəmiyyət kəsb edən sahələr üzrə mütəxəssis hazırlayan BANM-nin iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsində oynadığı rola toxunub, IFP ilə BANM arasında əməkdaşlığın qurulmasının perspektivlərini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31