Gündəm
"Dünya Kubokunda gimnastika ictimaiyyətimizin iştirakı çox vacibdir"
"Bakıdakı bədii gimnastika üzrə Dünya Kubokunda bizim gimnastika ictimaiyyətimizin iştirakı çox vacibdir". Bunu bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.
“Azərsu”-da Fransanın “Suez Environnement” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib
Aprelin 19-da “Azərsu” ASC-də “Suez Environnement” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, görüşdə Fransanın Azərbaycandakı səfiri Orelya Buşes və Dünya Bankının nümayəndələri iştirak ediblər.
Bakı Şopinq Festivalının “Fashion Pavilion”-u açılıb
Bakı Şopinq Festivalının “Fashion Pavilion”-nu fəaliyyətə başlayıb. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Barkers-də yerləşən Fashion Pavilion-a gəlməklə 16-sı milli, ümumi olaraq 23 müəllifin brend geyim, aksesuar və mebel əşyaları arasında seçim edə bilərsiniz.
Zibili qanunsuz yandırmaq olmaz
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar-mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının urnalardan kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədi ilə tədbirləri davam etdirir.
Rusiyanı qana boyamaq istəyənlər zərərsizləşdirildi
Rusiyada terror aktı hazırlayan iki nəfər zərərsizləşdirilib. Orta Asiya respublikalarının birinin vətəndaşları olan həmin şəxslərin beynəlxalq terror təşkilatları ilə əlaqəli olduğu bildirilir.
"Türkiyədə ölüm hökmünün bərpası AŞ-dakı üzvlüyünə zidd olacaq"
"Türkiyədə edam cəzasının yenidən tətbiqi ölkənin Avropa Şurasında üzvlüyünə uyğun gəlməyəcək". Bunu AŞPA-nın edam cəzasının ləğvi üzrə baş məruzəçisi İv Kruşet deyib.
Rusiyada jurnalist öldürüldü
Rusiyanın Sankt-Peterburq şəhərində jurnalist öldürülüb. "Novıy Peterburq" qəzetinin baş redaktoru Nikolay Andruşenko gecə saatlarında hücuma məruz qalıb. Başından xəsarət alan jurnalist xəstəxanada keçinib.
Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən ibarət Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya növbəti iclasını keçirib. İclasda məqsəd məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi mexanizmində təkmilləşdirmələrin aparılması, pensiya təminatı sahəsində islahat tədbirlərinin səmərəli təşkili, qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidin təmin olunması, fərdi əmək fəaliyyəti ilə məşğul olanların fərdi uçot sistemi ilə əhatə olunması məsələlərinin müzakirəsi olub.
"Müşavirə qeyri-neft sekoruna diqqətin nümunəsidir"
Prezident İlham Əliyevin iştirakı ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsi ölkənin qeyri-neft sektoruna göstərilən diqqətin nümunəsidir. Bu barədə millət vəkili Bəxtiyar Sadıqov deyib.
Azercell gənclər üçün yeni müsabiqəyə başlayır
Azercell Telekom MMC mütaliə sevərlər üçün hazırladığı “Gənclər kitab oxuyur” layihəsində qiraətçi qismində iştirak etmək arzusunda olan gənclər üçün müsabiqə elan edir.
Fikir, söz və məlumat azadlığı demokratik cəmiyyətlərin əsas prinsipləridir
Günümüzdə Azərbaycan dövlətinin əsas diqqət yetirdiyi sahələrdən biri də mətbuat sahəsidir. Çünki mətbuat bir dövlətin, cəmiyyətin güzgüsüdür. Bu güzgü nə qədər təmiz, şəffaf olsa, oradan dövlətin siyasəti, onun demoktayaya, azad sözə verdiyi dəyər, qiymət bir o qədər açıq görünər. Elə bunun əsas götürən Azərbaycan dövləti də maksimum çalışır ki, ölkədə azad media tam sərbəst, müstəqil şəkildə fəaliyyət göstərsin. Yalnız günümüzdə deyil, on illər əvvəl də dövlətimiz bu siyasətə sadiqlik nümayiş etdirərək ölkədə söz, fikir, məlumat azadlığının təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atıb.
3 ayda 2269 təbii və texnogen mənşəli hadisə baş verib
2017-ci ilin I rübü ərzində respublika ərazisində 2269 təbii və texnogen mənşəli hadisə baş verib. “Olaylar” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu, 2016-cı ilin analoji dövrü ilə müqayisədə 625 hadisə və ya 38% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 31 nəfər həlak olub, 106 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 21 nəfər xilas edilib, 376 nəfər təxliyə olunub.Rəsmi məlumata görə, 2017-ci ilin I rübü ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 2204 çıxış edilib.
Mükafatlara layiq görülmüş alimlərin adları açıqlandı
AMEA-nın görkəmli elm adamlarının adlarını daşıyan mükafatlarına layiq görülmüş alimlərin adları məlum olub. Akademiyadan “Olaylar” – a bildirilib ki, AMEA Rəyasət Heyətinin aprelin 19-da keçirilmiş növbəti iclasında 7 alimin adlı mükafatlarla təltif olunması haqqında qərar qəbul edilib. Qaliblərin hər birinə beş min manat məbləğində pul mükafatı veriləcək. Adlı mükafatlar üzrə müsabiqə Rəyasət Heyətinin 15 fevral 2017-ci il tarixli qərarı ilə elan edilmişdir.
Nərgiz Paşayeva Qızıl medala layiq görüldü
AMEA – nın Rəyasət Heyətinin iclasında "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" müsabiqəsinin nəticələri açıqlanıb. Akademiyadan “Olaylar” – a bildirilib ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə müsabiqədə iştirak etmək üçün namizədliyi irəli sürülmüş alimlər haqqında təqdimatların müvafiq sənədlərlə birlikdə Ekspert Komissiyasına təqdim olunduğunu bildirib.
Deputatlara hədiyyə götürmək qadağa olunur
Azərbaycanda deputat xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, yaxud onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən, eləcə də bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.














