Gündəm
AMEA Naxçıvan Bölməsində iki kitabın təqdimatı keçirilib
AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun “Hüseyn Cavid və Naxçıvan teatrı” adlı monoqrafiyanın və Ədəbiyyatşünaslıq şöbəsinin elmi işçisi Nərgiz İsmayılovanın “Müqəddəs məkan Naxçıvan” adlı kitabın təqdimatı keçirilib.
KİV-də cinayətin subyektlərinin qəhrəman obrazda verilməsi...
Ölkədə fəaliyyət göstətən media orqanlarında kriminal xəbərlərin verilməsi adi hal alıb. Əslində bunun kütləvi informasiya vasitələri üçün xəbər materialı olduğu hamıya bəllidir. Ancaq, belə xəbərlərin cəmiyyətə təsiri və cinayətkarlığa qarşı mübarizədə effekti nədən ibarət olması heç kimi düşündürmür.
Şərqşünaslıq İstitutunda elmi konfrans
Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı sərəncamının icrası ilə əlaqədar AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu aprelin 19-da “Azərbaycanda İslam həmrəyliyi ili – birlik və inkişaf naminə sülhməramlı missiya” mövzusunda elmi konfrans keçirib. Konfransda bir sıra Şərq ölkələrinin səfirləri də iştirak edirdi. Akademiyadan “Olaylar” – a bildirilib ki, konfransı giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Gövhər Baxşəliyeva “İslam həmrəyliyi ili” elan edilməsini islami dəyərlərin və bütövlükdə müsəlman aləminin böyük təəssübkeşi Prezident İlham Əliyev tərəfindən zamanında verilmiş çox gərəkli, uzaqgörən ictimai-siyasi bir qərar kimi dəyərləndirdi.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Ölən və yaralılar var
Ucar-Zərdab yolunda iki avtomobil toqquşub. Hadisə Ucar rayonunun Qazyan kəndində baş verib. 90 XM 720 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobillə 03 BB 478 dövlət nömrə nişanlı, "VAZ 21011" markalı avtomobil toqquşub.
Gəncədə Şah Abbas məscidində azan verilməməsinin səbəbi
Gəncənin Şah Abbas məscidində dünən axşam və bu gün azan verilməməsinin səbəbi açıqlanıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri Hacı Asif Əliyev bildirib ki, buna səbəb azanın səsləndirildiyi qurğunun xarab olmasıdır.
Azərbaycanın ən yaşlı bəy və gəlinləri - Onların sayı açıqlandı
Azərbaycanda 50 yaşdan sonra nikaha daxil olan vətəndaşların sayı açıqlanıb. Ədliyyə Nazirliyindən bildirilib ki, 2016-cı il ərzində yaşı 50-ni keçən 1700 kişi, 779 qadın rəsmi nikaha daxil olub. Ümumilikdə isə bu yaş həddində evlənənlərin sayı ötən il 2479 olub.
Gənclər Fonduna 3 milyon manat ayrıldı
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
“Azərsun Holdinq” 116 çeşid məhsulun qiymətini aşağı saldı.
Ölkə rəhbərliyi tərəfindən aparılan islahatlar və verilən qərarlar nəticəsində milli valyutamız ABŞ dolları qarşısında dəyər qazanmağa davam edir. Azərbaycanın aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” yaranmış müsbət vəziyyəti nəzərə alaraq ümumilikdə 116 çeşiddə məhsulun qiymətini aşağı salıb.
Əl-Bağdadiyə daha bir zərbə
İŞİD başçısı Əbu Bəkr əl-Bağdadinin yaxın ətrafında olan silahdaşlarından Əbu Abdel Rəman adlı terrorçu məhv edilib. Bu barədə İraq Federal Polisinin komandanı Raid Şaker Coudət xəbər verib.
Binəqədidə binada baş verən yanğınla bağlı cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb
Bu gün Bakı Apellyasiya Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. hakim İlqar Murquzovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış edərək məhkəmə iclas protokollarında bəzi imzaların olmadığını deyiblər və işin yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmasını istəyiblər.
Turistin pulqabısını oğurlayanı axtraran polis ŞOK FAKTLA QARŞILAŞDI
Türkiyənin Mersin şəhərində turistə qarşı cinayət törədilib. Sərnişin kimi mindiyi mikroavtobusda yapon turistin çantasındakı pulqabısını oğurlayan şəxs təhlükəsizlik kamerası tərəfindən görüntülənib.
İnternet kafedə video izləyərkən tutuldular - ŞOK DETALLAR ÜZƏ ÇIXDI
Kayseridə bir internet kafedə FETÖ / PDY terror təşkilatı lideri Fətullah Gülənin videolarını izləyən ər-arvad tutularaq nəzarətə alınıblar. Təhlükəsizlik İdarəsinə gələn bir xəbərdən sonra Terrorla Mübarizə İdarəsinin əməkdaşları Belsin Məhəlləsində olan bir internet kafedə terror təşkilatı lideri Fətullah Gülənin videolarını izləyən Y.M. və həyat yoldaşı M.M.-ni tutublar.
Əli İnsanovun məhkəmə istintaqı yekunlaşdı
Bu gün Qaradağ rayon Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başlayıb.
Milli Qəhrəman İsgəndər Aznaurovun xatirəsi anılıb
Şəmkir rayonundakı “N” saylı hərbi hissədə Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun xatirəsinə həsr olunan anma mərasimi keçirilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, polkovnik-leytenant Loğman Xanlarov Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun həyat və döyüş yolu barədə ətraflı məlumat verib.
Məktəblilərin ekskursiyası təşkil edilib
M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Şirvanşahlar Saray kompleksinə ekskursiya təşkil edilib. “OLAYLAR”-ın xəbərinə görə, ekskursiyada Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədr müavini Leyli Tahirova, İctimai-humanitar sektorun müdiri Günel Vahabzadə, bələdiyyə üzvləri və qəsəbə ərazisində təhsil alan 99, 115 və 30 saylı məktəblərin şagirdləri iştirak edib.














