Gündəm

Yoxa çıxan müğənninin ailəsi xəyanətə görə dağılıb – VİDEO 

19 Aprel 2017 19:31

Xeyli zamandır efirlərdən uzaq düşən azərbaycanlı müğənni Zahidə Günəş şəxsi həyatı barəsində gəzən söz-söhbətlərdən narahatdır. Olaylar.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, zaman-zaman mətbuatda barəsində əsassız məlumatlar dərc olunub: “Yazmışdılar ki, oğlumun atası yoxdur. Niyə yoxdur? Var. İndi açıqlayıram, bəli, ayrılmışıq, amma övladım atasının soyadını daşıyır. Yoldaşımdan icazəsiz övladımı Azərbaycandan kənara çıxarmıram. Oğlum elə ana qayğısı görür ki, heç atasına ehtiyac yoxdur. Məsələn mən gözümü açıb, atamı görmüşəm. Onun tərbiyəsi ilə böyümüşəm. İstəmirəm bu barədə çox danışım. Oğlum sonra izləyəcək, pis olacaq”.

“Instagram” “Android” istifadəçiləri üçün oflayn rejim istifadəyə verib

19 Aprel 2017 19:30

"Instagram"ın bir çox funksiyaları artıq "Android" istifadəçilərinə oflayn rejimdə əlçatandır. Bu haqda "TechCrunch" nəşri yazıb. İndi oflayn rejimdə "like" etmək, şərhlər yazmaq, fotoşəkilləri saxlamaq mümkündür, mobil tətbiq bütün əməliyyatları yadda saxlayacaq və smartfon internetə qoşulan kimi onları yerinə yetirəcək.

Zodiak işarələrini ağladan sözlər

19 Aprel 2017 19:25

Heç kimə sirr deyil ki, söz yarası qılınc yarasından daha kəsərlidir. Emosional vəziyyətdə insanlar bir-birlərinə tez-tez təhqiramiz sözlər deyir və təəssüf ki, sonrakı peşmançılıq fayda vermir.

Məşhur proqram smartfonlardan silinir

19 Aprel 2017 19:20

Hindistanda smartfon sahibləri dünyanın ən populyal mobil proqram əlavələrindən olan Snapchat-ı silməyə başlayıblar. Twitter-də isə #UninstallSnapchat heşteqi sürətlə populyarlaşır. 

Rianna yeni dükan açdı

19 Aprel 2017 19:15

Dünyanın ən məşhur müğənnilərindən biri, Barbadosda doğulmuş amerikalı Rianna ABŞ-ın Los-Anceles şəhərində yeni brend butikini açıb. 29 yaşlı müğənni Puma brendi ilə birlikdə "Puma Fenty Rihanna" kolleksiyalar seriyası hazırlayır.

Özge iş adamından ayrılma səbəbini açıqladı

19 Aprel 2017 19:11

6 ildir sevgili olan və evlənmələri gözlənilən model Özge Ulusoy və iş adamı Hacı Sabancı bir neçə gün əvvəl ayrıldıqlarını bildirmişdi.  Özge ayrılıq səbəbini yaxın dostlarına deyib. "Çox pisəm, amma münasibətin sonu yox idi.

Beren Saatın yeni serialının telekanalı və vaxtı açıqlandı

19 Aprel 2017 19:08

İki uşaqlı dul bir qadının hekayəsini göstərəcək "Qadın" serialının hansı telekanalda yayımlanacağı bəlli olub. Yuji Sakamotonun "Woman" adlı serialının ssenarisi əsasında çəkiləcək ekran işi Fox TV-də efirə gedəcək.  

Ayrıldığı ərindən müğənniyə mesaj: "Səni çox sevirəm"

19 Aprel 2017 19:03

Bir müddət əvvəl ayrıldığı deyilən Canet Ceksonu əri geri qaytarmaq istəyir. Ərəb milyarderi Vissam al-Man "Twitter" səhifəsində xanımına mesaj göndərib: "Dünyanın ən gözəl xanımına mənimlə sevgisini böldüyü, mənə daim dəstək olduğu və ən yaxın dostum olduğu üçün təşəkkür edirəm. Səni çox sevirəm. Qoy, Allah bizə yenidən birlikdə olmağa kömək etsin".

“Gartner”: “2017-ci ildə dünya İT bazarının həcmi 1,4 faiz artacaq”

19 Aprel 2017 19:00

“Gartner” analitik şirkəti dünya informasiya texnologiyaları (İT) bazarının artımı ilə bağlı proqnoza düzəlişlər edib. Dolların məzənnəsinin bahalaşması ilə əlaqədar proqnozlaşdırılan satış həcmi pul ifadəsində yanvarda ehtimal olunanla müqayisədə 67 milyard dollar enib, bazarın artımı üzrə illik proqnoz 2,7 faizdən 1,4 faizədək - 3,5 trilyon dollaradək azalıb. Bu, xüsusilə İT xidmətləri və rabitə xidmətləri seqmentləri üçün proqnozlaşdırılan dinamikaya təsir göstərib.

Kliniki tədqiqatlar üçün “ağıllı” saat təqdim edilib

19 Aprel 2017 18:56

"Alphabet” şirkətinin biotibbi filialı olan “Verily Life Sciences” tədqiqatların keçirilməsi vaxtı məlumatın toplanılması üçün nəzərdə tutulmuş “ağıllı” saat təqdim edib.

Qadınlara qara libas qadağan edilir - Nazarbayev qərar verdi

19 Aprel 2017 18:53

Qazaxıstan prezidenti Nursultan Nazarbayev qeyri-matəm vaxtlarda qara rəngdə paltarların qadağan edilməsinin zəruri olduğunu deyib.  N.Nazarbayev qazax qadınlarının tamamilə qara rəngdə geyimlər geydiyini deyib. O əlavə edib ki, müsəlman geyimi ilə yox, inancı ilə seçilməlidir.

Naxçıvanda tədqiqatlar aparılır

19 Aprel 2017 18:53

Naxçıvan ərazisi yura və paleosen dövrləri ərzində mərhələ-mərhələ saat əqrəbinin istiqamətində 30-40 dərəcə, eosen dövründə isə əks istiqamətdə 20-25 dərəcə dönüb. Bu, Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun əməkdaşları tərəfindən aparılmış tədqiqatların nəticəsində məlum olub. Geomaqnetizm şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Mənijə İsayevanın rəhbərliyi ilə qeyd olunan ərazilərdə 2015-ci ildən indiyə qədər yura, paleosen və eosen yaşlı çöküntülərdə paleomaqnit tədqiqatları aparılıb.

ADU-da qadınlara həsr olunan məqalə müsabiqəsi ilə bağlı tədbir keçirilib

19 Aprel 2017 18:49

Aprelin 19-da Azərbaycan Dillər Universitetində (ADU) Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ADU-nun birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda keçiriləcək məqalə müsabiqəsi haqqında tələbələri məlumatlandırmaq məqsədi ilə tədbir keçirilib.

AMEA – da müsabiqə

19 Aprel 2017 18:46

“Azərbaycan Milli Elmlər Akademiyasının professoru” elmi adını almaq üçün müsabiqə keçiriləcək. Akademiyadan “Olaylar” – a bildirilib ki, bu barədə qərar aprelin 19-da AMEA Rəyasət Heyətinin növbəti iclasında verilib.

Xaricə qanunsuz valyuta çıxaranlar məsuliyyətə cəlb olunacaq

19 Aprel 2017 18:42

Qanunsuz yollarla ölkədən valyuta çıxaranlar və xarici banklarda vəsait yatıran şəxslər cəzalandırılacaq. “Olaylar”a daxil olan məlumata görə, artıq bu istiqamətdə araşdırmalara başlanılıb.