Məşhur proqram smartfonlardan silinir
Hindistanda smartfon sahibləri dünyanın ən populyal mobil proqram əlavələrindən olan Snapchat-ı silməyə başlayıblar. Twitter-də isə #UninstallSnapchat heşteqi sürətlə populyarlaşır.
19 Aprel 2017 19:20 DünyaHindistanda smartfon sahibləri dünyanın ən populyal mobil proqram əlavələrindən olan Snapchat-ı silməyə başlayıblar. Twitter-də isə #UninstallSnapchat heşteqi sürətlə populyarlaşır. Baş verənlərin səbəbi Snapchat-ın sahibi və rəhbəri Evan Şpigelin hələ 2015-ci ildə yaydığı açıqlamadır. Həmin açıqlamanı srağagün Variety dərc edib və böyük qalmaqal da bundan sonra başlanıb. "Hindistan və ya İspaniya kimi yoxsul ölkələrdə genişlənmək niyyətində deyilik", - Şpigel demişdi. Hazırda Snapchat-ın 100 milyondan artıq aktiv istifadəçisi var. Milli.Az Hindustan Times-a istinadən xəbər verir.