Yunanıstanda helikopter qəzaya uğradı - Matəm elan olundu - YENİLƏNİB

Yunanıstan ordusuna məxsus hərbi helikopter qəzaya uğrayıb. Hadisə bu gün səhər saatlarında baş verib. Məlumata görə, helikopter dağa çırpılıb. Qəza nəticəsində helikopterdə olan 5 nəfər həyatını itirib.  Həlak olanlar arasında Yunanıstanın Birinci Ordu Komandanın köməkçisi olduğu da bildirilir.

Yunanıstanın şimal-şərqində hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub, bir hərbçi isə yaralanıb. Qəza helikopter plan uçuşu həyata keçirərkən baş verib. Qəzanın səbəbəri isə hələ məlum deyil, araşdırma aparılır. Yaralı qadın hərbçinin həyatı üçün təhlükə olmadığı barədə məlumat verilib. Qəza ilə əlaqədar ölkədə 3 günlük matəm elan edilib. Trend.az

***

Yunanıstan ordusuna məxsus hərbi helikopter qəzaya uğrayıb. Hadisə bu gün səhər saatlarında baş verib. Məlumata görə, helikopter dağa çırpılıb. Qəza nəticəsində helikopterdə olan 5 nəfər həyatını itirib.  Həlak olanlar arasında Yunanıstanın Birinci Ordu Komandanın köməkçisi olduğu da bildirilir.  Azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31