Tələbələr “Danışan tarix: erməni xisləti - 24 aprel” filmini müzakirə etdilər
Bilik Fondunun “Tariximizi öyrənək və öyrədək” Klubunun növbəti yığıncağı olub. Fonddan “Olaylar” – a bildirilib ki, tədbirdə İctimai Televiziyanın “Carçıfilm” Yaradıcılıq Bilriyinin aparıcısı, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Atamoğlan Məmmədli, Klubun üzvləri olan müxtəlif universitetlərin tələbələri, Bilik Fondunun əməkdaşları iştirak ediblər.
19 Aprel 2017 14:45 SosialBilik Fondunun "Tariximizi öyrənək və öyrədək" Klubunun növbəti yığıncağı olub. Fonddan "Olaylar" - a bildirilib ki, tədbirdə İctimai Televiziyanın "Carçıfilm" Yaradıcılıq Bilriyinin aparıcısı, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Atamoğlan Məmmədli, Klubun üzvləri olan müxtəlif universitetlərin tələbələri, Bilik Fondunun əməkdaşları iştirak ediblər.
Bilik Fondunun aparat rəhbəri professor İsaxan Vəliyev Azərbaycan tarixinin qaranlıq məqamlarının öyrənilməsi, Azərbaycan həqiqətlərinin dünyada yayılması, şərəfli səhifələrin təbliği məqsədilə Klub üzvlərinin fəaliyyətinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Tələbələrə İctimai Televiziyanın "Carçıfilm" Yaradıcılıq Bilriyinin istehsal etdiyi "Danışan tarix: erməni xisləti - 24 aprel" sənədli televiziya filmi nümayiş olunub.
Nümayişdən sonra Mahir Qəribov və Atamoğlan Məmmədli iyirminci əsrin əvvəllərindəki tarixi-siyasi mənzərə və 1915-ci il hadisələri barədə tələbələrə ətraflı məlumat veriblər.