Gündəm

Almaniyada silahlı şəxs banka hücum edib

21 Aprel 2017 16:57

Almaniyanın Baden-Vürtemberq federal torpağındakı Valdshute şəhərində silahlı şəxs banka hücum edib. Bina polis tərəfindən mühasirəyə alınıb. Polisin məlumatına görə, binanın içərisindən atışma səsləri gəlir. Həmçinin bankın 2 əməkdaşının yardımçı otaqda gizləndiyi bildirilib.

Qubada cibgirlər saxlanıb

21 Aprel 2017 16:55

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-da rayon sakini Natiq Musayevin cibindən 300 manat pul oğurlamaqda şübhəli bilinən həmyerliləri Qalib Əlibəyov və Sadiq Əmrəliyev tutulublar. DİN-dən verilən məlumata görə, ətraflarında aparılan tədbirlərlə onların həmin gün şəhər sakinləri Asif Əsgərov, Taleh Atakişiyev, Murad Məmmədov və Elçin Əliyevlə birgə rayon ərazisindəki məscidlərdən birindəki nəzir qutusundan 300 manat pul oğurlamaları, habelə rayon sakini Natiq Kərimovun "VAZ-2106" markalı avtomobilini qaçırmaları da müəyyən edilib.

Oğurluğun üstü 7 aydan sonra açıldı

21 Aprel 2017 16:54

Qaradağ rayonunda oğurluq hadisəsinin üstü açılıb. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə ötən il oktyabrın 21-də rayon ərazisindəki mağazalardan birindən 6000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan 5 nəfər tutulub.

Oğurluqda şübhəli bilinənələr saxlanıb

21 Aprel 2017 16:53

DİN-dən verilən mlumata görə, Xətai RPİ əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 18-də Bakı şəhər sakini olan bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Tural Abdullayev tutulub. Həmçinin Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən aprelin 16-da şəhər ərazisindəki evlərdən birindən 2  ədəd qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən şəhər sakini Elvin Quliyev tutulub.

Xəstəxanadan monitor oğurlayan tutulub

21 Aprel 2017 16:52

Gəncə ŞBPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 11-də xəstəxanalardan birinin qəbul şöbəsindən kompyuter monitoru oğurlamaqda şübhəli bilinən şəhər sakini İlkin Bünyatov tutulub. DİN-dən verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə onun şəhər sakinləri olan 3 nəfərin pul və mobil telefonlarını oğurlaması da müəyyən edilib. Araşdırma aparılır.

BNA ilk dəfə olaraq 7-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgisində iştirak edəcək

21 Aprel 2017 16:49

Bakı Nəqliyyat Agentliyi bu il ilk dəfə olaraq 7-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic 2017” sərgisində iştirak edəcək. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, 26-28 aprel tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək sərgidə Bakı Nəqliyyat Agentliyi paytaxtın marşrut şəbəkəsi, yol təhlükəsizliyi və hərəkətin düzgün təşkili ilə bağlı mövcud problemlər və onların həll yolları ilə bağlı hazırladığı layihələrini təqdim edəcək. Şəhər nəqliyyatının bir sıra mühüm elementlərini özündə əks etdirən xüsusi tərtibata malik stendimizə gələn ziyarətçilər üçün yol hərəkətinin təhlükəsizliyi, eləcə də ictimai nəqliyyatda etik davranış qaydalarına dair maraqlı viktorinalar təşkil ediləcək.

İslamiada vaxtı bu işlər gecə görülməlidir

21 Aprel 2017 16:47

Nazirlər Kabineti İslamiada vaxtı təsərrüfat işlərinin gecə saatlarında görülməsi ilə bağlı sərəncam verib. Nazirlər Kabinetinin 12 aprel 2017-ci il tarixli sərəncamına əsasən, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi idman obyektlərinin, yarış iştirakçılarının və qonaqların yerləşdirildiyi ərazilərdə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, istehsal, ticarət, xidmət, tikinti, iaşə, yanacaqdoldurma və s. obyektlərin təchizat işləri, məişət tullantılarının və digər yüklərin daşınması may ayının 5-dən 25-dək saat 22:00-dan 07:00-dək həyata keçirilməlidir.

Ölkədə, söz, məlumat və ifadə azadlığı, plüralizim tam şəkildə təmin olunub

21 Aprel 2017 16:34

Müasir dövrdə demokratik ənənələri ən yüksək səviyyədə inkişaf etdirən Azərbaycan dövləti bu ənənələrin başlıca istiqamətlərinbdən sayılan fikir, söz, məlumat, ifadə azadlığı, plüralizmdə də yüksək dəyər verir, bütün bunların təmin edilməsi istiqamətində zəruri addımlar atır, tədbirlər görür. Günümüzdə Azərbaycanda yüzlərlə media orqanı, kütləvi informasiya vasitəsinin mövcud olması, həmin kütləvi informasiya vasitələrinin həm iqtidar, həm müxalifət düşərgəsini təmsil etməsi, eyni zamanda kifayət qədər də müstəqil mətbu orqanların mövcudluğu deyilənləri təsdiqıləyir. Bununla yanaşı hazırda ölkədə onlarla televiziya kanalı fəaliyyət göstərir. Onların içərisində həm paytaxtda, həm də bölgələrdə fəaliyyət göstərən televiziya kanalları var. Eyni zamanda internet portalları, sayt və agentliklər də azad və sərbəst şəkildə fəaliyyət göstərirlər. Bütün bunlarla yanaşı ölkədə internetə çıxış imkanları da kifayət qədər genişdir.

Pentaqon rəhbəri: "Əsəd rejimində hələ də kimyəvi silah qalır"

21 Aprel 2017 16:30

"Bəşər Əsədin ordusu hələ də kimyəvi silaha malikdir". Bu sözləri İsraildə səfərdə olan ABŞ müdafiə naziri Ceyms Mettis deyib. O bildirib ki, ABŞ Suriyaya qarşı raket zərbələri endirdikdən sonra Suriya ordusu hərbi təyyarələrinin yerini dəyişib:"Onlar təyyarələrin yerini dəyişib, heç bir şübhə yoxdur. Təyyarələr son bir neçə gündür ki, başqa yerə aparılıb. Deyə bilərəm ki, Suriya ordusunda hələ də kimyəvi silahların bir hissəsi qalıb. Bu,BMT Təhlükəsizlik Şurası qətnamələrinin pozulmasıdır. Məsələyə diplomatik səviyyədə baxılmalıdır".

Musa Pənahov nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin olunub

21 Aprel 2017 16:27

Musa Pənahov nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsinə təyin olunub. 2017-ci il fevralın 13-də prezident İlham ƏliyevNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Adıçəkilən qurum Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsasında yaradılıb. Sərəncamda qeyd edilib ki, nazirliklərin birləşdirilməsində əsas məqsəd dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaqdır. Prezidentin digər sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Bunadək R. Quluzadə rabitə və yüksək texnologiyalar naziri olub.

DİM-in saytından materialların yüklənməsi və istifadəsi pullu olacaq

21 Aprel 2017 16:22

"Bir ildən sonra Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilən bütün materialların yüklənməsi və istifadəsi pullu olacaq". Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bu gün lazımi materiallar saytda açıq formada qoyulub və onları hər kəs yükləyə bilər: "Bir ildən sonra onların hamısı pullu olacaq. Çünki həmin materialların hamısı bizim öz məhsulumuzdur. Bu məhsulu istifadə etmək bir tərəfə qalsın, hələ öz adlarına çıxarırlar. Heç olmasa, istifadə etdikdə pul versinlər".

AMEA – da Avropa İttifaqının beynəlxalq ekspertləri ilə görüş

21 Aprel 2017 16:21

Milli Məclisin Elm və  təhsil komitəsinin üzvləri Avropa İttifaqının beynəlxalq ekspertləri ilə görüşüblər. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında keçirilən görüşdə peşə təhsili üzrə Qanun layihəsi üzrə işçi qrupunun üzvləri, aidiyyatı dövlət qurumları nümayəndələri, beynəlxalq əlaqələr üzrə mütəxəssislər və təhsil ekspertləri iştirak ediblər.

Vüqar Bayramov: "Adına ev olanlar da sosial mənzil almaq üçün müraciət edə bilərlər"

21 Aprel 2017 16:20

Bir neçə gündən sonra sosial evlər almaq üçün qeydiyyat başlayacaq. Bununla bağlı  müraciətlərin və sualların sayı da artır.  Yaranan suallara iqtisadçı Vüqar Bayramov aydınlıq gətirib.

Allahşükür Paşazadə Gürcüstana gedib

21 Aprel 2017 16:18

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 21-də Gürcüstana səfərə gedib. “Olaylar” xəbər verir ki, səfər çərçivəsində QMİ sədri şeyxülislam A.Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı II İliya, həmçinin Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, ölkənin Baş naziri Georgi Kvirikaşvili və parlamentinin sədri İrakli Kobaxidze ilə görüşlər keçirəcək. Şeyxülislam Allahşükür Paşazadənin Gürcüstanda yaşayan azərbaycanlı icmasının üzvləri ilə görüşü də nəzərdə tutulur.

Muğam Mərkəzində 6-cı Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələr həftəsi başa çatdı

21 Aprel 2017 16:17

Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Mədəniyyət və Turizm Nazirliyinin yaxından iştirakı, Azərbaycan Televiziyasının təşkilatçılığı ilə  6-cı Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələr həftəsi Beynəlxalq Muğam Mərkəzində keçirildi. Mərkəzdən “Olaylar” – a bildirilib ki, həftənin ilk dinləmə günündə 8 iştirakçı  böyük  Azərbaycan şairi İmaməddin Nəsiminin qəzəllərini muğam üstündə səsləndirdilər.