Gündəm
Mənzildə meyid tapıldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. “Olaylar” FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb, 1947-ci il təvəllüdlü Ramanov Hümbət Məhəmməd oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Ceyran dərisinə qızıl hərflərlə yazılmış Allahın kitabı tapıldı
Türkiyənin Adana vilayətində ceyran dərisinə qızılla yazılmış Tövrat aşkarlanıb. Müqəddəs kitab Adana polisinin axtarış apardığı bir yük avtomobilində tapılıb. Polis qaçaqmalçılıqla məşğul olan 01 BJ 684 nömrəli yük avtomobilini saxlayaraq, axtarış aparıb. Nəticədə ceyran dərisinə qızıl hərflərlə yazılmış Tövrat ortaya çıxıb. Avtomobildəki üç nəfər Tövratdan xəbərlərinin olmadığını deyiblər. Araşdırmalardan sonra Tövratın orijinal olduğu məlum olub.
Sürücülərin aşağı sürət dərdi - Cərimə yox imiş
Rusiyada baş verən yol qəzalarının səbəblərindən biri də avtomobillərin aşağı sürətlə hərəkət etməsidir. Açıqlanan rəsmi statistik məlumata görə, bu hal qəza səbəblərinin 10 faizini təşkil edir. Azərbaycanda da sürücülər mütəmadi olaraq qarşıdakı maşının aşağı sürətlə hərəkət etməsindən narazılıq edirlər. Avtomobilin ön işıqlarını yandırıb-söndürməklə, siqnal verməklə, əl hərəkətləri ilə, başını pəncərədən çıxarıb qışqırmaqla həmin maşının sürücüsündən sürəti artırmasını və ya zolağı dəyişməsini tələb edirlər.
“İslam tarix, fəlsəfə və hüquq ensiklopedik lüğət”inin təqdimatı olub
Aprelin 21-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “İslam Həmrəyliyi ili” çərçivəsində “İslam tarix, fəlsəfə və hüquq ensiklopedik lüğət” kitabının təqdimatı keçirilib.
Zaqatalada 60 sakinə çıxarış təqdim olunub
Əmlak Məsələləri Dövlət Komitəsi tərəindən həyata keçirilən “Kütləvi çıxarış” kampaniyası 21 aprel tarixində Zaqatala rayonu və onun bir neçə kəndində baş tutub. Bu barədə Komitədən “Olaylar”a verilən məlumata görə, kampaniya nəticəsində 60-a yaxın rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Kampaniya çərçivəsində mobil ofislərə müraciət edən 50-dən çox sakindən isə öz əmlaklarına dair çıxarış almaq üçün ilkin hüquq müəyyənedici sənədlər qəbul edilib. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib.
Ələkbər Əliyev - 60
Musiqili Teatrının aktyoru, əməkdar artisti, Prezident mükafatçısı Ələkbər Əliyevin 60 yaşı tamam olur. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, teatrın direktoru, əməkdar incəsənət xadimi, dosent Əliqismət Lalayev müvafiq əmr imzalayıb. Əmrə əsasən teatr sahəsində uzun illər göstərdiyi səmərəli fəaliyyəti və 60 illik yubileyi münasibəti ilə əməkdar artisti, Prezident mükafatçısı Ələkbər Əliyev mükafatlandırılıb.
Baş prokuror Beyləqan rayonunda vətəndaşları qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.
Ziya Məmmədovun sabiq müşaviri AZADLIĞA BURAXILDI
Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətininin mənimsəmədə təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Aİ Azərbaycanla vizasız rejimə keçə bilər
"Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında vizasız rejimin tətbiqi imkanı istisna deyil". Bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber deyib. H.Salber qeyd edib: "Vizasız rejim tətbiq edilməzdən əvvəl bir çox məsələlər, o cümlədən texniki məsələlər həll olunmalıdır. Tərəflər bir sıra prosedurları keçməlidirlər. Əgər bütün aprektlər razılaşdırılsa və müəyyən edilsə, Aİ və Azərbaycan arasında vizasız rejim prinsipcə mümkün olacaq".
Ohanyan Rusiyaya köçür - Şoyqu ona vəzifə verəcək
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan bu günlərdə Rusiyaya gedib. Onun Ermənistanı birdəfəlik tərk edəcəyi bildirilir.
Ermənistanda çavuş hərbçi yoldaşını güllələdi - YENİLƏNİB
Bu gün aprelin 21-də Ermənistanın Vayotsdzor vilayətinin Vayk şəhərində yerləşən hərbi hissədə müqavilə əsasında xidmət keçən hərbi qulluqçu Narek İsilov ölüb.
Millət vəkili: “Əgər bu baş verməsə, müharibə qaçılmazdır”
“Uzun illərdir ki, Azərbaycan torpaqları erməni işğalı altında qalır və biz bundan çox narahatıq. Cənab Prezident də deyib ki, Azərbaycan heç vaxt torpağımızın erməni işğalı altında qalması ilə barışmayacaq və heç zaman torpağımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyək. Ermənilər bunu yaxşı başa düşür və dəfələrlə erməni siyasətçiləri torpaqlarımızın azad edilməsi ilə bağlı fikirlər söyləyib. Sadə ermənilər də özlərinə aid olmayan Azərbaycan torpaqlarında ölməkdən cana gəliblər və Qarabağda xidmətdən imtina edirlər”. Bunu millət vəkili Azər Badamov deyib.
Onlardan biri İran prezidenti olacaq - Pilot, mühəndis, mer...
İranda prezident seçkilərində iştirak edəcək 6 namizədin adı elan edilib. Namizəliyi irəli sürülənlər aşağıdakılardır: 70 yaşlı hazırkı prezident Həsən Ruhani. Hüquq təhsilini Avropada davam etdirərək 1995-ci ildə Qlazqo Universitetində magistr dərəcəsi alıb.
Uşaqların böyüməyib qocaldıqları, ölüm düşərgəsi təki internatdan REPORTAJ - VİDEO - FOTO
Bir qədər gurultulu səslənə bilər - "Dəhşət"... Mediada klişe, çeynənmiş bir kəlmədir artıq. "Şok" da yazmaq olardı - bu da bayağılaşmış ifadədir artıq. Amma internatdakı vəziyyət, həqiqətən də, dəhşətdir, normal insan və normal dövlət üçün şokdur.
Əsir düşməmək üçün özlərini partlatdılar - Kəşfiyyatçıdan DƏHŞƏTLİ AÇIQLAMALAR - VİDEO
Birdən "Allahu Əkbər" sözünü eşitdim. Partlayış oldu. Gördüm ki, hərbçi yoldaşımın qabırğaları dağılıb, ağrıdan inildəyirdi. Kəlmeyi-şəhadəti deyib, gözlərimi yumdum... 1976-cı ildə Zaqatalada anadan olan Əhmədov Aqil Mürsəl oğlu keçmiş kəşfiyyatçıdır. 1997-ci ildə kəşfiyyat tapşırığını yerinə yetirərkən ağır yaralan A.Əhmədov 2 ilə yaxın erməni əsirliyinə olub.














